İMAM MƏHDİ (ƏLEYHİSSALAM) BARƏSİNDƏ TƏHQİQAT

KİTAB HAQQINDA

Mehriban və bağışlayan Allahın adı ilə

Kitabın adı:İMAM MƏHDİ (Ə) BARƏSİNDƏ TƏHQİQAT

Müəllif:Şəhid Ayətullah Seyyid Məhəmmədbaqir Sədr

Naşir:

Çap tarixi:

Səhifələrin sayı:153

Çap növbəsi:Birinci

Tirajı:3000

səh:1

İŞARƏLƏR VƏ KİNAYƏLƏR

Allah-təala buyurur:

Peyğəmbər heç vaxt nəfsani istəklər üzündən danışmır. Onun sözləri ilahi vəhydən başqa bir şey deyildir.(1)

Rəsulumuzun sizin üçün gətirdiyi hər bir şeyi qəbul edin; və qadağan etdiyi bütün şeylərdən uzaq olun.(2)

Peyğəmbər (s) buyurmuşdur:

Mən sizin aranızda iki ağır əmanət (səqəleyn) qoyub gedirəm. Onlara arxalanıb diqqət mərkəzində saxlasanız, heç vaxt yolunuzu azmayıb zəlalətə düşməyəcəksiniz. Bu iki şey Kövsər hovuzunun kənarında mənə qovuşana qədər heç vaxt bir-birindən ayrılmayacaqdır. Bu iki şey Allahın kitabı və mənim Əhli-beytim, itrətimdir.(3)

Mənim canişinim və vəsilərim–məndən sonra Allahın insanlara olan höccəti–12 nəfərdən ibarətdir ki, birincisi qardaşım, axırıncısı isə oğlumdur.

Sual olundu:–Ya Rəsuləllah, qardaşın kimdir?

Buyurdu:–Əli İbni Əbi Talib.

Soruşdular:–Oğlun kimdir?

Buyurdu:–Məhdi. O, yer üzünü, zülm və haqsızlıqla dolduğu kimi, haqq-ədalətlə dolduracaqdır. Məni haqq olaraq peyğəmbərliyə seçən şəxsə and olsun, əgər dünyanın ömründən hətta bir gün də qalmış olsa belə, Allah o günü o qədər uzun edəcəkdir ki, oğlum Məhdi qiyam etsin. (O zühur etdikdən sonra) İsa ibni Məryəm Ruhulllah onun arxasında namaz qılacaq, yer üzü Pərvərdigarın nuru ilə işıqlanacaq. Məhdinin rəhbərlik və səltənətinin həddi-hüdudu məşriqlə-məğribin arasını dolduracaqdır.(4)

Hər kəs öz zəmanəsinin İmamını tanımadan ölsə, cahiliyyət dövründə ölmüş kimidir.(5)

Hər kəs Məhdi (əleyhissalam)-ın qiyamını inkar etsə, həqiqətən kafirdir.(6)

Bu günkü ağır şəraitdə əllərimizi Allah dərgahına qaldırıb deyirik: Pərvərdigara, həqiqətən biz

səh:2


1- [1]Nəcm surəsi, ayə:4
2- [2]Həşr surəsi, ayə:7
3- [3]Bu hədis (Səqəleyn hədisi) 24 nəfər səhabə tərə-findən nəql olunmuş, əhli sünnə kitablarında hədis mənbələrində, təfsir, tarix və sair kitablarda müxtəlif təbirlərlə gətirilmişdir. O cümlədən Səhihi Müslüm, 8-ci cild, səh.122; Müstədrəki Haşim Nişapuri, 3-cü cild, səh.109, 148, 533; Sünəni Termezi, 2-ci cild, səh.307
4- [4] Mühəddis Bəhrani: Ğayətul-Məram, səh.196 Fəraidus Səmtindən nəqlən.
5- [5]Məhəmməd ibni Yəqub Kuleyni: Üsuli-Kafi, 2-ci cild, səh.308; Qeybəti Nömani, səh.130
6- [6]Yənabiul-Məvəddət, səh. 447; Əlburhan fi əlamatil Məhdi axirəzzəman, 12-ci bab, Əl ülfülvərdi fi əxbaril Məhdi, 2-ci cild, səh.83.

Peyğəmbərin aramızdan getməsindən, İmamımızın qeybə çəkilməsindən, düşmənlərimizin çoxluğundan, dostlarımızın azlığından, fitnələrin bizə və dövrümüzə hakim kəsildiyindən Sənə şikayət edirik.(1)

Biz Quran ayələrinin və Peyğəmbər sünnət-inin təlimləri əsasında bütün varlığımızla etiqad bəsləyirik:

Bəşərin ruhi xəstəliklərinin dərmanı yalnız elə bir İslama üz gətirməkdədir ki, onda İmam Zaman (əleyhissalam) aşkar şəkildə bəyan olunsun və bütün dəvətlər, səylər və hərəkatlar Allah kitabının və Peyğəmbər itrətinin təlimlərinin dirçəldilməsi istiqamə-tində olsun.

Məhdi (əleyhissalam)-a inam, bu etiqada dəvət, adının hər yerdə çəkilməsi, onun varlıq aləmində və İslam dünyasında ifa etdiyi rolun və təsirin araşdırılması sadəcə bir fərdin və ya xüsusi qrupun vəzifəsi deyildir. Çünki İslamın əsaslarından olan Məhdəviyyət dərin köklərə və dolğun məzmuna malik olan əqidələrdən sayılır.

Əgər Allahın kitabı və Peyğəmbərin itrəti həmişəlik olaraq ayrılmaq kimi elan olunubsa, onda nə üçün bu gün o iki əmanətin arasına ayrılıq salınıb?! Məgər bunların bir-birindən ayrılması İslam ümmətinin azğınlığa, zəlalətə düşməsi deyilmi?!

Məgər Peyğəmbər (s) insanların zəlalətə düşməməsinin əsas rəmzini Allahın kitabı və İmam Zaman (ə) məsələsinin bir yerdə olmasıyla əlaqələndirməmişdirmi?

Doğrudan da, görəsən qeyri-islami əqidələrdə, həmin qrupların həqiqi rəhbərlərinə də bu qədər

səh:3


1- [7]İftitah duası.

etinasızlıq rəva görülürmü? İmam Zaman əleyhissalama diqqət yetirməmək, ona biganə yanaşmaq İslam barəsində inanc və əndişələrin müxtəlifliyi deyilmi?!

Əli əleyhissalam sanki həyəcanlı fəryadlarla bizim dövrümüzün qarışıq və hərc-mərclik vəziyyətinə xitab edərək buyurur:

Necə də qəribədir bu həqiqətlər!! Əcaba, bu camaatın öz aralarında, bir-biri ilə bu barədə icad etdikləri əyrilikdən, iki tirəlikdən heyrətdə olmayım?! Nə Rəsuli-əkrəmin (s) ayininə itaət edirlər, nə də ondan sonra onun canişinin tövsiyələrinə qulaq asırlar! Nə qeyb aləminə etiqadları var, nə də çirkinliklərdən uzaq olurlar! Qəlblərini şübhəli və naməlum şeylərə bağlayıb, nəfsani istəklərinin yerinə yetirilməsi yolunda başlarından-canlarından keçir-lər.

Hər nəyi çox istəyirlərsə nəzərlərində yaxşı cilvələndirir və hansı şey xoşlarına gəlməsə, onu inkar edib xoşagəlməz bilirlər.

Çətinliklərdə və müşküllər tufa-nında öz xəstə ruhlarının sığınacağına pənah aparırlar. Məchul və qarışıq məsələlərdə öz gümanlarına arxalanırlar. Sanki onlardan hər biri təklikdə özünə İmamdır. Zahiri gözləri ilə gördüklərinə iman gətirir, öz puç xəyallarına əsasən dəlillər düzəldib onlara istinad edirlər və beləliklə özlərini asudə edirlər.(1)

Həqiqətdə əqidəvi ixtilafların əsaslı dəlillərindən biri dini məfhumları öz gümanlarımız əsasında araşdırmamız və bunları öz istədiyimiz kimi həll etməyimizdir.

səh:4


1- [8]Nəhcül-Bəlağə (Feyzül İslam) 87-ci xütbə.

İlahi dinin sərhədlərinin həqiqi keşikçilərindən danışmırıq; onları elə haqqı öz həqiqi yolundan sapındırdığı yerdə və ən alçaq, rəzil insanları paklıqların məzhəri kimi kürsüyə oturtduğu faciənin əvvəlindəcə unuduruq.

Peyğəmbərin əziz qızı fəryad edib buyurur:

Pərvərdigar... biz Peyğəmbər xanəda-nına itaət etməyi ictimai işlərin nizama salınması, imamətimizi isə ümmətin ixtilaflardan saxlanması üçün bir vasitə qərar verdi.(1)

Düzdür ki, həzrəti Məhdi (əleyhissalam) barəsində nəinki səthi bir səviyyəyə, hətta istidlali görüşlərə qane olmaq bizim razılığımıza səbəb ola bilməz. Təkcə, Həzrətin adını və ləqəbini bilməklə, bəzən öz islami risalətimizi hal-hazırkı ağır şəraitdə yerinə yetirməyimiz və İmam Zamanın həqiqi adıcıl-lardan olduğumuzu deməyimiz sadəcə özümüzü aldatmaq və qəlbimizə təskinlik verməkdir!!!

Amma bundan xəbərsizik ki, yeganə məsum, ilahi rəhbər, qeyb aləminin vasitəsi, bütün peyğəmbərlər və ilahi övliyaların şəriksiz varisi, bütün asimani kitabların bəyan edicisi olan o həzrəti əsaslı şəkildə, elmi və məntiqi şəkildə müdafiə etmirik. İslami ideologiya-mızın müdafiəsi sayılan bu işi lazımı şəkildə yerinə yetirməməyimiz bağışlanmaz səhvdir.

İmam Əli ibni Məhəmməd (əleyhissalam) sanki belə bir vəziyyəti nəzərdə tutub buyurur:

Əgər sizin Qaiminiz qeybə çəkildikdən sonra alimlər arasında camaatı İmam Zaman əleyhissalama tərəf dəvət və hidayət edən, ilahi bürhanlarla dinin

səh:5


1- [9]Əhməd İbni Əli Təbərsi: Ehticac, 1-ci cild, səh.134

keşiyində dayanan, Allahın zəif bəndələrini İblis və onun dostlarının hiylələrindən Əhli-beyt düşmənlərinin tələlələrindən xilas edib qurtara bilən adamlar olmasa, onda heç kəs bir yerə çata bilməz və hamı Allahın dinindən dönər.

Belə alimlər Allahın yanında ən yaxşı insanlar sırasındadır.(1)

İmanlı, pak əndişəli insanlar bilirlər ki, hər qövm üçün bir hidayət edən vardır(2) Hər əsrin bir İmamı vardır. İmam Əli, İmam Həsən, İmam Hüseyn, İmam Sadiq, İmami-əsr Həzrət Höccət İbnil-Həsən və ümumiyyətlə on iki imamın hər biri bizim ilahi rəhbərimizdir. Qeyd etdiyimiz kimi, hər bir imanlı müsəlman bu haqq İmamı tanımaqda, tanıtdırmaqda, onun həqiqi və müqəddəs yolunda addımlamaqda vəzifə və məsuliyyət daşıyır.

ÖN SÖZ

Zülmətli bir gecəninı öz qara pərdələrini bir neçə əsr islam ümmətinin üzərinə saldığı və müsəlman millətlərini tarix boyu gerilikdə, tənəzzüldə və

səh:6


1- [10] Şəhidi Sani Münyətül-Murid (Cəfəri çapı, Məşhəd) səh.25.
2- [11]Rəd surəsi, ayə:7

donuşluqda saxladığı uzun bir dövrdən sonra, iyirminci əsrin ortalarında yavaş-yavaş islam ümmətinin səmasında yeni həyat zümzümələri eşidilməyə və islam ümmətinin uzun illər boyu zalımların, istismarçıların və inadkarların qandalları altında inləyən heysiyyəti yavaş-yavaş bərpa olunmağa başladı. İranda İmam Xomeyninin rəhbərliyi altında baş verən İslam İnqilabının qələbəsi ilə bu oyanış daha qüdrətli və yenilməz oldu, istismarçı qara qüvvələrin asayişini əllərindən aldı və onların xam xəyallarını puça çıxartdı.

Bu gün islam ümməti, özünün yeni həyatında İmam Xomeyninin əməli proqramlarına borclu olduğu kimi, şübhəsiz, Şəhid Sədrin əndişə və təfəkkürünə də borcludur. Çünki Şəhid Sədr, yeni islam hərəkatının rəqibsiz bayraqdarı və dahi mütəfəkkiri idi. Onun hərtərəfli, yeni, eləcə də hər bir yönə əhatəli və dərin məfhumlu olan ideyaları islam ümmətinin irəliləməsi üçün lazımi şəraiti hazırlaya bilmiş və onun hərəkət yolunu, xarici məktəb və ideologiyalar arasında ən əhatəli və zəngin olan islam mədəni hərəkatına yönəltmişdi. Hansı ki, həmin xarici ideyalar islam cəmiyyətlərinin mədəni-ideoloqi mərkəzlərini ələ alaraq islam mütəfəkkirləri və onların mədəni övladlarının düşünən beyinlərini istila altına almaq istəyirdi. Şəhid İmam Seyyid Məhəmmədbaqir Sədr (rəhmətullahi əleyh) özünün misilsiz ləyaqəti və islam barəsində olan yeni ideya və təfəkkürləri ilə, yeni materialist mədəniyyətinin mütəfəkkir və alimləri ilə mübarizəyə qalxdı, dinsizlik ideyasının cəmiyyəti idarə etməkdə son dərəcə bacarıqsız olduğunu, eləcə də materializmin ideoloqi bünövrələrinin dağılacağını kor-koranə təqlid etmək fikrində olmayanlar üçün aşkar etdi.

səh:7

Həmçinin, dini təfəkkürün, müasir dünyamızda cəmiyyətin qarşılaşdığı problemlərin həll olunmasını öhdəsinə almaqdakı və yeni həyatı idarə edərək cəmiyyətin rifah, firavanlıq və səadətini təmin etməkdəki misilsiz və qüdrətli təsirini isbat etdi. Şəhid Sədrin məktəbindəki yeniliklər sadəcə bir mehvərdə və bir istiqamətdə bitmirdi. Əksinə, onun ciddi səyləri nəticəsində islami təfəkkür və ideologiya həyatın bütün sahələrində, xüsusilə islam iqtisadiyyatı, müqarin fəlsəfə və müasir məntiq kimi yeni səhnələrdə özünün yüksək zirvəsinə çatdı, hətta fiqh, üsul, fəlsəfə, məntiq, kəlam, təfsir və tarix kimi klassik elmlərə də nüfuz etdi. Nəticədə bu elmlərin hər bir şaxəsində inqilabi dəyişikliklər yaratdı, bu ideoloqi inqilab hər bir şaxənin elmi məsələlərini, üslub və məzmun baxımından keçmiş mərhələlər ilə müəyyən əsaslı fərqlərə malik olan yeni bir mərhələyə çatdırdı. İmam Şəhid Sədrin şəhid olmasından təxminən iyirmi il keçməsinə baxmayaraq, hələ də elmi-təhqiqat mərkəzləri onun ideyalarından və elmindən ilham alır. Biz, müxtəlif elmi məsələlərdə onun elmi əsərləri və yaratdığı yeniliklər barədə axtarış aparmağa ehtiyac duyuruq. Buna görə də Ayətullah Sədrin şəhid olmasının iyirmi illiyi münasibəti ilə ümumdünya səviyyəsində keçirilən konfrans onun elmi-mədəni mirasını, elə onun dəyərli elm əsərlərinə münasib olan bir səviyyədə dirçəltməyi öhdəsinə almışdır. Nəzərə almaq lazımdır ki, bu elmi mirasın böyük bir hissəsi ərəb və fars dillərində çap olunmuşdur. Buna görə də bu konfransın böyük vəzifəsi iki istiqamətdə izlənilir:

1) Şəhid Sədrin əsərlərinin külliyyatını, diqqətli olub əmanətdarlığa mümkün qədər riayət etmək şərti ilə, dünyanın müxtəlif dillərinə tərcümə etmək;

səh:8

2) Şəhid Sədrin əlyazmalarını bir yerə toplamaq məqsədi ilə əsərlərinə yenidən nəzər salmaq. Bu iş də ona görə icra olunur ki, bəzən təkrar çaplar nəticəsində, onun əsərlərində (çap işini öhdələrinə alanların diqqətsizliyi ucbatından) yaranmış bütün səhvlərə düzəliş verilsin və məhz bundan sonra daha yüksək keyfiyyətdə çap olunsun.

Əlinizdəki kitab Şəhid Ayətullah Seyyid Məhəmmədbaqir Sədrin yazdığı Bəhsun hovləl-Məhdi kitabının tərcüməsidir. Şəhid Sədr onu, Seyyid Məhəmməd Sədrin yazdığı Məvsuətul-İmam əl-Məhdi kitabına bir müqəddimə kimi yazmışdı. Bu müqəddimədə irəli çəkilib araşdırılan məsələlərin əhəmiyyətinə görə ayrıca kitab şəklində çap olunmuş və indiyə qədər müxtəlif dillərə tərcümə edilmişdir. Müəllif bu kitabda şiə aləmində Məhdəviyyət ilə əlaqədar olan əqidə barəsində yaranan suallara elmi yolla cavab vermişdir. Mütəal Allahdan acizanə şəkildə istəyirik ki, bu işi, özünün razılığı olan işlər sırasında qəbul etsin. Amin!

Ayətullah Seyyid Məhəmmədbaqir Sədrin

konfransının elmi heyətinin dəftərxanası

Kafirlər Allah nurunu öz batil sözləri ilə söndürmək istəyirlər... Əlbəttə, Allah öz nurunu kafirlərin xoşuna gəlməsə də tamamlayacaqdır.

Səff surəsi, ayə:8

MÜƏLLİFİN MÜQƏDDİMƏSİ

Həzrət Məhdi (əleyhissalam)-a etiqad bəsləmək təkcə dini xüsusiyyətlərə malik olan islami bir inanc deyil, həm də bütün insanların istək və arzuları üçün bir ünvan və simvoldur. Mövcud din və məzhəb fərqlərinə baxmayaraq, insanların fitri ilhamlarının təzahürü olan bu əqidə müxtəlif fərqlərlə insaniyyət

səh:9

üçün vədə verilmiş bir günün gəlib çatacağını, həmin gündə böyük asimani-ilahi risalətlərin son məqsəd və hədəflərinin gerçəkləşəcəyini xəbər verir. Həmin gün tarix boyunda çoxlu enişli-yoxuşlu olan yol müxtəlif əzab-əziyyətlərdən sonra lazımi dərcədə hamarlaşacaq və maneələr aradan qalxacaqdır.

Belə bir gələcəyin intizarını çəkmək yalnız dinlərə iman gətirməklə qeyb aləmini qəbul edən şəxslər üçün deyil, həm də başqalarına sirayət etmişdir. Belə ki, bu inancın inikaslarını etiqadi əsaslara inanmayan, qeybi varlıqları qətiyyətlə inkar edən və bunlara qarşı ciddi mübarizə aparan ideologiyalarda da görmək olar.

Misal üçün, tarixi sinfi təzadlar əsasında şərh və təfsir edən dialektik materializmdə bütün təzad və ziddiyyətlərin aradan qalxacağı, insanlar arasında qarşılıqlı anlaşma və əmniyyətin hökm sürəcəyi bir gündən söz açılır.

Beləliklə görürük ki, bəşəriyyət tarixində bu hisslər barəsində daxili bir təcrübə mövcud olmuşdur və burada sair ruhi təcrübələr arasında daha artıq ümumiyyət və geniş miqyaslılıqdan istifadə olunur. Din də bu hərtərəfli və ümumbəşəri hisslərə möhkəmlik bəxş etməklə yanaşı yer üzünün zülm və haqsızlığa boyandığı kimi ədalətlə dolacağını bəyan edən bu əqidəyə təbii bir dəyər bağışlamış və bu etiqada inananların təfəkkür yolunu iman tərəfinə istiqamətlən-dirmişdir.

Belə bir iman təkcə təskinlik və dözüm amili deyil, həm də böyük bir ruhi sərmayənin yaradıcısıdır. Bu da böyük və əbədi bir müdafiə qüvvəsinin yaranmasına səbəb olur, dünyanın hər yerində olursa olsun, zülm və zülmkarlığa qarşı mübarizəni, həmişə mümkün hesab edir. Çünki bu,

səh:10

ümid çırağının işıqlarını qəlblərə elə saçır ki, insanın ruhunda ümidsizlik zülmətini daim məhv edir və belə bir etiqadı elan edir:

Əgər acınacaqlı, dəhşətli hadisələr bir-birinin üzərinə toplansa, dünya qaranlıqların, zülmətlərin içərisində itib-batsa, yenə də ümid məşəlini qəlblərdə yanar saxlamaq, ədalət tərəfinə getmək lazımdır. Çünki vədəsi verilən günün varlığı göstərir ki, ədalət zülm və haqsızlıqla dolu olan bir dünya ilə qarşılaşmaq qüdrətinə malikdir. Ədalət dərinliklərə kök atmış nəhəng və qorxunc zülümləri lərzəyə gətirə bilər və dünyanın hər yerində baş alıb gedən haqsızlığa son qoyar. Sanki bu bir həqiqətdir ki, zülm labüd olaraq məğlub edilməli, hətta özünün ən yüksək zirvəsinə çatsa belə aradan getməlidir.

Buna əsasən, bu əqidə hər bir məzluma, habelə zülm altında inləyən xalq kütlələrinə böyük bir ümid verərək bildirir ki, özlərini cəmiyyətin bünövrəsini dəyişdirməkdə və onu yenidən qurmaqda qüdrətli hiss etsinlər.

Məhdi (əleyhissalam)-a etiqad bəsləmək daha uzaq keçmişlərə gedib çatdığına və hətta İslamdan da geniş səviyyəli bir etiqada malik olduğuna körə təbiidir ki, onun İslami hədd-hüdudları tarixin əvvəlindən bu etiqada göz tikilən bütün arzu və ümidlərə özündə yer vermişdir. Ona elə güclü və qüdrətli mədəniyyət bağışlamışdır ki, məzlum kütlələr üçün böyük ruhi sərmayə ola bilmiş, zülm altında inləyən bütün insanların hisslərini coşdurmaq, təhrik etmək və onların haqq-ədalətə istiqamətlən-dirilməsində daha artıq qüdrətə yiyələnmişdir. Çünki islam bu etiqadın mövzusunu təsəvvür aləminin hüdudlarından reallığa, gerçəkliyə gətirmiş, onu gələcəkdən hal-hazırkı dövrə nəql etdirmişdir.

səh:11

Gələcəkdə naməlum bir qüvvəyə ümid bəsləmək yerinə elə bir xilaskara iman bəsləsinlər ki, hal-hazırda mövcuddur və vədəsi verilən günün gəlib çatmasını, o gün üçün lazım olan şəraitləri gözləyən insanların böyük hədəflərini əməli olaraq həyata keçirməyə imkan versin.

Buna əsasən, Məhdi (əleyhissalam) məsələsi hələ doğulmamış və ya doğulması gözlənilən şəxsin intizarını çəkmək demək deyildir. Bu sadəcə bir uzaqgörənlik də deyildir ki, onun konkret nümunəsinin intizarında olaq; əksinə o mövcud reallıq və konkrekt bir şəxsdir ki, onun özü də fəaliyyətlərinin başlanmasının intizarını çəkməkdədir və bizim aramızda öz fiziki bədəni ilə yaşayır, bizi görür, biz də onu görürük; o, bəşəriyyətin dərdləri, əzabları, arzuları fəzasındadır, qəm-qüssələrimizdə bizimlə şərikdir. Əzab çəkənlərin işgəncələrini, yer üzü zülmkarlarının törət-dikləri bədbəxtlikləri, zalımların tüğyanlarını uzaqdan-yaxından görür və vədəsi verilən günün gəlib çatmasını gözləməkdədir. Və o zaman özünün qüdrətli əllərini məhrumlara, zülm altında inləyənlərə, bədbəxt günlərə qalanlara tərəf uzadacaq, zalımların kökünü yer üzündən kəsəcəkdir.

Əlbəttə, intizarı çəkilən bu rəhbər üçün ilahi təqdir belə olmuşdur; o, hələlik özünü aşkar etməməli və başqaları ilə birlikdə vədəsi verilən günün intizarını çəkməli, eyni zamanda özünü onlara göstərməməlidir.

Aydındır ki, bu təfəkkürün islami xüsusiyyətləri məxluqlarla onlara nicat verəcək intizarı çəkilən rəhbərin arasındakı fasiləni azaldır. Bu müştərək ruhi duyğular zülmə məruz qalanlarla onlara nicat verən şəxsin arasında sanki bir körpüyə bənzəyir ki, vüsal

səh:12

duyğusu hicranın uzun körpüsünü qısaldacaq. Əgər bizdən Məhdi (əleyhissalam)-in hal-hazırda mövcud olan gerçək bir insan kimi təqdim etməyimizi istəsələr və onun bizim kimi yaşamağına etiqadımız və vədəsi verilən günün intizarını çəkməyimiz barədə bir şey soruşsalar, bu inanc həqiqətdə bizi bu hədsiz əndişə və bütün sitəmlərin sərhəddinə sövq etdirir ki, Məhdi (əleyhissalam) onun bir rəmzidir və hal-hazırda da zülmün kökünü kəsəcək bir rəhbər kimi təcəssüm tapmışdır. O, hədislərdə qeyd olunduğu kimi, hal-hazırda həmin günün intizarını çəkir və həmin gündə aşkar olacaqdır. O (Allahdan başqa) heç kəsin fərmanını qəbul etmir. Ona iman gətirmək həm zülmün kökünün kəsilməsinə iman, həm də onunla eyni təfəkkürdə olmaq deməkdir.

Hədislərdə də Həzrəti Məhdi (əleyhissalam)-ın zühurunun intizarını çəkmək, zühurun tezləşməsini istəmək məsələsinə çoxlu təşviq və tövsiyə edilmişdir ki, möminlər həmişə onun yolunu gözləsinlər. Bu təşviq, zühuru gözləyənlərlə onların rəhbərləri arasında ruhi və mənəvi bağlılıqdır. Bu bağlılıq Həzrəti Məhdi (əleyhissalam)-ı hal-hazırda mövcud bir insan kimi təcəssüm etdirmədən mümkün deyildir.

Biz görürük ki, Məhdi (əleyhissalam)-ın mövcudluğu o həzrətin intizarını çəkmək fikrinə təzə bir ruh bağışlayır, ona daha artıq yaradıcılıq və qüdrət bəxş edir. Bundan əlavə, zülmün kökünü kəsmək istəyən və intizarı çəkilən rəhbəri özünə həmfikir və həmdərd hesab edən insanda, ona məhrumiyyət nəticəsində dəyən dərdlərin və bəlaların qarşısında bir növ müqavimət və dözümlülük yaradır.

Əlbəttə, Məhdi (əleyhissalam)-ın fiziki cəhətdən mövcud olması, eyni halda camaatdan bir qrupunda bu məsələyə qarşı mənfi xüsusiyyətlər yaratmışdır.

səh:13

Çünki onlar bu işi çox çətin fərziyyə kimi təsəvvür edir və soruşurlar:

Əgər Məhdi (əleyhissalam) diridirsə və on əsr bundan qabaq yaşamış insanlarla müasir olubsa, həmçinin onun diri olması zühur vaxtına qədər davam edəcəksə, onda bir insan üçün belə bir uzun həyatı necə təsəvvür və qəbul etmək olar; o, hər bir insana qocalmağı və təbii hadisələr qarşısında təslim olmağı müqəddər edən təbii qanunların təsirindən necə amanda qalmışdır? Əgər real fikirləşsək belə bir fərz qeyri-mümkün deyildirmi?

Soruşurlar:

Hansı maraq pak və uca məqamlı Allahı bu xüsusi insana görə təbiət qanunlarını pozmağa, həyatını uzatmaq və vədə verilən zamana qədər saxlamaq kimi qeyri-mümkün bir işə əl atmağa vadar etmişdir? Məgər analar (lazım olan dövrdə) layiqli rəhbər doğmaqda acizdirlərmi? Nə üçün Allah-taala vədə verdiyi bir rəhbərin öz zamanında doğulmasını adi insanlar kimi öz dövründə böyüyüb boya-başa çatmasını və nəticədə zülm və haqsızlıqla dolu olan dünyanı haqq-ədalətlə doldurmasını müəyyən etməmişdir?

Soruşurlar:

Mötəbər tarixlərə əsasən Həzrəti Məhdi Əhli-beyt imamların on birincisi olaraq 255-ci hicri ilində doğulmuş və atası da 260-cı ildə vəfat etmişdir. O Həzrət atası vəfat edərkən 5 yaşlı uşaq idi və təbiidir ki, ata 5 yaşlı övladını ideoloqi və dini cəhətdən tam hazırlaya bilməzdi . Bəs onda o, belə bir ləyaqətə necə yiyələnmiş və özünün dini və elmi vəzifələrini necə ifa edəcəkdir?

səh:14

Həmçinin soruşurlar:

Əgər bu rəhbər insanların nicatı üçün lazımi ləyaqətə malikdirsə, onda bu qədər uzun intizar nə üçündür?

Məgər dünyada baş verən bütün bu zülmlər və faciəli hadisələr onun ədaləti bərqərar etməsi üçün zuhur etməsinə kifayət deyildirmi?

Həmçinin deyirlər:

Fərz edək ki, belə bir işin baş verməsinin mümkünlüyünü qəbul etdik, onda yenə də sual yaranır ki, Məhdi (əleyhissalam)-ın varlığının gerçəkləşməsini necə qəbul edə bilərik? Məgər insan tutarlı elmi və dini dəlil olmadan belə bir fərziyyələrin düzlüyünə inana bilərmi? Sadəcə bir neçə hədis və rəvayətin nəql olunması bizi bu fərziyyəni qəbul etməyə vadar edə bilərmi?

Həmçinin, vədə verilən gündə Məhdi (əleyhissalam)-ın rolu barəsində belə sual verirlər: necə ola bilər ki, bir fərd dünyanın hər bir yerini dəyişdirə biləcək belə böyük və qətiyyətli rolu öhdəsinə ala bilsin? Bir nəfər nə qədər böyük olsa belə, təklikdə tarixi qura və ya onu yeni, təzə mərhələyə daxil edə bilməz. Çünki hər hansı bir tarixi hərəkatın əsas qüvvələri tənha o cəmiyyətdə yeni zəminələr və mövcud təzadların səbəbi ilə inkişaf edir və həmin şəxsin əzəməti də o zəminələrdən qaynaqlanır.

Soruşurlar:

O hansı təfəkkür üslubudur ki, onun möhtəvasında böyük və əsaslı dəyişikliklər, ədalətin yenilməz qələbəsi, zülm və sitəmin varlığı ilə birgə

səh:15

bir fərdin əli ilə həll edilməsi mümkün hesab edilsin. Halbuki zalımların nüfuz və qüdrətləri həddindən artıq çoxdur və onların ixtiyarında dünyanı məhv etmək üçün son dərəcə qüdrətli bir texnologiya vardır. Habelə, hərbi və siyasi qüdrət səhnələrində çox vəhşətli mövqelərə çatmışlar.

Qeyd olunan məsələlər Məhdi (əleyhissalam) barəsində insanların zehnində yaranan suallardır ki, müxtəlif şəkillərdə bəyan olunur. Bu suallardan həqiqi məqsəd təkcə ideoloqi yön deyildir. Ruhi bir mənbədən qaynaqlanan bu məsələləri dünyaya hakim olan gerçəkliklərdən doğan hisslər, yaxud əsaslı dəyişikliklər yaranması üçün fürsətlərin yararsız olduğu adlandırmaq olar.

Təbii olaraq mövcud vəziyyətlərdən yaranan bu hisslər zamanın keçməsi ilə bir-birinin ardınca gəlməkdə və bu əqidə barəsində olan şəkk-şübhəni daha da artırmaqdadır. Hətta məğlubiyyət və bacarıqsızlıq ruhiyyəsi işi o yerə çatdırmışdır ki, insanlar dünyada əsaslı islahatın yaranacağını onun tarix boyu baş verən bütün zülmlərdən boşalacağını, ona yeni qüvvə bəxş edəiləcəyini ondan sonra haqq-ədalət və düzlük bünövrələrinin qurulacağını çox çətin təsəvvür edirlər. Bu işin təsəvvür olunmasının çətinliyi insanın öz şəkk-şübhələrini təkrar suallar şəkildə aşkar etməsinə və bu məsələni inkar etmək qərarına gəlməsinə səbəb olur.

İndi biz qeyd olunan sualları araşdırırıq və onların hər birinin üzərində bir qədər fikirləşməyi qarşıya məqsəd qoyuruq.

səh:16

1. HƏZRƏT MƏHDİ (əleyhissalam)-IN UZUN ÖMRÜ

Belə bir sual yaranır: görəsən mümkün ola bilərmi ki, bir insan uzun əsrlər boyu yaşasın? Başqa sözlə, vədə verilən rəhbərin belə bir ömür yaşamasını qəbul eməklə deyə bilərikmi ki, o, hal-hazırda 1140 ildən artıq ömür sürmüşdür, adi bir insan həyatından təqribən 14 dəfə artıq yaşamışdır?!

Bu sualın cavabında qeyd etməliyik ki, mümkünlük dedikdə, aşağıdakı üç mənadan birini başa düşürük:

1-Əməli cəhətdən mümkünlük;

2-Elmi cəhətdən mümkünlük;

3-Məntiqi və ya fəlsəfi cəhətdən mümkünlük;

Əməli mümkünlük dedikdə, məqsəd hər hansı bir işin həyata keçməsini elə bir şəkildə mümkün sanmaqdır ki, hamı tərəfindən qəbul edilə bilsin.

səh:17

Məsələn, okeanlara səfər edib onun dərinliklərinə daxil olmaq, aya səfər etmək və bu kimi digər işlər hal-hazırda əmələn mümkün olan işlər sırasındadır.

Elmi mümkünlük dedikdə, məqsəd budur ki, müəyyən bir iş əməli cəhətdən mümkünlük mərhələsinə çatmayıbdır və müasir elmi texniki tərəqqi onun həyata keçrilməsinə səy göstərir. Eyni zamanda elmi nailiyyətlər və elmi texniki-tərəqqi onun mümkünlüyünü inkar etmir və ya bunun inkarına bir dəlil tapa bilmir.

Misal üçün, insanın Marsa gedib çatması elmi nöqteyi-nəzərdən qeyri-mümkün sayılmır. Onun baş verməsinin inkar edilməsi üçün də heç bir məqsəd güdülmür, əksinə, elmin hazırkı naliyyətləri göstərir ki, qeyd olunan kosmik səfər bu vaxta qədər həyata keçməyibsə də, onun nə vaxtsa baş verəcəyinin mümkünlüyündə heç bir şəkk-şübhə yoxdur. Çünki insanın Marsa və ya Aya çatması astronomik və elmi kosmoloqi baxımdan çox az fərqlənir. Yolun uzaqlığı kimi çətinlikləri nəzərə almasaq, Marsa çatmağı elmi nöqteyi-nəzərdən tam mümkün hesab etmək olar. Amma bunun əksinə olaraq, Günəşə getmək əməli cəhətdən əlavə elmi nəzərdən də qeyri-mümkündür. Çünki elm və təcrübə onun təsəvvür olunmasına heç bir ehtimal vermir. Hətta hərarətə qarşı davamlı olan maddələrin kəşf olunmasını mümkün hesab etsək də belə, bu səfərin nə vaxtsa baş tutacağını təsəvvür etmək mümkün deyildir.

Fəlsəfi və ya məntiqi mümkünlük dedikdə, əql,yaxud təcrübi sınaqlar və qanunlar nəzərindən müəyyən bir işin təsəvvür olunması və baş verməsi üçün hər hansı bir maneənin mövcud olmaması,

nəticədə əql tərəfindən onun baş verməsinin qeyrimümkünlüyünə hökm edilməməsi nəzərdə tutulur.

səh:18

Misal üçün, üç ədəd portağalı heç biri kəsilmədən iki bərabər hissəyə bölmək mümkün deyildir. Çünki əql, əməl və təcrübi baxımdan hökm edir ki, üç tək ədəddir və təkliklərə toxunmadan cüt sayda bölünməz. Üç portağalı iki bərabər hissəyə ayırmaq əqlən mümkün deyildir. Çünki üçün iki bərabər hissəyə ayrılmasının şərti budur ki, üç eyni zamanda həm tək olsun, həm də cüt. Bu da paradoks adlanır və məntiq cəhətindən qeyri-mümkün sayılır.

Amma insanın yanmadan od kürəsinin içərisinə getməsi, həmçinin yüksək hərarətə davam gətirməklə günəşə daxil olması məntiqi cəhətdən qeyri-mümkün sayılmır. Çünki burada heç bir ziddiyyət və paradoks irəli gəlmir.

Əgər hərarəti çox olan bir cismin istiliyi az olan cisimdə təsir qoymadığını fərz etsək, onda artıq ziddiyət də aradan getmiş olur. Baxmayaraq ki, bu fərziyyə bizim keçmiş təcrübələrimizin əksinədir. Çünki məlum təcrübələr əsasında tempraturaları müxtəlif olan iki cisim bir-birinin yanında yerləşdirilsə, onların arasında enerqi mübadiləsi başlayar və nəhayət hər ikisi eyni temperatura gəlib çatar.

Buna əsasən, başa düşürük ki, məntiqi mümkünlüyün dairə və miqyası elmi mümkünlükdən, elmi mümkünlüyün sahəsi də əməli mümkünlükdən daha genişdir.

Şübhə yoxdur ki, məntiqi nəzərdən bir insanın min illərlə yaşaması mümkündür. Çünki bu məsələ əqli nəzərdən qeyri-mümkün sayılmır və belə fərziyyələrdə paradoks da gözə dəymir. Çünki ölümün tez və ya geç gəlib çatması həyatın məna və məfhumunda yerləşməmişdir və belə bir işdə şəkk-şübhə yoxdur. Məlum məsələdir ki, həddən artıq uzun

səh:19

ömürlülük hal-hazırda əməli olaraq mümkün deyildir. Habelə bu, aya, yaxud okeanların dərinliklərinə getmək məsələsi kimi də deyildir ki, insanların ixtiyarında olan vasitələrlə yerinə yetirilsin; habelə elmi təcrübələr və sınaqlar nəticəsində hasil olan məsələ kimi də deyildir ki, insanın ömrünü yüz illərlə artırsın. Amma elmi nəzərdən bu məsələ ayrı şəkildə aydınlaşdırılır. Qeyd etməliyik ki, bəşərin hazırkı elmi uzun ömürlülüyün mümkün olmasını nəzəri cəhətdən inkar etmir.

Uzun ömür barəsindəki elmi araşdırmalar həqiqətdə fiziologiyanın qocalıq və zəiflik (insan bədənində olan toxuma və hüceyrələrə aid olan təbii qanunun nəticəsi kimi qocalıq və əldən düşmək) barədə təqdim etdiyi anlayışdan asılıdır. Şəkk yoxdur ki, insan bədəni inkişafın son mərhələsinə çatdıqdan sonra yavaş-yavaş geriləməyə başlayır və həyatın davam etdirilməsi üçün daha az qüdrətə malik olur. Tədricən başlayan zəifləmə prosesi getdikcə dərinləşir və nəhayət bədən öz fəaliyyətini dayandırır. Görəsən bu qanun hətta hər növ xarici təsirlərdən uzaqda qalan bir bədən barəsində də doğrudurmu? Yoxsa qocalıq və bədən qüvvələrinin işdən düşməsi bədənin xarici amillərlə mübarizəsinin nəticəsidirmi ki, onlar insanın bədəninə yol tapırlar? Bu sual barəsində müasir elm dərindən maraqlanır və ona cavab verməyə çalışır.

Müasir elmi nailiyyətlər çərçivəsində bu sual dərindən araşdırılmış və ona müxtəlif cavablar verilmişdir. Qeyd olunur ki, əgər qocalıq və zəiflik bədənin xarici amillərlə mübarizəsindən yaranırsa, onda nəzəri cəhətdən mümkündür ki, insan bədənini təşkil edən toxumalar onda təsir qoyan amillərdən uzaqda qalsın, nəticədə insanın ömrü uzun olsun.

səh:20

Amma əgər başqa bir cəhətdən araşdırsaq, bu nəticəyə çatarıq ki, qocalıq bir təbii qanundur və hər bir toxuma və hüceyrənin öz daxilində labüd və qaçılmaz yoxluq amili gizlənmişdir ki, zamanın keçməsi ilə canlı varlığı istər-istəməz qocalıq və ölümə çatdırır. Məsələni bu baxımdan da araşdırsaq zəruri deyildir ki, bu təbii qanunda heç bir istisna olmasın; əgər belə bir qanun danılmaz və həqiqi surətdə mövcud olarsa, yenə də onda istisna xarakteri daşıyan hal ola bilər. Çünki həm biz öz adi həyatımızda, həm də mütəxəssislər öz elmi təcrübələrində müşahidə edirlər ki, qocalıq bir fizioloqi varlıq və fenomendir və zamanla heç bir rabitəsi yoxdur. Bəzən yaxın, bəzən də uzaq zaman fasiləsi ilə aşkar olur. Bəzi şəxslər yaşlarının ötməsinə baxmayaraq gec qocalır və onlarda qocalıq əlamətləri çox gec müşahidə olunur. Bəziləridə isə bunun tamam əksi aşkar olur. Həkimlər və mütəxəssislər də bu qanunun müstəsna hallara malik olmasını təsdiq edirlər. Hətta alimlərdən bəziləri bir sıra mütəxəssislərin iddiasının xilafını sübuta yetirmiş və dəyişməz hesab olunan bu qanuna istisnalar gətirərək heyvanlardan bəzilərinin ömrünü təbii ömürlərindən bir neçə yüz qat artıra bilmişlər.(1)

səh:21


1- [12]Min illər boyu bəşər arzu etmişdir ki, ölümün, müqəddər olunmuş bu hadisənin gəlib çatmasını təxirə salsın. Keçmiş əsirlərdə kimyagərlərin əbədi həyata çatması üçün apardıqları səylər heç bir nəticə verməmişdir. 19-cu əsrin axırlarında elmi müvəffəqiyyətlər daha artıq ömür sürməyə olan ümidlərin yenidən rövnəqlənməsinə və bəlkə də yaxın gələcəkdə bu xyalın reallaşacağına ümidləri artırmışdır. Bu barədə alimlər əvvəlcə heyvanların üzərində sınaqlar keçirmişlər. Misal üçün Kornel unversitetinin görkəmli mütəxəssisi Mek Kay və London unversitetindən Aleks Kam Furet insanın qidalanması ilə onun qocalığı arasında tənasübü araşdırmışdır. Aleks Kam Furet öz sınaqlarında siçanlardan bəzilərinin ömrünü 50 faiz artıra bilmişdir.Başqa bir Amerikalı mütəxəssis Riçard Ruçeşledin apardığı dörd illik araşdırmalardan və Beymitel aminu-Atanov adlı kimyəvi dərmandan istifadə edərək siçanın ömrünü artıra bilmişdir. Bu alim və Vakib adlı həmkarı bu nəticəyə çatmışlar ki, Deymitelamini-Ataminoldan istifadə edilməsi siçanların ömrünü sınaq müddətində 6-49 faiz artırmışdır. Milçəklərin üzərində aparılan təcrübələr isə onların ömürlərinin hətta 300 dəfə artırılması ilə nəticələnmişdir.

Onlar gözə çarpacaq müvəffəqiyyətlər əldə etməklə təbii qocalmaq qanununu pozdular və sübut etdilər ki, qocalığın təxirə salınması müəyyən amil və şəraitlərin yaradılması ilə elmi cəhətdən mümkün olan bir işdir. Müasir elmin bu kimi təcrübələri insan üzərində aparmaqda aciz olması yalnız insanın heyvanla müqayisədə daha mürəkkəb quruluşa malik olması ilə əlaqədardır.

Buna əsasən, elm özünün mütərəqqi fəaliyyətləri ilə göstərir ki, nəzəri baxımdan insan ömrünün uzun olmasının mümkünlüyünü inkar etmək üçün heç bir dəlil mövcud deyildir. İstər qocalığı bədənin xarici amillərlə mübarizə aparıb onlardan təsirlənməsinin nəticəsi, istərsə də canlı varlıqlara hakim kəsilən və onları ölümə doğru sürükləyən təbii bir qanunun nəticəsi hesab edək.

səh:22

Qeyd olunanların nəticəsi kimi Həzrət Məhdi əleyhissalamın uzun ömrü barəsində araşdırma aparırıq və bu barədə yaranan suallara cavab veririk. Uzun ömürlülüyün məntiqi və elmi mümkünlüyü aydın olduqdan sonra, habelə elmin bu nəzəriyyəni əməli olaraq həyata keçirmək barədə səy apardığını nəzərə alsaq, təəccüb üçün heç bir yer və dəlil qalmaz. Yeganə bəhanə yeri bu ola bilər ki, Məhdi əleyhissalamın elmində şəkk edək və onun elminin bəşər elmindən irəlidə olmasını qəbul etməyək!

Əgər İslam bu rəhbərin həyat və sağlamlığının qorunub saxlanmasında bəşər elmindən necə qabağa keçə bildi? - deyə soruşsalar, cavabında demək lazımdır:

Bu yeganə hal deyildir ki, İslam bəşər elminin inkişafından qabağa düşmüş olsun; əksinə çoxlu hallar vardır ki, İslam bəşəriyyətin çata bilmədiyi elmi zirvələri uzun illər bundan öncə fəth etmişdir.

Məgər İslamın şəriət məcmuəsi öz elmi hərəkətində və insani əndişələrin təbii inkişafında misilsiz nailiyyətlər əldə etməmişdirmi?

Məgər bu müqəddəs amal insana düzgün rəhbərlik barəsində möhkəm və tutarlı proqramlar təqdim etməmişdirmi ki, bəşər övladı öz müstəqil hərəkətində yüz illər addımladıqdan sonra o proqramlara çatmağa ləyaqət tapmışdır.

Məgər İslam düzgün və möhkəm qanunlar gətirməmişdirmi ki, son əsrlərdə o qanunların fəlsəfə və sirlərinin yalnız müəyyən bir hissəsini dərk edə bilsin?

Məgər İslam Peyğəmbəri yaradılış sirlərini bəyan etmirdimi? Hansı ki, o sirlər heç bir insanın xatirindən silinməmiş və yalnız elmi təkamül yolunu qət etdikdən sonra bunlar isbat olunmuşdur.?

səh:23

Əgər bütün bunlara inanırıqsa, onda İslam şəriətini göndərən qadir Allahın Məhdi əleyhissalamın elmini zamandan qabağa salmasını necə çətin hesab edə bilərik?!

Biz burada İslamın elmdən qabağa düşməsinin yalnız bir hissəsini özümüz üçün istinad nöqtəsi seçirik ki, birbaşa onları dərk edə bilək. Mümkündür ki, İslamın qabaqcadan xəbər verdiyi başqa nümunələri də ona əlavə edək ki, hələ bəşər elmi təkamüldə ona çatmamışdır.

Misal üçün, Allah-təala bizi agah etmişdir ki, öz Peyğəmbərini (bir gecədə) Məkkə evindən Məscidul-əqsaya doğru aparmışdır. Bu aparılmanın necəliyini əgər təbii qanunlar sərhədlərində araşdırsaq, onun təbiət qanunlarına hakim olan qanunlardan bəhrələndiyini görəcəyik. Belə ki, elm hələ də onun xüsusiyyətlərini araşdıra bilməmişdir. Hətta onun keyfiyyəti və necəliyinin bəyan olunması üçün yüz illərlə vaxt lazımdır.

Allah-təala Peyğəmbəri işıq sürəti ilə hərəkət etdirmək qüdrətini xəbər vermişdi. Allah-təala əməldə mümkün olmayan belə arzuları Peyğəmbərin axırıncı canişininə müqəddər etmiş və bəşər elmi belə arzulara çatmamışdan əvvəl ona uzun ömür bəxş etmişdir.

Böyük Allah tərəfindən insanların xilaskarına, intizarı çəkilən belə bir şəxsə uzun ömür əta edilməsi bəzi insanlar üçün onun varlığında qəti elm hasil etdikləri sərhədlərdə təəccüblü bir iş kimi görünür. Amma bu rəhbərin dünyanı dəyişdirib yenidən quracağı camaatın qəbul edəcəyi sərhədlər daxilində, həmçinin keçmiş tarixi dəyişikliklərin baş verməsi zamanı təəccüblü deyildimi? Məgər dünyanın dəyişdirilməsi və onun bünövrəsinin yeni mədəniyyət

səh:24

əsasında yenidən qurulması onun öhdəsinə qoyulduğu halda həyatının qeyri-adiliyi böyük bir qəribəlik sayılıb təəccüb doğurma-lıdır?!

Bəs nə üçün böyük tapşırığın başlanğıc işləri bizim qəbul edə biləcəyimiz çərçivədən xaricdə olan varlıqlarla qarşılaşdıqda (İmam Zaman əleyhissalamın uzun ömrü kimi) təəccüb edirik? Çünki bu işlərin xüsusiyyətlərindən yaranan təəccüblər o böyük vəzifənin vədə verilən Məhdi tərəfindən yerinə yetirməsindəki təəccübdən heç də böyük deyildir.

İndi əgər bəşər tarixində belə bir yeganə işin baş verəcəyini qəbul etsək (halbuki keçmiş insanların tarixində belə bir şey görməmişik) onda nə üçün tarixdə buna oxşar bir şeyi görmədiyimizi bəhanə edərək onun uzun ömrünü qəbul etməyək?

Bəlkə də bu yalnız bir təsadüfi iş ola bilər ki, insan tarixində baş vermiş olsun. Yalnız iki nəfər insan mədəniyyətini və tarixini paklaşdırmaq, fəsad və tüğyançılığın kökünü kəsmək, insan cəmiyyətini yenidən qurmaq üçün əmr olunmuşdu. Onların hər ikisi adi bir insanın ömründən on dəfələrlə artıq ömür sürmüşdülər. Birincisi həzrəti Nuh idi ki, öz vəzifəsini keçmişdə yerinə yetirərək başa çatdırmış və Quranın aşkar buyurduğu kimi 950 il öz ümməti arasında təbliğ etmişdir. Nəticədə Nuhun tufanının ardınca dünya mədəniyyəti yenidən quruldu.

Digəri isə Məhdi əleyhissalamdır ki, öz rolunu gələcəkdə ifa edəcəkdir və indiyə qədər öz qövmünün arasında 1000 ildən artıq ömür sürməkdədir. Allahın təqdiri belə olmuşdur ki, o, vədə verilən gündə zühur edib dünyanı yenidən qursun. Bəs necə ola bilər ki, Nuhun uzun ömürlülüyünü qəbul edək, amma eyni

səh:25

şeyin Həzrəti Məhdiyə aid olunmasında şübhəyə düşək?!

2. UZUN ÖMÜRLÜLÜK VƏ MÖCÜZƏ

Məlum oldu ki, uzun ömürlülük elmi cəhətdən mümkün bir işdir. Amma burada, gətirdiyimiz dəlil-sübutları nəzərə almırıq və elmi nöqteyi-nəzərdən isə uzun ömürlülük məsələsini qeyri-mümkün, qocalığı isə elə bir qətiyyətli qanun hesab edirik ki, bəşər nə müasir dövrdə, nə də gələcəkdə bu təbii qanuna üstün gəlmək bacarığına malik deyildir. Amma həmin fərzdən alınan nəticə yalnız bu ola bilər ki, yüz illərlə ömür sürmək təbii qanunlarla uyğun gəlmir və bu

səh:26

məsələni elm, müasir texnoloqi təcrübələr və statistka təsdiq etmir. Görəsən bundan başqa bir nəticə almaq olmazmı?

Belə olan halda uzun ömürlük möcüzə hesab olunmalıdır, yəni Allah-təala belə bir təbii qanunu müəyyən şəraitlərdə təsirdən salır ki, səmavi dəvətin keşikçisini məhv olmaq təhlükəsindən qoruyub saxlasın. Və bu, Quran ayələri və Peyğəmbər sünnətinin aşkar bəyan etdiyi kimi, müsəlmanların möcüzəyə olan etiqadıdır. Bu isə öz növbəsində təbii qanunlardan istisna xarakteri daşıyır və burada təəccübə səbəb olacaq heç bir şey yoxdur. Çünki qocalıq qanunu isti cisimdən soyuq cismə istiliyin nəql olunması və onların hərarətinin bərabərləşməsi qanunundan heç də üstün deyildir. Halbuki bu qanun İbrahim əleyhissalamın həyatını qoruyub saxlamaq üçün təsirdən düşdü. İbrahimi oda atdıqda onun məhv olunmamasının yeganə yolu yalnız bu qanunun qüvvədən, təsirdən düşməsi idi. Allah-təala tərəfindən oda əmr olundu ki, İbrahim üçün sərin və sağlamlıq vasitəsi ol!

Odun içərisinə sağlam şəkildə atıldığı kimi, sağlam halda da qırağa çıxdı və ona heç bir zərər və xəsarət dəymədi. Bundan əlavə çoxlu təbii qanunlar peyğəmbərlərə və yer üzündəki ilahi höccətlərə kömək olsun deyə, qüvvədən və təsirdən düşmüşdü. O cümlədən:

Böyük Nil çayı Musa əleyhissalam üçün yarıldı. Romalıların casusu oxşar qiyafəyə düşdü, səhv salındı və İsanın tutulması təsəvvür olundu, halbuki onu tutmamışdılar. Həzrət Muhəmməd (s) Qureyş kafirlərinin mühasirəsində olan zaman kafirlər pusquda durmuşdular ki, onu tutsunlar, lakin o çıxıb

səh:27

getdi və onu heç kəs görmədi. Çünki Allah istəyirdi ki, öz Peyğəmbərini onların gözündən gizli saxlasın.

Bunların hər biri təbii qanunlardan hansı birininsə təsirdən düşməsini göstərir ki, bununla Allahın hikməti onların sağ qalmasını və onlar üçün dayaq olmasını göstərir. İndi bu məsələnin, qocalıq qanununun pozulmasının həmin nümunələrdən olmasının nə kimi iradı vardır?

Keçən bəhslərdən ümumi bir nəticə alaraq demək olar: hərgah Allahın höccətlərindən birinin həyatının qorunub saxlanması, onun işinin davam etdirilməsi və islahatçılıq vəzifəsinin sona çatdırılması zəruri olarsa Allahın lütfü məsələyə müdaxilə edir və onu qoruyub saxlamaq üçün təbii qanunlardan birini təsirdən salır. Bunun əksinə olaraq, onun risaləti və müəyyən olunmuş ilahi vəzifələr sona çatdırılmış olsa, onda həyatın təbii qanunlarına müvafiq olaraq ya təbii ölümlə, ya da şəhadət vasitəsi ilə həyatını başa çatdırır. Burada bir sual qarşıya çıxır ki, görəsən hər hansı bir təbii qanunun təsirdən düşməsi necə mümkün ola bilər? Və təbiət varlıqlarının və hadisələrin arasında olan sabit qanunauyğunluqlar necə pozula bilər?

Sualın cavabında deməliyik ki, təbiət qanunlarının sabit və zəruri olmasını bəyan edən elmin özü bu qanundan bir addım geridədir və məhz bu məsələ yuxarıdakı suallara cavab verir. Təcrübə və müşahidələr bir təbii bağlılığı kəşf edib iki müxtəlif hadisə və varlıq arasında bir növ qanunauyğunluq olduğunu göstərir və bu vəziyyəti təbii qanun adlandıraraq bildirir ki, istənilən vaxt və şəraitdə bu hadisə meydana gəlsə, həmin qanun yenidən təkrarlanacaqdır. Amma heç vaxt bir təbii qanun hadisələrin zatından və dərinliklərindən nəşət tapan

səh:28

zəruri və labüd peyvəndlə bağlanmamışdır, çünki labüd və zəruri olmaq aşkar bir şey deyildir, elmi və təcrübi araşdırmalarla onu zəruri saymaq olmaz. Buna görə də müasir elm və məntiq etiraf edir ki, hər hansı təbii qanunun elm üçün müəyyən bir formada məlum olması heç də labüd bir bağlılığın göstəricisi deyil, sadəcə olaraq iki hadisənin müdavim olaraq bir-birinin ardınca gəlməsini və bir-birinin yanında olmasının təzahürüdür.(1)

Deməli, əgər möcüzə baş verərsə və iki hadisənin arasında olan təbii bağlılıq qırılarsa, deməli bu rabitənin qırılmaması labüd deyildir.

Doğrudan da möcüzənin dini mənası yeni elm və məntiq sayəsində keçmişdəkilərdən daha böyük məna kəsb etmişdir və mədrəsə səhabələrinin səbəb-nəticə arasındakı bağlılıqdan dərk etdiklərindən daha geniş səviyyədə irəli çəkilir.(2)

səh:29


1- [13] Bir hadisə və ya varlığın başqa bir varlıq üçün səbəb olması (günəşin çıxması ilə yerin qızması) birbaşa dərk olunası deyil. Biz yalnız bu məsələni idrak edirik ki, bir hadisə (günəşin çıxması) müntəzəm olaraq yerin səthini qızdırmaq hadisəsini öz ardınca gətirir.Həmçinin müşahidə olunur ki, bəzi hadisələrin başqa hadisələrdən sonra sabit olaraq gəlməsi hadisə və varlıqların xüsusi bağlılığı ilə məhdudlanmır. Əksinə bu, təbiətin xüsusi təzahürüdür. Amma bir səbəb ilə vahid bir nəticənin arasındakı rabitə, habelə təbiəting gbaşdan-başa bu rabitənin ümumi bir qayda olması birbaşa müşahidə olunmur və bizim təfəkkürümüzün zəruri hissəsini təşkil etmir. (Devid Hiyum)
2- [14]Sixolastika ideologiyasının ardıcıllarına mədrəsə səhabələri deyilir. Çünki renosans dövründən qabaq elm və hikmət məsələləri təqribən dini mədrəsələrdə və kilsələrdə tədris olunan şeylərlə xülasələnirdi. Yəni məsihiyyət dininin göstərişi ilə mədrəsələr də sixolas dilində tədris olunurdu. Buna görə də o dövrün bütün elm və hikməti ona mənsub edilərək sixolastika adlandırılmışdır.Sixolastika ideyasının ən mühüm aşağıdakılardan ibarətdir: 1-Elmi təhqiqatlar, həqiqətlərin kəşf olunması naminə deyil, yalnız üsulidini isbat etmək üçündür. Çünki imanı əqldən irəli bilib deyirdilər ki, iman üçün idrak heç də zəruri deyildir. 2-Təfəkkür və rəy azadlığına əsla əhəmiyyət vermirdilər. Hər kəs müqəddəs kitabın təlimlərindən kənara çıxsaydı kafir hesab olunaraq əzab-əziyyətlərə düçar olurdu və tövbə etməli idi. 3-Yuxrıdakı dəlilə əsasən əqli qüvvə yalnız bəhslərin, münazirə və mücadilələrin məntiqi bəhslərin bazarınıg g qızışdırmaq üçün idi ki, onunla da söz yığımı ilə öz ürəklərini sakitləşdirirdilər. (Məhəmməd Füruği, Seyri hikmət dər Avropa)

Qədim alimlərin nəzəriyyələrindən məlum olur ki, əgər iki hadisə biri digərindən sonra baş verirsə, onların arasında labüd və qaçılmaz bir bağlılıq mövcuddur. Labüd dedikdə məqsəd budur ki, o iki hadisə bir-birindən ayrı təsəvvür oluna bilməz. Amma müasir elm məntiqində bu labüd bağlılıq prinsipi öz yerini iki hadisənin bağlılığı, bir-birinin ardınca gəlməsi və yanaşı olması kimi ifadələrlə dəyişmişdir. Amma bu iki hadisənin arasında lübüd və qaçılmaz bağlılıq zəruri hesab olunmur. Bununla belə, möcüzə o iki hadisənin həmişə yanaşı gəlməsi zərurətindən istisna xarakteri daşıyır və heç də

səh:30

məntiqdə deyilən labüd proseslərlə qarşılaşmır ki, qeyri-mümkün hesab olunsun.

Müasir elm nəzərindən baxdıqda, habelə istiqranın məntiqi əsaslarını araşdırdıqda anlayırıq ki: İstiqra iki hadisənin arasında labüd zəruri bir bağlılıq üçün dəlil ola bilməz, əksinə bu yalnız o iki hadisənin arasındakı müdavim rabitənin dəlili ola bilər. Halbuki bu müdavim hadisə və bağlılıq ilahi hikmət əsasında iki şeyin arasında yaranmışdır. Başqa sözlə desək, kainatı Yaradanın nəzm hikməti tələb edirdi ki, hadisələr arasında müəyyən bağlılıq müdavim şəkildə olsun və bir-birinin ardınca, yanaşı baş versin. Məhz hikmət əsasında bəzən bu bağlılıq pozulur və Allah hikmət əsasında təbii bir qanunu təşkil edən hadisələrin arasındakı bağlılığı qırmaqla istisna şəraiti yaradır və möcüzə göstərir.

səh:31

3. HƏZRƏT MƏHDİ (Ə)-IN UZUN ÖMÜRLÜ OLMASININ SİRRİ

İkinci sualda soruşulurdu ki, nə üçün Allah həzrət Məhdi əleyhissalam barəsində bu qədər maraqlıdır və ona uzun ömür bağışlamaq üçün hətta təbiət qanunlarını təsirdən salır? Nə üçün vədə verilmiş zamanın rəhbərliyini gələcəkdə doğulacaq bir şəxsə vermir ki, cəmiyyətdə mövcud olan mühit və zəminələr onu yetişdirib səhnəyə gətirsin və o, da öz ədalət və islahatçılıq işinə başlasın? Bir sözlə, görəsən Həzrət Məhdi əleyhissalamın uzun ömürlülüyü və qeybə çəkilməsinin nə kimi faydası vardır?

Uzun ömürlülük və qeyb dövrü fəlsəfəsi çoxlarının verdiyi sualdır. Əlbəttə, onlar qeybə iman gətirmək əsasında verilən cavabları qəbul etmirlər və istəyirlər ki, cəmiyyətə hakim olan mövcud dəyərlər əsasında cavablar alsınlar. Nəticədə Həzrəti Məhdi əleyhissalamın inqilabının və vədə verilən günün necəliyini qeybət dövrünün fəlsəfəsi və səbəbləri baxı-mından dərk edə bilsinlər. Buna görə də hal-hazırda imanımızda mövcud olan əqidə yönlərini nəzərə almadan aşağıdakı üslubda lazımı cavabı təqdim edirik:

Uzun ömürlülük və qeybət gələcək üçün ehtiyatda saxlanılan bir rəhbərin vədə verilən gündə intizarını çəkdiyimiz inqilabı gözəl və layiqli şəkildə yaratması, öz rəhbərliyini, fəaliyyət və hədəflərini sona çatdırması üçündür?

Belə bir dərin və əsaslı inqilab xüsusi ruhi hazırlıq tələb edir ki, dünyanı tamamilə dəyişdirə

səh:32

biləcək bir rəhbər ona malik olmalı, bütün vücudu ilə öz ideologiyasının üstünlüyünü, habelə məhv etmək üçün qiyam etdiyi müxtəlif sistemlərin kiçik və əhəmiyyətsiz olduğunu hiss etməlidir. İnqilab rəhbəri fəsad baş vermiş cəmiyyətin puçluğu ilə nə qədər çox ünsiyyətdə olsa, həmçinin öz zəmanəsində mövcud olan mədəniyyətlərin təkamülü yolunda çox zəif və kiçik olmasından akah olsa, o mədəniyyətlərlə qarşılaşıb onunla mübarizə aparmaqda və qələbə çalmaqda bir o qədər də ruhi cəhətdən qüdrətli olacaqdır. Aydındır ki, bu ruhi qüdrətin səviyyəsi o rəhbərin rastlaşdığı müxtəlif eniş-yoxuşlar və dəyişikliklərlə bağlıdır. Nəzərə almaq lazımdır ki, həddindən artıq nəhəng və eyni zamanda yaramaz olan mədəniyyəti məhv etmək böyük bir qüvvə, ruhi və mənəvi bacarıq tələb edir. İndi belə bir nəticəyə çatırıq ki, Həzrəti Məhdi əleyhissalamın vəzifəsi vədə verilən gündə zülm ilə dolmuş dünyanı dəyişdirmək olduğundan və bu dəyişiklik bütün yönlərə aid edildiyindən, habelə bütün ictimai sistemləri, dəyərləri əhatə edəcəyindən, təbiidir ki, o bu dünyaya hakim olan ruhi duyğulardan böyük bir sərmayə almalı və özü də məhv etmək üçün qiyam etdiyi dünyanın yetirmələrindən olmamalıdır. Çünki hər kəsin təfəkkürü müəyyən bir mədəniyyətin əsasında möhkəmlənib tərbiyə alarsa və o mədəniyyət bu cəmiyyətin bütün yönlərinə hakim olarsa, həmin şəxsin qəlbinə qorxu hissi düşür. Çünki o, doğulduğu zamanda və uşaqlıq dövrlərində mühiti və mədəniyyəti qalib, amansız və inadkar tanımış, dünyaya göz açdığı zamandan etibarən o mədəniyyətin müxtəlif təzahürlərindən başqa bir şey görməmişdir. Amma o, bir tarixin qəlbinə nüfuz edərsə və mövcud mədəniyyətin formalaşmasından

səh:33

qabaq o dünyada yaşayıb və ondan başqa böyük mədəniyyətləri görmüş olsa, bundan da əlavə, bütün bu mədəniyyətlərin aqibətini tarixin səhifələrində oxumaqla deyil, öz gözləri ilə müşahidə edərək bu mədəniyyətin yaranması, inkişafı və genişlənməsini görmüşsə, gərək vədə verilmiş gündən əvvəl bəşər dastanının son hissəsi olsun.

O, dərinliklərində üzmək istədiyi bütün mədəniyyətlərin içərisində çox ayıqlıq və huşyarlıqla yaşamış, onlarla birgə irəliləmiş, tarixin səhifələrində yazılan sətrlərin arasında deyil, əksinə tarix boyu və tarixlə eyni zamanda bu hadisələrə baxmış və tanımışdır. Məhz bu dəlilə əsasən cəmiyyətdə mövcud olan hakim mədəniyyətin qələbəsini və onun labüd olmasını qəbul etməyəcək. Və ona Rosonun nəzərindən baxmayacaq. O (Roso) Fransada səltənət və padşahlığı labüd bir məsələ kimi qeyd edirdi.(1)

Məgər Kəhf surəsini oxuyaraq ondakı cavanların sərgüzəştini mütaliə etmədinmi?

...Onlar öz Pərvərdigarına sığındılar və Allah onları hidayət etdi. Onlar böyük bir bütpərəstlik sistemi ilə üzbəüz idilər. O sistem rəhmsizliklə cəmiyyətə hökmranlıq edir və yeganəpərəstləri öldürüb məhv etməkdə, müşriklik uçurumundan xilas

səh:34


1- [15] Qan Şak Roso (1712-1778)O, məşhur fransız alimi və İctimai münasibətlər kitabının müəllifidir. Təfəkkür və fəlsəfə dünyasında ən böyük inqilabçı çağırışlarından və islahatçılardan olmasına baxmayaraq Fransanı padşahsız görməyi təsəvvür edərkən vəhşət hissi keçirirdi. Çünki o, padşah səltənəti dövründə böyüyüb boya-başa çatmış və onun ab-havası ilə nəfəs almışdı.

olmaq təfəkkürünün kökünü kəsməkdə heç nəyi əsirgəmirdi. Onların ruhları qəm-qüssəyə düçar oldu və bu qəm-qüssə xora xəstəliyi kimi ruhlarını tutdu. Ümid qapıları gözlərinin önündə bağlandı.

Müxtəlif çıxış yollarını sınaqdan keçirdikdən sonra orada qalmaqdan cana doydular. Batilin həmişə hökmranlıq və zülm etməsinə, haqqa qalib gəlməsinə, mühiti qəlbləri haqq yolunda döyünən kəslərin hamısından təmizləmək istədiyinə görə heç vaxt, heç bir vəchlə dözə bilmirdilər.

Bu zaman Allahın onlarla nə etdiyini gördünmü?

Onlara sığındıqları mağarada 309 il şirin yuxu verdi və sonra həyat səhnələrini göstərmək üçün ayıltdı.

Onlar yuxudan ayıldıqda, yaşadıqları dövrdə cəmiyyətə hakim olan zorakılıq və zülm artıq məhv olub aradan getmişdi. Həmin hadisələr yalnız tarix kitablarında bir tarixi hadisə kimi qeyd olunurdu, heç kəs onu eşitdikdə qorxmur, bədəni lərzəyə düşmür və qəlbi qorxudan döyünmürdü.

Bütün bunlar bu məqsədlə edilmişdi ki, pak təfəkkürlü mağara cavanları zülmün, batilin uzun müddət bacarıqlı və qüdrətli halda qaldıqdan, onlar üçün böyük cilvələndikdən sonra məhv olmasını görsünlər. Nəhayət bunu öz gözləri ilə gördülər və batilin heybəti onların qəblərində daha da kiçildi.

Əshabi kəhf üçün baş verən bu hadisə intizarı çəkilən rəhbər üçün də baş verəcəkdir ki, onun üçün təyin olunmuş uzun ömür əsnasında:

dərin okeanlara sadəcə kiçik bir çala olduğu bir vaxt;

böyük bir ağaca toxum halda, dənə olduğu bir vaxt;

səh:35

uzun müddətli ruzigara yalnız canlıların yaşadığı bir şey kimi baxsın.

Məhdi əleyhissalam şəxsən tarix boyunca yaşamış, onun dərinliklərinə nüfuz etmiş və öz heybəti ilə tarixə nur saçıb qüvvə vermişdir. Buna görə də onun qəlbi aşağıda gətirilən hissilə doludur: Ətrafda olan sistemlər və mədəniyyətlər tarixin müəyyən dövründə baş vermiş hadisələrdən irəli gəlmişdir; Bunlar onu quran şəxsin məqsədi əsasında vücuda gəlmiş, onu məhv etmək fikrində olan şəxsin məqsədi ilə də aradan getmişdir; Mədəniyyət-lərin davam gətirmə müddəti nə qədər uzun olsa da tarixlə müqayisədə çox qısa bir prosesdən başqa bir şey deyildir.

Digər tərəfdən, müxtəlif mədəniyyət və hərəkatlarla qarşılaşmaq, onları görmək nəticəsində yaranan təcrübələr və sınaqdan keçməsi həzrəti Məhdi əleyhissalama nəsib olmuşdur və bu onun vədə verilmiş gündə rəhbərlik üçün ruhi hazırlığı deməkdir. Belə təcrübələr Həzrət Məhdi əleyhissalamı tarixin müxtəlif mərhələlərində qərar verir, onu ictimai hadisələri qiymətləndirməkdə, tarixin rəng və hiylələrini, amillərini və səbəblərini düzgün dərk etməkdə hazırlayır.

Bunlardan əlavə, zülm ilə dolmuş dünyanı tamamilə, büsbütün dəyişdirmək həmin islami-asimani risalət əsasında qurulmuşdur. Aydındır ki, bu ilahi vəzifənin yerinə yetirilməsi islami vəhy qaynağına yaxın olan bir İmamın varlığını tələb edir ki, o yetkin, kamil və müstəqil şəxsiyyətdən bəhrələnsin və vədə verilmiş gündə mübarizə aparmalı olduğu mədəniyyətlərin təsirindən amanda qala bilsin. Amma həmin mühitlərdə doğularaq böyüyüb boya-başa çatan, habelə düşüncə və

səh:36

təfəkkürü o mühitlərin çərçivəsində formalaşan şəxslər kimi olmamalıdır.

Belə bir şəxs adətən, cəmiyyətə hakim olan qayda-qanunlardan, dəyər və meyarlardan uzaqda qalır. Deməli, intizarı çəkilən rəhbər bir tərəfdən kökündən dəyişdirməli olduğu həmin mövcud mədəniyyətlərin təsirindən amanda qalmalı, digər tərəfdən də vücud və şəxsiyyəti kamil şəkildə, əvvəlki mədəniyyətlərin bütün mərhələlərində elə qurulmalıdır ki, istər əsli yöndən, istərsə də ruhi cəhətdən öz rəhbərlik edəcəyi və gerçəkləşməsi üçün qiyam edəcəyi bir mədəniyyətə daha yaxın olmuş olsun.

səh:37

4. HƏZRƏTİ MƏHDİ (Ə) RƏHBƏRLİYİ öHDƏSİNƏ ALMAĞA NECƏ HAZIRLANIR?

Üçüncü sualda qeyd olundu ki, Həzrət Məhdi əleyhissalam tam rəhbərlik üçün necə hazırlıqlı ola bilər? Halbuki o, atası ilə yalnız 5 il yaşamışdır və təbiidir ki, beş yaş bir rəhbərin şəxsiyyətinin formalaşması üçün heç də kifayət deyildir.

Cavabda qeyd edirik ki, həzrəti Məhdi əleyhissalam atasının vəfatından sonra dərhal müsəlmanların rəhbəri oldu. Yəni həyatının ilk çağlarında, beş yaşında ikən rəhbər oldu və rəhbərlik üçün lazım olan fikri və ideoloqi sərmayələr onun üçün hazırlandı. Uşaqlıq yaşlarına xas olan rəhbərlik o həzrətin babalarından ikisi üçün də təsadüf etmişdir.(1) Amma ən kiçik yaşında rəhbərlik hadisəsi Həzrəti Məhdi əleyhissalamın zamanında özünün ən yüksək mərhələsinə çatır. Biz rəhbərlik məsələsini bir hadisə kimi qiymətləndirməkdə aşağıdakı səbəbləri nəzərdə tuturuq:

1-Əhli-beyt İmamlarının rəhbərliyi Abbasi, Fatimi və sair xəlifələrin üslubu kimi deyildir ki, şahlıq üsul-idarəsi əsasında olsun, atala-rından onlara irsən keçsin və varislik məsələsi onun arxasında dursun; əksinə imamətin yüksək səviyyədə qəbul olunması təkcə camaatın qəlblərində onların nüfuz yolu ilə olmuşdur. (Əlbəttə, yalnız Əhli-beyt İmamlarının imamətə ləyaqətlərini isbat etdikdən sonra.)

2-Bu insani bünövrələr elə islamın əvvəllə-rindən etibarən ümumxalq kütlələri arasında kök atmış,

səh:38


1- [16] İmam Məhəmməd Əli ibni Cavad və onun oğlu İmam Hadi əleyhissalam hər ikisi 8 yaşlarında müsəlmanların imamı olmuşdular.

İmam Baqir və İmam Sadiq əleyhiməssəlamın dövranlarında özünün ən yüksək inkişaf mərhələsinə çatmışdır. Bu iki imamın, əsasını təşkil edərək idarəçiliyini öhdəsinə aldıqları elm mərkəzləri İslam dünyasında geniş səviyyəli ideoloqi dalğa yaratdı, yüzlərlə fəqih, mütəfəkkir, müfəssir, həmçinin dini və dünyəvi sahələrdə çoxlu alimlər yetişdirdi. Həsən ibni Əli Hişam deyir: Kufə məscidinə gəldiyim zaman orada 900 ustadın Cəfər ibni Məhəmməddən hədis nəql etdiyini gördüm.

3-Bu şərtlə ki, həmin elm mərkəzlərində, onun insani dayaqlarında, nümayəndəliklərində və İslam cəmiyyətlərində İmamın tanınması və onun rəhbərlikdəki ləyaqətlərini tanımaqda lazım olan şərtlər çox ağır idi. Çünki belə bir etiqad vardır ki, İmam o vaxt rəhbər ola bilər ki, öz dövrünün bütün insanlarından daha alim, daha bacarıqlı olsun.

4-Bu elmi mərkəzlərin və onun dayaqlarının yolunda çoxlu insanlar canlarını imamətə əqidə bəsləmək xatirinə əldən vermişdilər. Çünki onlarla müasir olan xilafət üsul-idarəsi ona hətta nəzəri cəhətdən də olsa belə, özləri ilə müxalif olan ideologiya kimi baxırdılar və bu işin nəticəsi də təqiblər və işgəncələr idi: o dövrün hakimləri ardıcıl olaraq öz yolları üzərində maneələri götürmək üçün bunlardan istifadə edirdilər.

Bir çoxları xilafət üsul-idarəsinin əli ilə öldürülmüş, yaxud qaranlıq quyularda, zindan-larda ömürlük olaraq işkəncələrə məruz qalmışdılar. Əhli-beyt imamlarının rəhbərli-yinə etiqad bəsləmək insanlar üçün çox ağır başa gəldi. Bu işə təşviq etməyin faydası yalnız bu oldu ki, inamlı şəxslər öz ruhlarında xüsusi aramlıq hiss etdilər, yaxud bu işi

səh:39

Allah təalanın dərgahına yaxınlaşmaq səbəbi ilə vacib bildilər.

5-Belə bir dayaqlar əsasında rəhbərliklərini möhkəmlədən imamlar cəmiyyətdən ayrı deyildilər və dövrün zalım hakimləri kimi göydələn qəsrlərdə yaşayaraq özlərini camaatın gözündən məxfi saxlamırdılar.

İmamlarla camaat arasında heç bir pərdə, ayrılıq yox idi. Amma bəzi hallarda hakim qüvvələr təhqir etməklə, təzyiq göstərməklə, sürgün etmək və didərgin salmaqla imamlarla camaatın arasında maneə icad edirdilər. Bu məsələlər imamlardan hədis nəql edən çoxlu mənbələrdə, habelə onlarla imamların arasında olan məktublarda gəlib çatmışdır və hal-hazırda kitablarda da mövcuddur. Həmçinin imamlarla ayrı-ayrı şəxslərin görüşləri, səfərləri, onlarla şəhərlərdəki nümayəndələrin rabitələri bu məsələni tam aydınlaşdırır. İmamlarla xalq kütlələrinin müxtəlif sinif-lərindən olan şəxslərin, alimlərin rabitə və rəftarları aşkardır.

6-İmamlarla müasir olan xəlifələr onların insanlara ruhi və mənəvi rəhbərliyini həm özləri, həm də hökumətləri üçün böyük bir təhlükə mənşəyi hesab edirdilər. Buna görə də var qüvvələri ilə çalışırdılar ki, bu rəhbərləri aradan aparsınlar və bu yolda heç bir şeydən çəkinmirdilər. Hətta öz varlıqlarını qoruyub saxlamaq üçün müntəzəm olaraq daşürəklilik və qəddarlıq göstərir, əsirlik, sürgü və bu kimi digər işlərlə müsəlmanların, imamların və onların dostlarının qəlblərini ağrıdırdılar.

Qeyd olunan tarixi incəliklərə nəzər saldıqda, belə nəticə alırıq ki, kiçik yaşlarında imamətə çatmaq həqiqi və real bir hadisə sayılır. Çünki öz uşaqlıq yaşlarında müsəlmanların ruhi-mənəvi və fikri

səh:40

rəhbərliyinə çatan İmam, müsəlmanların bütün dağıdıcı hadisələr zamanı yenə də özlərini onlara tabe olmaqda vacib bildikləri halda, şübhəsiz, elm, bilik, uzaqgörənlik, fiqh, təfsir, əqaid və sair kimi məsələlərin yüksək dərəcələrindən bəhrələnməli idi. Çünki əks halda camaatı özünə tabe edə bilməzdi.

Gördüyümüz kimi İmamlar elə şəraitdə yaşayırdılar ki, onların ardıcılları böyük-kiçikliyindən asılı olmayaraq onlarla qaynayıb-qarışır və onların nurlu vücudlarından bəhrələnirdilər. İndi belə bir sual yaranır: necə mümkün ola bilər ki, bir uşaq camaatı öz imamətini qəbul etməyə çağırsın və onu islami dəvət kimi təqdim etsin. Eyni zamanda ardıcıl olaraq hamının gözləri önündə öz rissalətini müdafiə etsin, camaat da aşkarda və ya gizlində ona inansınlar və öz inamları yolunda öz mallarından, canlarından keçməyə hazır olsunlar. Bütün bunlarla yanaşı, imamın vəziyyətindən agah olmasınlar və hadisənin həqiqətində axtarış aparmaq, uşaq yaşlarında olan imamın qədrini bilmək istəməsinlər və onun barəsində sorğu-sual aparmasınlar?

Məgər mümkün ola bilərdimi ki, imamın rəhbərlikdə seçdiyi mövqeyi və onun camaatla olan həmişəlik əlaqəsindən illər ötsün, amma yenə də onun həqiqi siması, elm və biliyinin necəliyi istər böyük, istərsə də kiçiklər üçün aşkar olmasın? Qeyri bir mümkün fərzə əsasən deyirik ki, camaat bu işin həqiqətini və reallığını dərk edə bilmədilər. Onda imamlarla açıq-aşkar düşmənçilik edən qüvvətli və güclü hakimlər nə üçün etiraz etməyərək onların həqiqi simalarını aşkar etmədilər?

Məgər onlar üçün bu iş mümkün deyildimi? Yaxud İmam sair uşaqlar kimi bir uşaq olsaydı və çox dərin səviyyəli təfəkkür və əndişəyə malik olmasaydı,

səh:41

bu, onun rəhbərlik üçün layiq olmadığını və dəyərsiz olduğunu bildirmək üçün xəlifələrin əlinə bəhanə verməzdimi ki, onlar bu bəhanəni imamların ardıcıllarına təqdim edərək o parlaq ulduzları tənqid etsinlər və belə şəxslərin camaatın ruhi, mənəvi və fikri rəhbərliyinə layiq olmadığını desinlər? Çünki əgər öz zəmanəsinin elm və biliyindən son dərəcədə bəhrələnən 40-50 yaşlı insanın rəhbərlik üçün layiq olmadığını sübuta yetirmək adi camaat üçün müşkül olsa da belə, bir uşağın rəhbərlik üçün layiq olmadığını isbat etmək heç də çətin deyildi. İmamı məhv edib aradan aparmaq və yaxud onun yüksək şəxsiyyətini sındırmaq üçün onun rəhbərliyə layiq olmamasını isbat etmək xəlifələrin bu yolda istifadə etdikləri qeyri-insani üslublardan daha qənaətbəxş olardı. Xüsusilə diqqət yetirmək lazımdır ki, şiələr İmamət məqamı üçün çox böyük xüsusiyyətlər nəzərə almışdılar.

Əgər kiçik yaşlı İmam yüksək səviyyəli təfəkkür və bilikdən faydalanmasaydı, onunla müasir olan xəlifələr çox asan yolla təxbirat yarada bilərdilər. Amma həm onların, həm də tarixin bu barədə sükut etməsi göstərir ki, kiçik yaşlarında İmamətə çatmaq həqiqi, real bir hadisə idi və bu işdə heç bir anlaşılmamazlıq mövcud deyildi. Xəlifələr də onların imamətinin həqiqi bir məsələ olduğunu həm əməl, həm də fikir məqamında dərk etmişdilər və görürdülər ki, imamın az yaşlı olduğunu bəhanə edərək onun camaata dini və fikri rəhbərliyini aradan qaldırmaq istəsələr yenə də mübarizədə uduzacaqlar.

Tarix bəzən xəlifələrin şiə rəhbərlərinin az yaşlı olmasını bəhanə edərək müəyyən qərara gəlmələrini və bu işin heç bir nəticə verməməsi və səmərəsiz qalması barəsində söz açmışdır. Amma hətta elə bir

səh:42

hal tapmaq mümkün deyildir ki, bu məsələ imamların ardıcıllarının ruhiyyəsinə zərbə vurub sarsıda bilsin. Yaxud onların tarixində elə bir sənəd tapmaq olmaz ki, imamlar uşaq yaşlarında müşkül bir məsələ, yaxud sualla qarşılaşıb onun qarşısında çətinliyə düşsünlər və nəticədə onların imamətinin həqiqi olmasına qarşı ruh düşgünlüyü yaratsın.

Nəticə alırıq ki, kiçik yaşlarında imamətə çatmaq Əhli-beytin həyatında real bir hadisə olmuşdur və bu heç də puç və ya xam xəyal deyildir. Az yaşlarında rəhbərlik hadisəsi üçün ilahi elçilərin miraslarında başqa nümunələr də tapmaq olar.

Həzrəti Yəhyanı misal göstərmək olar ki, Allah təala onun barəsində belə buyurur:

Ey Yəhya, tam qüdrətlə bu yazını (peyğəmbərlik fərmanını) al; və Biz uşaqlıqda ona hikmət və parlaqlıq əta etdik.(1)

İndi ki, uşaqlıq yaşlarında İmamət məsələsi sübuta yetir, aydın olur ki, İmam Məhdi əleyhissalamın az yaşlarında imamlığına etiraz üçün heç bir əsas yoxdur.

səh:43


1- [17] Məryəm surəsi, 12-ci ayə.

5. HƏZRƏT MƏHDİ (Ə)-IN REAL HƏYATDA YAŞAYAN İNSAN OLMASINA İMAN

Dördüncü sualda bu məsələ irəli çəkilirdi ki, İmam Məhdi (əleyhissalam)-ın uzun ömrünü və sair xüsusiyyətlərinin mümkünlüyünü qəbul etdiyimizi fərz etsək də belə, onda bu işlərin sadəcə mümkünlüyü heç də kafi dəlil və qənaətbəxş deyildir. Biz Həzrət Məhdi (əleyhissalam)-ın hazırkı dövrümüzdə varlığına necə iman gətirə bilərik? Məgər Peyğəmbərdən müəyyən kitablarda nəql olunan bir sıra rəvayətlər bizim 12-ci İmamın varlığını etiraf etməyimiz üçün kifayətdirmi? Həzrət Məhdi (əleyhissalam)-a olan məsələlərdə bütün qəribə xüsusiyyətlər və qeyri-adi hallarla yanaşı, necə isbat edə bilərik ki, Məhdi (əleyhissalam) mövcuddur və heç də fərz oluna bilməz ki, bir sıra ruhi şəraitlər üst-üstə yığılaraq onu camaatdan çoxunun qəlbinə nüfuz etdirmiş ola.

Cavabda deyirik ki, Məhdi (əleyhissalam)-ın intizarı çəkilən rəhbər olması və zühur edərək dünyanı daha yüksək səviyyədə dəyişdirmək təbiri böyük Peyğəmbər və Əhli-beyt İmamlarından bu

səh:44

barədə çoxlu rəvayətlər gəlib çatmışdır. Hədislərdə o qədər təkid olunmuşdur ki, onun düzgünlüyündə, əsilliyində heç bir şübhəyə yol vermək olmaz. Hətta sünnü qardaşların təriqi ilə Peyğəmbərdən də dörd yüzdən artıq hədis rəvayət olunmuşdur.(1) Əgər sünnü və şiə təriqi ilə Məhdi (əleyhissalam) barəsində nəql olunan hədisləri hesablamaq istəsək, onun sayının altı mindən artıq olduğunu görərik.(2) Hətta müsəlmanların heç bir şəkk-şübhədə olmadığı islamın ən elementar məsələlərində də bu qədər rəvayət gəlib çatmamışdır. 12-ci İmam barəsində bu təfəkkürün zahir olması və bu məsələnin qəbul edilməsi üçün kifayət qədər aşkar dəlillər mövcuddur ki, hamısını iki dəlildə xülasələndirmək olar: Birincisi islami, digəri isə elmi dəlil;

İslami dəlil ilə intizarı çəkilən rəhbərin varlığı isbat olunur, elmi dəlil ilə isə Məhdi əleyhissalamın heç də sırf təsəvvür və əfsanə olmaması, əksinə varlığı tarixi təcrübələrlə subuta yetirilən həqiqət olması çatdırılır.

İslami dəlil: İslam Peyğəmbərindən və şiə İmamlarından gəlib çatan yüzlərlə rəvayətdə Həzrəti Məhdi əleyhissalamın xüsusiyyətləri sadalanmışdır. Bu hədislərdən məlum olur ki, o, Əhli-beytdən, həzrəti Fatimə əleyha salamın övladlarından, İmam Hüseyn əleyhissalamın doqquzuncu övladı və on iki İmam şiələrinin on ikinci imamıdır.

səh:45


1- [18] Seyyid Sədrin (müəllifin əmisidir) Əl-Məhdi adlı kitabına baxa bilərsiniz.
2- [19] Şeyx Lütfüllah Safinin Müntəxəbul-əsər fil-imamis-sani əşər kitabına baxa bilərsiniz.

Şiə imamları Məhdi əleyhissalam məsələsini ümumxalq nəzərində gizli saxlamağa səy göstərirdilər ki, bunun vasitəsi ilə onun qəfil öldürülməsinin qarşısını alsınlar. Bu barədə nəql olunan rəvayətlər nəinki az deyildir, həm də onlarda bir sıra səciyyəvi xüsusiyyətləri və nişanələri də görmək olar ki, onların Peyğəməbərdən nəql olunmasının düzgünlüyünü aydınlaşdırır.

O cümlədən, Peyğəmbər öz canişinləri və ondan sonrakı rəhbələr barəsində buyurmuşdur: Onlar on iki nəfərdən ibarətdirlər. Bu hədis sənədi eyni mənanı çatdıran müxtəlif sözlərlə rəvayət edilmişdir. Bu barədə nəql olunan rəvyaətlərin sayı 270-dən çoxdur və hamısı da şiə və sünnülərin mötəbər və məşhur kitablarında nəql olunmuşdur. Buxari, Müslüm Səhih kitablarında, Termezi, Əbu Davud və Əhməd öz Müsnəd kitablarında, Hakim Səhiheynə yazdığı Müstədrək kitabında bu hədisləri qeyd etmişlər.

Bu hədisləri sayan adamlardan biri də Buxaridir. O, İmam Cavad, İmam Hadi və İmam Əskəri əleyhimussalamın müasiri olmuşdur. Onun məhz bu xüsusiyyəti böyük əhmiyyətli məsələləri aydınlaşdırır. Çünki o isbat edir ki, hökmən belə bir hədis Peyğəmbərdən nəql olunmuşdur. Amma hal-hazırda o hədisin bəyan etdiyi şey gerçəkləşməmişdir və 12-ci İmam din səhnəsində zahir olmamışdır. Deməli şübhəsiz, hədisin nəql olunması (on iki İmam şiələrinin) xarici həqiqətlərin əks reaksiyası deyildir. Qeyd olunan hədis on iki İmam tarixində gerçəkləşməmişdən əvvəl, həmçinin on iki İmam şiəsi məzhəbinin xarici vücudu kamil şəkildə təqdim olunmamışdan qabaq hədis kitablarında qeyd olunmasına dair əsaslı və əyani dəlil tapsaq, şübhəsiz

səh:46

qəbul etməliyik ki, bu, Peyğəmbərin dilindən eşidilən ilahi bir həqiqəti aydınlaşdırır.

Həzrət Peyğəmbər dəfələrlə buyurmuşdur: Məndən sonra canişinlərim 12 nəfərdirlər. Bunu buyurduqdan sonra isə 12 İmam rəhbərlərinin məzhəbini bir real həqiqət kimi zahir etmiş və İmam Əlini özündən sonra canişini, İmam Məhdi əleyhissalamı isə onların sonuncusu kimi təqdim etmişdi. Çünki Peyğəmbərin hədisi yalnız bu hadisə ilə xaricdə reallaşır.

Elmi dəlil: Bizim elmi dəlilimizin əsası kiçik qeybət dövrünün 70 illik təcrübələrini aydınlaşdırmaqdır. Kiçik qeybət dövrü (qeybəti-suğra) İmam Məhdi əleyhissalamın həyatının ilk dövrlərini göstərir. Çünki İmamın mütləq baş verməli olan müqəddəratı camaatın gözlərindən gizlində, qəlbi isə camaatla birlikdə idi. Amma əgər qeybə çəkilmə birdən-birə baş versəydi, imamətin cəmiyyətdəki dayaqlarına böyük xəsarət dəyə bilərdi. Çünki camaat öz zamanlarının rəhbəri ilə qırılmaz rabitə və ünsiyyət bağlamışdılar. Əgər İmam birdən-birə qeybə çəkilsəydi hiss edəcəkdilər ki, onların öz əqli və fikri rəhbərləri ilə olan rabitələri qırılmışdır. Bu hisslər ağır boşluq yaradaraq islamın mövcudiyyətini xətərə salıb müsəlman cəmiyyətlərini pərişanlığa və pərakəndəliyə çəkə bilərdi. Deməli, kiçik qeybət əslində insan kütlələrinin qeybət məsələsi ilə ünsiyyət tapmalarına, qeybət əsaslarında özlərini formalaşdırmalarına bir növ müqəddimə idi.

Camaat bu dövrdə həzrətin etibarlı və xüsusi köməkçilərinin vasitəsi ilə o həzrətlə rabitə saxlayırdılar. Kiçik qeybət dövründə İmam Məhdi əleyhissalamla onun ardıcılları arasında dörd nəfər naibliyə təyin olunmuşdular. O dörd nəfər

səh:47

mötəbərlikdə və dindarlıqda şöhrət qazanmışdılar. Onlar aşağıdakılardan ibarət idi:

1-Osman ibni Səid Əmri

2-Məhəmməd ibni Osman ibni Səid Əmri

3-Əbul Qasim Hüseyn ibni Ruh

4-Əbul Həsən Əli ibni Səmri

Bu dörd nəfər hər biri öz növbəsində ardıcıllıqla biri digərinin vəfat etməsindən sonra imamın nümayəndəliyi və nayibliyi məqamına keçmiş və şiələrin sual və ehtiyaclarını öz ardıcıl və möhkəm rabitələri ilə imama təqdim edərək onun cavabını bəzən şifahi, bəzən isə yazılı halda möminlərə çatdırırdılar.

Beləliklə öz İmamlarının görüşündən məhrum olanlar bir-başa olmayan yazışma vasitəsi ilə özlərinə təskinlik verirdilər. Görürük ki, İmamdan insanlara gəlib çatan bütün məktublar vahid bir üslub əsasında olmuşdur. İmamın naibləri 70 ilə yaxın o həzrətlə rabitə vasitəsi olmuşdur. Onların axırıncısı Səmrinin dövrü sona çatdıqda kiçik qeybət dövrünün axırı böyük qeybətin isə başlandığı elan oldu. Kiçik qeybətdən böyük qeybətə keçid bu həqiqəti göstərir ki, qeybəti-suğrada mövcud olan hədəflər yerinə yetirilmiş, bununla da şiəliyin tədrici proqramları imamın birdən-birə yoxa çıxmasından yaranacaq xəsarətlərdən amanda qalmış, yavaş-yavaş camaatı İmamın ümumi nümayəndələrini qəbul etmək üçün hazırlamışdır.

Kiçik qeybətdən böyük qeybətə nəql olunma ilə İmamın naib və nümayəndəliyi müəyyən şəxslərin əlindən aqil və bəsirətli müctehidlərin ixtiyarına keçdi. Müsəlmanlar din və dünya işlərində onlara tabe olmalıdırlar. Şübhəsiz hər kəs bu kimi məsələləri bilsə və onları qiymətləndirsə, başa düşəcəkdir ki,

səh:48

Məhdi əleyhissalam camaatla bir müddət birgə yaşamış həqiqətdir. O həzrətin xüsusi nümayəndələri və elçilərinin yetmiş il müddətində şiələrlə bu cür rabitə saxlamaları bu həqiqəti çatdırır ki, bu məsələ barəsində heç bir hiyləgərlik yoxdur, onların sözlərində və əməllərində heç bir ziddiyyət görünməmişdir.

Doğrudan da əgər bunlar yalan olsaydı, onda necə qəbul etmək olardı ki, bir yalan 70 il müddətində ayaq tutub yerisin və dörd nəfər elə bir şəkildə əlbir olsunlar ki, sanki böyük bir həqiqəti öz gözləri ilə görüb onunla yaşayıblar və bu müddətdə onlardan heç bir zəiflik büruzə gəlməmiş, şəkk-şübhəyə səbəb olacaq bir şey zahir olmamışdır.

Keçmiş zamanlardan işıqsız yanan çıraq məsələsi mövcuddur. Həyati məntiq sübut edir ki, ehtimali hesablamalar hər hansı bir yalanın (bu kimi xüsusi şəraitdə) həzrəti Məhdi (əleyhis-salam)-ın yaşadığı bütün müddətdə davam gətirə bilməsini və bütün bağlılıqları əhatə edərək öz tərəfdlarlarının etimadını cəlb edə bilməsini qəbul edə bilmir. Deməli, kiçik qeybət bir elmi təcrübə sayılır ki, xarici aləmdə real varlıq olan bir şeyi sübuta yetirməyi və İmam Məhdi (əleyhissalam)-ın rəhbərliyinin həqiqətini qəbul etməyi, onun doğum və həyatını böyük qeybət dövrünün xüsusiyyətləri ilə mümkün edir.

səh:49

6. NƏ ÜÇÜN HƏZRƏT MƏHDİ (Ə) İNDİYƏ QƏDƏR ZÜHUR ETMƏMİŞDİR?

Nə üçün bu rəhbər bu müddət ərzində zühur etməmişdir? Əgər o doğrudan da bir böyük ictimai fəaliyyət üçün hazır idisə, onda həm kiçik qeybət dövründə, həm də ondan sonra indiyə qədər ictimaiyyət səhnəsində zahir olmamasına nə bais olmuşdur? Halbuki kiçik qeybət dövründə ictimai inqilab etmək üçün lazım olan şərait daha asan idi və onunla ardıcılarının rabitəsi imama imkan verirdi ki, seçilmiş insanları bir yerə toplayıb öz işini bir mərhələdən başlasın. Həmçinin qeybəti-suğra dövrünə hakim olan qüvvələr hal-hazırda bütün elmi texnoloqi silahları öz ixtiyarında qərar verən qüdrətlərin çatdığı mərhələyə çatmamışdı.

Cavabında deyirik ki, hər bir inqilabın və hər bir ictimai fəaliyyətlərin qələbəsi bir sıra xarici real

səh:50

şəraitlərlə bağlıdır ki, onlar yaranmadan hədəfə çatmaq mümkün deyildir.

Baxmayaraq ki, həzrət Məhdi əleyhissalamın mövqe və şəraitlərinin bir qismi Allah tərəfindən asimani yönə malikdir. Amma onun risalətinə həvalə olunan işlərin bütünlüklə icrası xarici real şəraitlərin yaranması ilə birbaşa bağlıdır.

Necə ki, bəşəriyyət cahiliyyət dövründən 5 əsr keçdikdən sonra axırıncı asimani risalət çağırışını bizim Peyğəmbərin tərəfindən eşitməsini həsrətlə gözləyirdi. Bu intizar, yəni ilahi proqramların icrası da xarici real şəraitlərin gerçəkləşməsini tələb edir.

Bunlar elə reallıqlardır ki, böyük bir dəyişiklik yaradılması üçün lazım və zəruridir. Yaxud bu reallıqlar əlverişli mühit və ümumi münasib fəzanı, eləcə də bəzi xüsusiyyətləri, köklü dəyişikliklər yaratmaq isə həmin hadisələrin baş verməsini tələb edir.

Məsələn, müqayisə məqamında Leninin Rusiyada rəhbərlik etdiyi inqilabı misal vurmaq olar. Bu inqilabda birinci dünya müharibəsi, çar imperiyasının tənəzzülə uğraması, ümumi cəhətlər və bir çox xüsusi amillər dəyişiklər edilməsi üçün mühitin yaradılması, o cümlədən Leninin Rusiyanın daxilinə etdiyi səfərdə sağ qalması və inqilaba rəhbərlik etməsi və bu kimi hadislər daxildir. Əgər onun qarşısına kiçik bir xoşagəlməz hadisə çıxsaydı, inqilabın qələbə çalması çox çətin bir iş olardı.

Allah-təalanın dəyişiklik qəbul etməyən qanunları bu əsasdadır ki, Məhdi (əleyhissalam)-ın ilahi inqilabının icrasında da inqilabın dərk olunub qəbul olunması üçün real gerçəklikləri, əlverişli mühiti, ümumi fəzanı hazırlasın. Məhz həmin dəlilə görə İslam, peyğəmbərlərin işinin sona çatmasından

səh:51

neçə yüz illər keçdikdən və acınacaqlı şərait və boşluq yarandıqdan sonra zahir oldu. Allah-təala bütün qüdrəti ilə Peyğəmbərin risaləti yolundakı maneələrin hamısını aradan götürməkdə, bu risalətin qəbul edilməsi üçün münasib şərait yaradılmasında belə bir üslubu tətbiq etmək istəmədi, əksinə insanların təkamülünə səbəb olan imtahan və sınaqları ilahi inqilabın bütün işlərini təbii şəkildə, ictimai amillər və dayaqlar əsasında yerinə yetirdi.

Əlbəttə bu xüsusiyyət heç də mane ola bilməz ki, bəzən Allah subyektiv işlərə dəxalət etsin və qeyri-adi vasitlərlə onu görsün. Çünki əlverişli mühitin yaradılmasında subyektiv işlər heç də əsas rol oynamır, onlar yalnız bəzən münasib mühitdə hərəkət etmək üçün lazımdır. Allah təalanın çətin anlarda ilahi rəhbərlərə etdiyi həqiqi diqqət və köməklər məhz bu qəbildəndir. İbrahim əleyhissalamın risalətini qoruyub saxlamaq üçün Nəmrudun yandırdığı odu onun üçün sərin və salamat edir, əlində qılınc Peyğəmbərin başı üstünə gələn yəhudinin əlləri hissdən və təsirdən düşür və o hərəkət etmək qabiliyyətini itirir. Və yaxud güclü külək əsir və Xəndək müharibəsi günündə Mədinəni mühasirə edən düşmənlərin çadırlarını kökündən qoparır və onların qəlbinə vahimə salır. Amma bütün bunlar yalnız bir sıra subyektiv işlər və həssas anlardakı köməklərdən başqa bir şey deyildir və bu köməklərdən əvvəl ümumi dəyişikliklər üçün münasib fəza və zəminə hazır olmalıdır.

İndi real həqiqətlərə müvafiq olaraq İmam Məhdi əleyhissalamın tutduğu mövqeni araşdırırıq. Şübhəsiz o həzrətin inqilabı da sair ictimai islahatlar kimi icra olunmaq cəhətindən müəyyən ictimai şəraitlərə bağlıdır ki, gərək onlarla birgə irəliləsin. Çünki

səh:52

həzrəti Məhdi (əleyhissalam) özünü heç də məhdud bir ictimai səviyyədə tədbir görmək üçün hazırlamamış, əksinə Allah tərəfindən ona elə bir risalət həvalə edilmişdir ki, bütün yer üzünü hərtərəfli və bütün sahələrdə dəyişdirsin və nəticədə bəşər övladarını istisnasız olaraq zülm və haqsızlıq qaranlığından ədalət işığına doğru çəksin.

Belə bir böyük miqyaslı dəyişikliklər yalnız layiqli bir rəhbərin varlığı ilə sona yetmir. Çünki layiqli rəhbərin xüsusiyyətlərinə elə peyğəmbərlər öz dövrlərinin qaranlıq mühitlərində də malik idilər. Əksinə, layiqli rəhbərdən əlavə, ümumdünya səviyyəsində əlverişli inqilabi şərait və münasib fəza da lazımdır ki, münasib xarici şəraitləri ümumdünya inqilabı üçün hazırlasın.

İnsani nəzərdən də baxsaq, gərək hər bir şeydən keçmək hissi inkişaf etmiş insanlar da vücuda gəlsin və onun daxilində məqsəd və stimul yaransın, həzrət Məhdi əleyhissalamın ədalətli risalətini qəbul edə bilsin. Təkcə ictimai, mədəni və siyasi təcrübələrlə mümkündür ki, insanların daxilində müəyyən hissiyyat yaransın və özünə yer tutsun. Çünki gərək bütün məktəblərin təcrübələri ilə mənfi və ağır yükləri öz üzərində hiss etsin və onu pak zatlardan, aşkar və gizli dünyadan kömək almaq üçün hazırlasın.

Maddi baxımdan da mövcud şərait Məhdi əleyhissalamın vəzifəsinin bütün dünyada yerinə yetirilməsində gərək daha artıq hazırlıqlı və qüdrətli olsun ki, qeybəti-suğra dövründəki şərait kimi olsun. Çünki dünyanın müxtəlif nöqtələri texnikanın inkişaf nəticəsində artıq bir-birinə yaxın sayılır və insanları arasında rabitə və peyvəndlər daha yaxşı yerinə yetirilir.

səh:53

Mərkəzi rəhbərlik aparatının camaatın risalət əsasında təlim-tərbiyəsi üçün lazımi rabitə növlərinə ehtiyac vardır. Amma İmam əleyhissalamın düşmənlərinin ixtiyarında olan maddi qüvvələrin təkamülü məsələsinə, habelə İmamın onlarla rəftar tərzinə gəldikdə, habelə zühurun nə qədər geciksə daha artıq müşkül yaranmasını nəzərə alsaq, aşağıdakı məsələni yada salmaq kifayətdir:

İnsanlara ruhi-mənəvi məğlubiyyət və süstlük hakim olarsa, bütün texnologiyanın maliki olmağa səbəb olan insan ruhiyyəsi tənəzzülə uğrayarsa, maddi qüvvələrin təkamül forması heç də irəliləməyəcəkdir. Tarixdə çoxlu nümunələr görürük ki, bir yüksək mədəniyyətin qurluşu kiçik bir müharibənin ilkin təkanları ilə uçub-dağılmışdır. Həqiqətdə o mədəniyyətin yüksək uca sarayları zahiri nəzərdən uçma-mışdan əvvəl içəridən çürümüş və uçub-dağılmış, habelə öz həyatını davam etdirmək üçün lazım olan qüvvələri itirmişdir.

səh:54

7. BU VƏZİFƏ BİR NƏFƏRİN VASİTƏSİ İLƏ GERÇƏKLƏŞƏ BİLƏRMİ?

Belə bir suala çatırıq ki, bir nəfər nə qədər əzəmətli olsa da belə, bu böyük vəzifəni təklikdə necə ifa edə bilər? Məgər böyük bir şəxsiyyət sadəcə müxtəlif şəraitlərin formalaşdırdığı bir insan deyildirmi? Bəs o necə bir hərəkat icad edə bilər və şəraitləri dəyişə bilər?

Bu sualın əsil amili camaatın bəzilərinin tarix barəsindəki görüşlərindən irəli gəlir. Onlar insanı tarixin dəyişdirilməsində ikinci dərəcəli amil kimi qəbul edir və onlar əsas amili fərdi, yaxud fərdləri əhatə edən real xarici qüvvələrə mənsub edirlər. Tarixi və ictimai hərəkatlardan edilən bu təfsirlə fərd özünün ən yaxşı hallarında belə, sadəcə həmin əsaslı amillərdən istiqamətlənən bir fərddən başqa heç nə deyildir. Aydındır ki, tarix iki qütbdən təşkil olunmuşdur: Birincisi insan, digəri isə insanı əhatə edən müxtəlif maddi amillər. Maddi qüvvələrin, habelə istehsal olunan vasitələr təbiətin törətdiyi şəraitdə insanda təsir qoyduğu kimi, insan da öz ətrafında olanlara təsir qoyur. Biz yalnız bunu fərz edə bilmirik ki, hərəkat maddədən başlanıb insanda sona yetir və artıq onun əksi mümkün deyildir. Çünki insan və maddə zamanın keçməsi ilə qarşılıqlı surətdə bir-birinə təsir qoyur. Məhz bu dəlilə görədir ki, bir fərd tarixin eniş-yoxuşları arasında təqlid etməyi adət edən tutu quşundan daha böyük rol ifa edə bilər.

səh:55

Xüsusilə, əgər bu fərd insan ilə Pərvərdigarın arasındakı rabitə amili olsa, tarixi hərəkatlarda böyük qüvvələr kimi dəxalət edəcəkdir. Bu elə bir məsələdir ki, peyğəmbərlərin risalətlərinin tarixi boyunda, habelə ilahi peyğamları gətirənin sonuncusunun sərgüzəştlərində bariz şəkildə gerçəkləş-mişdir. Çünki həzrət Məhəmməd səlləllahu ələyhi və alihi və səlləm ilahi risalətinin hökmü ilə tarixi hərəkatın istiqamətini əlinə aldı və elə bir mədəniyyət yaratdı ki, heç bir başqa xarici real şəraitlər onu yerinə yetirməyə qadir deyildilər. Deməli ən böyük peyğəmbərlərin əli ilə baş verməsi mümkün olan bütün şeylər məhz o həzrətin xanədanından olan və intizarı çəkilən canişininin əli ilə mümkündür.

səh:56

8. VƏDƏSİ VERİLƏN GÜNDƏ İNQİLABIN BAŞ VERMƏ KEYFİYYƏTİ

İrəli sürülən sonuncu sual Həzrəti Məhdi (əleyhissalam)-ın ədaləti qəti qələbəyə çatdırmaq, üzləşdiyi hakim zülm və sitəmləri məhv etmək üçün seçəcəyi yol və yerinə yetirəcəyi işlərdən ibarətdir.

Bu suala dəqiq və konkret cavab verilməsi həzrəti Məhdi (əleyhissalam)-ın aşkar mübarizə səhnəsinə qədəm qoyacağı dövr və fəzanın dəqiq tanınmasına bağlıdır. Yalnız bu agahlıq nəticəsində inqilabın baş vermə keyfiyyətini və onun formalaşmasını canlandırmaq olar. Biz əvvəlcədən inqilabın baş vermə keyfiyyətini və vədəsi verilən gündə nə kimi hadisələrin baş verəcəyini dəqiq şəkildə bilmədiyimizdən, həqiqi əsaslara istinad etməyən bir sıra sırf zehni fərziyyələrdən sərf-nəzər edirik.

Bu mərhələdə yalnız bir əsas fərziyyəni qəbul etmək olar. O da vədəsi verilən günlə əlaqədar nəql olunan hədis və rəvayətlərdir və tarixin böyük inqilabı yolundakı təcrübələrimizlə tam uyğundur.

İnsanların ruhiyyəsinin tamamilə dəyişməsi bəşər mədəniyyət tarixinin həmin mərhələsində baş verəcək sadəcə təsadüfi bir hadisə deyildir; əksinə, öz Allahları ilə rabitələrini kəsən, axırda isə qəti həll yolu və müsbət çıxış yolu tapmayan ictimai-tarixi təzadların və ziddiyyətlərin təbii nəticəsidir. Belə bir zamanda elə bir atəş yandırılır ki, heç kəsə qalmaq imkanı vermir, İmam Məhdi (ə) da əmr alır ki, həmin

səh:57

odu söndürərək ilahi asimani ədaləti yer üzərində bərqərar etsin.

Nəcəfi Əşrəf, Seyyid Məhəmmədbaqir Sədr.

Bu kitabı 1397-ci hicri-qəməri ilinin cəmadiyüssani ayının 13-də başlayıb elə həmin ayın 17-də də Allahın köməyi ilə sona çatdırdım.

AYƏTULLAH SƏDR BARƏSİNDƏ QISA MƏLUMAT

Ayətullah Sədr İslam dünyasının dərin bilikli, savadlı alimlərindəndir. O, dəyərli əsərlər yazmaqla İslam əndişələrinin çiçəklənməsində sözün əsl mənasında təqdirəlayiq xidmətlər etmişdir.

Elm və biliyin genişləndirilməsi məsələsi ustadın diqqət mərkəzində olması çoxlu islami elmlər sahəsində yeni fikirlər, dəyərli təhqiqatlar irəli sürməsinə səbəb olmuşdur.

İslam fiqhində, üsul elmində ustadın nəzərl və əsərləri o qədər dərin idi ki, şəhid edilməmişdən əvvəl şiə aləminin böyük mərcələrindən və adlı-sanlı müctehidlərindən sayılırdı.

Qərb və şərq fəlsəfəsi, kapitalizm və kommunizm iqtisadiyyatı, təbii elmlər, əqaid və üsuliddin, İslam cəmiyyətinin vilayət və rəhbərliyi və digər sahələrdə yazdığı əsərlər son dərəcə dəqiq və əsrarəngizdir.

Belə ki, onların hər biri bu günkü dünyaya hakim olan müxtəlif ideologiyaların mübarizəsində insanın fikrini aydınlaşdırıb ona düzgün yol göstərə bilər.

səh:58

Ustadın əksəriyyəti yeni nəzəriyyələr olan əsərləri həqiqi İslam təlimləri ilə tam mənada uyğundur. Ustadın bəzi əsərlərini qeyd edirik:

Əlfətavəl-vazihə;

Buhusun fil-urvətul vüsqa (dörd hissəsi çap olunubdur);

Buhusun fi elmil-üsul (1-ci cildi əddəliylul ləfziyyə adı ilə çap olunmuşdur);

Əl-üsəsul məntiqiyyəti minəl-istiqra;

Əlbənkur-rəbəviyyu fil İslam;

İqtisaduna;

Fəlsəfətuna;

Əl-məalimul-cədiydətu fil-üsul;

Bühusun hovləl-vilayəh;

Bühusun hovləl-Məhdi; (ə)

Həzrəti İmam Zəman əleyhissalamın barəsində yazılan bu kitab Ayətullah Seyyid Baqir Sədrin şagirdlərindən birinin Bəhsun hovləl Məhdi (əleyhissalam) adlı kitabına yazılmış müqəddimədir və hal-hazırda ayrıca çap olunmaqdadır. Ümidvarıq ki, bu iş Allah nurunun əbədi inqilabi hərəkat yaradanı Həzrəti Məhdi əleyhissalamın, eləcə də onun şiələrinin razılığını cəlb etsin. İnşallah.

səh:59

ALLAHIN ELMİ VƏ FƏLSƏFİ YOLLA İSBAT OLUNMASI

ÖN SÖZ

Şəhid Ayətullah Seyyid Məhəmmədbaqir Sədr

Zülmətli bir gecənin öz qara pərdələrini bir neçə əsr islam ümmətinin üzərinə saldığı və müsəlman millətlərini tarix boyu gerilikdə, tənəzzüldə və donuşluqda saxladığı uzun bir dövrdən sonra, iyirminci əsrin ortalarında yavaş-yavaş islam ümmətinin səmasında yeni həyat zümzümələri eşidilməyə başladı və bu, islam ümmətinin uzun illər boyu zalımların, istismar-çıların və inadkarların qandalları altında inləyən heysiyyəti yavaş-yavaş bərpa olunmağa başladı. İranda İmam Xomeyninin rəhbərliyi altında baş verən İslam İnqilabının qələbəsi ilə bu oyanış daha qüdrətli və yenilməz oldu, istismarçı qara qüvvələrin asayişini əllərindən aldı və onların xam xəyallarını puça çıxartdı.

Bu gün islam ümməti, özünün yeni həyatında İmam Xomeyninin əməli proqramlarına borclu olduğu kimi, şübhəsiz, Şəhid Sədrin əndişə və təfəkkürünə də borcludur. Çünki Şəhid Sədr, yeni islam hərəkatının rəqibsiz bayraqdarı və dahi mütəfəkkiri idi. Onun hərtərəfli, yeni, eləcə də hər bir yönə əhatəli və dərin məfhumlu olan ideyaları islam ümmətinin irəliləməsi üçün lazımi şəraiti hazırlaya bilmiş və onun hərəkət yolunu, xarici məktəb və ideologiyalar arasında ən əhatəli və zəngin olan islam

səh:60

mədəni hərəkatına yönəltmişdi. Hansı ki, həmin xarici ideyalar islam cəmiyyətlərinin mədəni-ideoloqi mərkəzlə-rini ələ alaraq islam mütəfəkkirləri və onların mədəni övladlarının düşünən beyinlərini istila altına almaq istəyirdi.

Şəhid İmam Seyyid Məhəmmədbaqir Sədr (rəhmətullahi əleyh) özünün misilsiz ləyaqəti və islam barəsində olan yeni ideya və təfəkkürləri ilə, yeni materialist mədəniyyətinin mütəfək-kirləri və alimləri ilə mübarizəyə qalxdı, dinsizlik ideyasının cəmiyyəti idarə etməkdə son dərəcə bacarıqsız olduğunu, eləcə də materi-alizmin ideoloqi bünövrələrinin dağılacağını kor-koranə təqlid etmək fikrində olmayanlar üçün aşkar etdi. Həmçinin, dini təfəkkürün, müasir dünyamızda cəmiyyətin qarşılaşdığı problemlərin həll olunmasını öhdəsinə almaqdakı və yeni həyatı idarə edərək cəmiyyətin rifah, firavanlıq və səadətini təmin etməkdəki misilsiz və qüdrətli təsirini isbat etdi.

Şəhid Sədrin məktəbindəki yeniliklər sadəcə bir mehvərdə və bir istiqamətdə bitmirdi. Əksinə, onun ciddi səyləri nəticəsində islami təfəkkür və ideologiya həyatın bütün sahələrində, xüsusilə islam iqtisadiyyatı, müqarin fəlsəfə və müasir məntiq kimi yeni səhnələrdə özünün yüksək zirvəsinə çatdı, hətta fiqh, üsul, fəlsəfə, məntiq, kəlam, təfsir və tarix kimi klassik elmlərə də nüfuz etdi. Nəticədə bu elmlərin hər bir şaxəsində inqilabi dəyişikliklər yaratdı, bu ideoloqi inqilab hər bir şaxənin elmi məsələlərini, üslub və məzmun baxımından keçmiş mərhələlər ilə müəyyən əsaslı fərqlərə malik olan yeni bir mərhələyə çatdırdı.

İmam Şəhid Sədrin şəhid olmasından təxminən iyirmi il keçməsinə baxmayaraq, hələ də elmi-

səh:61

təhqiqat mərkəzləri onun ideyalarından və elmindən ilham alır. Biz, müxtəlif elmi məsələlərdə onun elmi əsərləri və yaratdığı yeniliklər barədə axtarış aparmağa ehtiyac duyuruq.

Buna görə də Ayətullah Sədrin şəhid olmasının iyirmi illiyi münasibəti ilə ümumdünya səviyyəsində keçirilən konfrans onun elmi-mədəni mirasını, dəyərli elmi əsərlərinə münasib olan bir səviyyədə dirçəltməyi öhdəsinə almışdır.

Nəzərə almaq lazımdır ki, bu elmi mirasın böyük bir hissəsi ərəb və fars dillərində çap olunmuşdur. Buna görə də bu konfransın böyük vəzifəsi iki istiqamətdə izlənilir:

1) Şəhid Sədrin əsərlərinin külliyyatını, diqqətli olub əmanətdarlığa mümkün qədər riayət etmək şərti ilə, dünyanın müxtəlif dillərinə tərcümə etmək.

2) Şəhid Sədrin əlyazmalarını bir yerə toplamaq məqsədi ilə əsərlərinə yenidən nəzər salmaq. Bu iş də ona görə icra olunur ki, bəzən təkrar çaplar nəticəsində, onun əsərlərində (çap işini öhdələrinə alanların diqqətsizliyi ucbatından) yaranmış bütün səhvlərə düzəliş verilsin və məhz bundan sonra daha yüksək keyfiyyətdə çap olunsun.

Şəhid Sədrin dünyanın müxtəlif dillərinə tərcümə olunması nəzərdə tutulan dəyərli əsərlərindən biri də müəllifin özünün fiqhi fətvalarını əhatə edən Əl-fətavəl-vazihə kitabına yazdığı Əl-Mursilu, ər-Rəsulu, ər-risalət adlı müqəddimədir.

Mərhum Şəhid Sədr bu kitabın müqəddiməsində şiə fəqihlərinin keçmiş üslublarına uyğun olaraq kamil bir dini etiqadiyyatı qısa, lakin eyni zamanda dəlil-sübut əsasında yazmışdır. Bu müqəddimənin mövzusunun malik olduğu əhəmiyyəti, eləcə də ondakı etiqadiyyat barəsində olan elmi araşdırmaların

səh:62

tam yeni üslubda olduğunu nəzərə alaraq bu müqəddimə dəfələrlə ayrıca kitab şəklində çap olunmuşdur.

Məhz buna görə də həmin müqəddiməni Azərbaycan dilinə tərcümə edib əziz azəri müsəlman bacı-qardaşlarımızın istifadəsinə veririk.

Ümidvarıq ki, bu kitab Əhli-beyt (ə)-ın dolğun maarifinin yayılması istiqamətində layiqli bir tədbir olacaq. İnşallah!

(Bu kitab, cənab Mahmud Abidinin farscaya tərcüməsindən istifadə edilərək Azərbaycan dilinə tərcümə olunmuşdur. Kitabın vərəqaltı haşiyəsində Mahmud Abidinin yazdığı mətləblər (M) şəklində qeyd edilmişdir. Yerdə qalan sair vərəqaltı haşiyələr isə müəllifin özünündür.)

Ayətullah Seyyid Məhəmmədbaqir Sədrin konfransının elmi heyətinin dəftərxanası

MÜƏLLİFİN MÜQƏDDİMƏSİ

Böyük alim və tələbələrdən bir çoxu keçmiş alimlərimizin yolunu davam etdirib, gündən-günə mühüm əhəmiyyət kəsb edən mövzu (ilahiyyat) haqqında kitab yazmağımı xahiş etmişdilər. Keçmiş alimlər, öz adətləri üzrə, əməliyyə risalələrinin müqəddiməsində Allahın sübut olunması yolları və dinin əsasları kimi məsələləri bəzən qısa, bəzən də geniş şəkildə qeyd edirdilər. Çünki əməliyyə risaləsi (şəri hökmlər) bir növ ictihad əsəri olub müctehidin, Allah-taalanın bütün aləmlərə rəhmət olaraq

səh:63

göndərdiyi Xatəmul-ənbiya həzrəti Məhəmməd (səlləllahu əleyhi və alihi və səlləm)-in şəriətindən çıxarışlar sayılır. Bu risalənin əsasını Allaha, Peyğəmbərə və onun gətirdiyi şəriətə iman gətirmək təşkil edir.

Bundan əlavə, Allaha, Onun Peyğəmbərinə və gətirdiyi şəriətə iman gətirmək hər bir elmi risalədə mötəbər bir dəlil sayılır və onun möhtəvası üçün ilkin bir qayda hesab olunur.

Allah-taalanın bu işdən razı olduğunu dərk edib bu risaləni yazmağa razılıq verdim. Həm də bu kimi risalələrə nə qədər böyük ehtiyac duyulduğunu nəzərə alaraq Əl-fətavəl-vazihə risaləsi kimi, onu da izahlı və nisbətən sadə şəkildə yazdım ki, şəriət hökmlərini anlayan hər bir şəxs onu da dərk edib başa düşsün. Sonra Əl-fətavəl-vazihə kitabı(1) ilə bu müqəddimənin arasında bir qədər fərq olduğu üçün başqa yol seçməyi lazım bildim. (Çünki fətvalar sadəcə ictihad üzündən çıxarılmış hökmlərdir və onun dəlil-sübutu həmin risalələrdə qeyd olunmur. Bu müqəddimənin isə kifayət qədər elmi araşdırmaya və dəlil-sübuta ehtiyacı vardır.)

Bəşər övladı tam azad düşüncəli olsaydı, vicdanı, ilkin fitrəti korlanmasaydı, Allahı dərk etmək üçün ən sadə bir dəlil belə, ona kifayət edər və Fatir surəsinin 35-ci ayəsinə iman gətirərdi:

Onlar başqa bir şeydənmi yaran-mışlar, yoxsa onlar özləri yaradandırlar?

Amma yeni nəsildən olan idrak sahibləri belə deyildir. Son iki əsrdən başlayaraq insanlarda sağlam

səh:64


1- [20] Müəllifin əməliyyə risaləsinin adıdır. Çox sadə və yeni səpkidə yazılmışdır.

fitrət və azad vicdan qalmamışdır. Buna görə də, xüsusilə yeni mühitə uyğunlaşıb yeni təhqiqat yollarına adət edən cavan nəsil üçün dəlil-sübut gətiril-məsinə ehtiyac duyulur. Çünki bu dəlillər onlara daha yaxşı təsir qoyur.

Mənim qarşımda iki yol var idi: bu kitabı bütün yeni fikir cərəyanlarından uzaqda yaşayan azad vicdanlı insanlar üçün yazıb sadə dəlillərlə kifayətlənmək; (belə olacağı təqdirdə risalə yalnız Əl-fətavəl-vazihə kitabının oxucuları üçün aydın və dərk ediləsi olacaqdı) və ya dünyaya yeni fikir və nəzərlərlə baxaraq həmin fikir çərçivəsində təhqiqat aparmaq. Başqa sözlə, bu kitabı ilahiyyat elmləri ilə müəyyən qədər tanışlığı olanlar üçün yazam. Bu iki yoldan ikincisini daha münasib bildim.

Bu kitab dini hövzələrdə və universi-tetlərdə təhsil alan tələbələr üçün yazılmasına baxmayaraq, bacardığım qədər hamı üçün düşünülüb aydın olmasına çalışdım, imkan dairəsində çətin riyazi terminlərdən az istifadə etdim, müəmmalı ifadələri ixtisara salıb oxucular üçün əsas etibarı ilə mənanı dərk etmələrini nəzərdə tutdum. Bəzən də ağır elmi-fəlsəfi məsələləri qısa və müxtəsər şəkildə qeyd etdim, təfsilatını başa düşmək üçün isə Üsəsul-məntiqiyyəti lil-istiqra kimi kitablarıma müraciət etməyi məsləhət bildim. Kitabın, savadı az olan oxucular üçün də ən azı anlaşılan fikir və qənaətbəxş dəlil olmasını nəzərə aldım. Yaradanı sübut etmək üçün, ilk növbədə elmi dəlil və öz-özlüyündə kafi və aydın dəlil sayılan bu müqəddimə hər bir oxucu üçün ilkin mərhələ hesab olunur.

Qarşınızdakı kitabda əvvəlcə Mürsil (xəbər verən, yəni Allah), sonra Rəsul (xəbər gətirən) və sonra risalət (peyğəmbərlərin vəzifəsi, sözü) haqqında

səh:65

söhbət edəcəyik. Müvəffəqiyyət yalnız Allahdandır. Yalnız Ona təvəkkül edir və Ona üz tuturam.

VƏHY GÖNDƏRƏN ALLAH

* Elmi dəlillərlə Allahın sübut edilməsi

* Fəlsəfi dəlil

* Allahın sifətləri

səh:66

ALLAHA İMAN

Qədim zamanlardan bəri, insanlar tam fəlsəfi-mücərrəd təfəkkür, yaxud dəlil-sübut metodu ilə əldə olunan düşüncə mərhələsinə yetişməmişdən əvvəl Allaha inanıb, iman gətirmiş, Ona ibadət edib qəlbən məhəbbət bəsləmiş və Onunla qırılmaz rabitədə olmuşlar. Eləcə də bu dərin bağlılıqlarını bütün varlıqları ilə duyub hiss etmişlər.

Bu iman və etiqad nə sinfi təzadların məhsulu, nə zalım və istismarçıların əllərində kimlərisə istismar etmək üçün bir vasitə və nə də istismar olunanların asayişə çatıb rahat nəfəs almaları üçün özlərindən yaratdıqları bir şey deyil. Çünki, bu inam, qeyd olunan sinfi təzadlardan və keşmə-keşlərdən çox-çox qabaq bəşəriyyət tarixində mövcud olmuşdur.

İnsanlardakı bu iman təbii fəlakətlər qarşısında yaranan qorxunun da nəticəsi ola bilməzdi. Əks halda (yəni iman qorxu hissindən doğan bir şey olsaydı), onda tarix boyu ən dindar şəxslər təbii hadisələr qarşısında ən qorxaq, ən dözümsüz və aciz şəxslər olmalı idi. Halbuki, tarix din başçılarının əsrlər boyu qorxmaz və hamıdan şücaətli insanlar olduğuna şahiddir.

Deməli, belə bir qənaətə gəlmək olar ki, imanın mənşəyi insanın öz Xaliqinə olan batini cazibəsindən və dərin köklərə malik olan şüurundan irəli gəlir. O, bunun vasitəsi ilə Rəbbinə olan qırılmaz bağlılığı öz fitrəti ilə dərk edir.

Zamanın keçməsi ilə insan fəlsəfə ilə tanış olduqdan sonra ətrafındakı əşyalardan ümumi

səh:67

məfhum və anlayışlar çıxartmışdır. Məsələn, varlıq və yoxluq, vücub (varlığın zəruriliyi,) imtina (yoxluğun zəruriliyi), mümkünlük (varlıq və yoxluğun heç birinin zəruri olmaması), vəhdət (təklik) və kəsrət (çoxluq), mürəkkəb və sadə, külli və cüzi, müqəddəm (ilkin) və müəxxər (sonradan gələn), səbəb və nəticə və s. kimi. O, əksər hallarda bu anlayışlardan istifadə etməyə çalışmış və daha sonra onlardan Allaha olan imanını möhkəmlətmək üçün dəlil-sübut kimi işlətmişdir. Yəni öz inancının səbəbini fəlsəfə qalibində açıqlayaraq bəyan etmişdir.

Ümumi bir anlayış olan təcrübi düşüncə elmi-tədqiqat sahəsində bir vasitə kimi ortaya çıxanda, mütəfəkkirlər təkcə bu düşüncə ilə təbiətin sirli qanunlarını kəşf etməyin mümkün olmadığını dərk edib bu qənaətə gəldilər ki, hiss və elmi müşahidələr kainat-dakı qanun və sirlərin kəşf olunmasının yeganə əsas və mühüm amilidir.

Ümumi halda insanın kainat barəsində olan mərifət və məfkurəsinin tamamilə dəyişilib inkişaf etməsi və daha da genişlənməsində elmi təhqiqatlarda təcrübə və hissiyyata təmayül metodu nəzərə çarpacaq dərəcədə faydalı oldu.

Amma tədricən bu ideya öz inkişaf yolunda irəlilədikcə, onun tərəfdarları belə dedilər: Hiss və təcrübi müşahidə metodu insanların həm özü və həm də ətrafında olan ümumi sistem və qanunların kəşf edilməsində əql və mərifət üçün bir vasitədir. İnsanın əqli kainatın sirləri və onun külli sistemi haqqında mərifət qazanıb məlumat əldə etməkdə bu iki şeyə (hiss və təcrübəyə) ehtiyac duyur. Yəni Aristotel

səh:68

(Ərəstu(1)) kimi qapalı bir evin güncündə oturub, fəza cisimləri ilə onları hərəkətə gətirən qüvvə arasındakı qarşılıqlı əlaqənin necəliyi haqqında fikirləşib müəyyən qərara gəlməsi və hərəkətdə olan hər bir cisim onu hərəkətə gətirən qüvvənin tükənməsi ilə hərəkətdən düşüb sükunətdə qalır demək əvəzinə, Qaliley(2) birbaşa elmi müşahidələrdən və təcrübədən istifadə edərək hərəkətdə olan cisimlər barəsində çoxlu tədqiqat apardıqdan sonra onların arasında başqa bir asılılıq nəzəriyyəsini irəli sürür və deyir: Əgər bir cisim, hərəkət verici bir qüvvənin təsiri altına düşərsə, hərəkətə gəlir və onu hərəkətdən saxlaya biləcək başqa bir qüvvə ilə qarşılaşana qədər öz hərəkətini davam etdirir.

Hissiyyata təmayül, tədqiqatçıları təbii hadisələr və kainata hakim olan qanunlar barəsində təhqiqat aparmağa təşviq etmişdir. Onlar öz təhqiqatlarında aşağıda qeyd olunan iki mərhələni keçmişlər.

Birincisi: Hiss və təcrübə yolu ilə alınan nəticələri bir yerə toplamaq mərhələsi.

səh:69


1- [21] Əflatunun şagirdi olan Ərəstu məşhur yunanıstan filosofu olub eramızdan 350 il qabaq yaşamışdır. Onun çoxlu elmi əsərləri yadigar qalmışdır. (Ensklopediya)
2- [22] Qaliley məşhur italiyalı fizik və riyaziyyatçıdır (1564-1642). O, ilk teleskop ixtira edən şəxslərdən biridir. 1632-ci ildə Günəş sisteminin hərəkəti barəsində bir kitab yazmışdır. Bir il sonra, papa onu Romaya çağırıb onun yerin hərəkəti barəsindəki nəzəriyyəsini küfr hesab etdi. Daha sonra onu, öz əqidəsindən dönərək tövbə etməyə məcbur etdi. O, tövbə etdikdən sonra, yerindən qalxıb çölə çıxdıqda barmağı ilə yerdə belə yazdığını gördülər: Bütün bunlarla belə, yer hərəkət edir.

İkincisi: Əqli mərhələ, yəni ümumi və məqbul bir nəticə çıxarmaq üçün əldə olunan nəticələri bir-biri ilə uyğunlaşdıraraq tənzim etmək.

Amma alimlərin bu barədə çox çalışmasına baxmayaraq, təcrübə və hissiyyatın əql qüvvəsindən ehtiyacsız olması müddəasını yenə də doğrulda bilmədi.

Təbii hadisələr üzərində tədqiqat aparan alimlər təbiətin sirlərini və qanunlarını yalnız o zaman kəşf edə bildilər ki, birinci mərhələdə təfəkkür olmadan, sadəcə hiss və eksperimental müşahidələr yolu ilə əldə etdiklərini bir yerə topladıqdan sonra, ikinci mərhələdə əql qüvvəsinin köməyi ilə onların arasındakı asılılığı tapıb elmi nəticələr aldılar. İndiyə qədər heç bir elmi ixtira və kəşf ikinci mərhələ olmadan elə birinci mərhələdə kəşf olunmamışdır. Çünki birinci mərhələnin məlumatları həmişə hiss olunan hadisələrdir. İkinci mərhələnin məsələləri isə əqlin dərk edərək nəticə aldığı işlərdir. Bunları yalnız əql dərk edir və birbaşa hiss üzvləri ilə dərk oluna bilməz.

Misal üçün ümumdünya cazibə qanununu göstərmək olar. Nyuton(1) cisimlər arasında qarşılıqlı cazibə olduğunu birbaşa hiss etməmişdi. O, (bu qanunu kəşf etməzdən qabaq) bu qüvvənin cisimlərin arasındakı məsafənin kvadratı ilə tərs mütənasib, həmçinin bu cisimlərin kütlələrinin hasili ilə düz

səh:70


1- [23] İshaq Nyuton (1642-1727) ingilis fiziki, riyaziyyatçısı və filosofudur. O, 23-24 yaşında ikən mexanika qanunlarını tənzim etmiş və onları göy cisimləri barəsində tətbiq etmişdir. Onun ən məşhur kitabı Təbii riyaziyyat qanunları adlı kitabdır. (M)

mütənasib olduğunu bilmirdi. Sadəcə olaraq o, yerə doğru şaquli istiqamətdə hərəkətdə olan bir daşın düşməsini müşahidə etmişdi. Yaxud Ayın Yerin ətrafında, planetlərin Günəş ətrafında fırlanmasını görüb düşünməyə başlamış, sonra vaxtaşırı bu hərəkətləri izah edib ümumi bir nəticəyə gəlməyə çalışmışdı. Bu məqsədlə Qalileyin yerə düşən cisimlərin sərbəstdüşmə təcilinin sabit və dəyişməz olması, dairəvi hərəkətdə isə dəyişən təcil barəsindəki nəzəriyyəsini araşdırdı. O, Keplerin planetlərin hərəkəti barədə dediyi hər bir planetin Günəş ətrafına fırlanma zamanının kvadratı, aralarındakı məsafənin kubu ilə mütənasibdir qanunundan istifadə edərək cazibə qanununu kəşf etmişdir.

O, bu fərziyyəni irəli sürdükdən sonra sübut etdi ki, iki cisim arasındakı cazibə qüvvəsi onların kütlələri düz, aralarındakı məsafə ilə tərs mütənasibdir və özlərinin kütlə, həcm və aralarındakı məsafədən asılı olaraq bir-birinə təsir edirlər.

Hiss və eksperimental təcrübə üslubunun kainatın sistematik qanunlarını araşdırıb onda olan qanunauyğunluğu və Allahın varlığına dəlalət edən hikmətli dəlilləri aşkar etməsi Ona iman gətirmək üçün ən yaxşı və yeni bir dayaq olardı. Amma yalnız təbii elmlərdə tədqiqat aparan alimlər bu məsələyə əhəmiyyət verməyib onun işıqlan-dırılması yolunda ciddi səy göstərmədilər. Hələ də bu alimlər, bəşərin təbii elmlər barəsindəki mövcud təsniflərinə görə fəlsəfi sayılan bu məsələyə diqqət yetirməmişlər. Amma çox keçmədən fəlsəfə aləmində, elm və onun predmetlərindən daha geniş miqyasda olan yeni fəlsəfi-məntiqi cərəyanlar meydana gəldi və bu üslubun (eksperimental üslubun) fəlsəfi və məntiqi metod kimi təqdim olunmasına çalışdılar. Onlar bu

səh:71

qərara gəldilər ki, idrak və mərifətin yeganə yolu hissdir və insanın idrakı onun hiss və duyğularının hüdudlarından o tərəfə aşa bilmir. Hər hansı bir şey hiss olunan və təcrübi olaraq dərk edilən olmasa, insan onun varlığını isbat edə bilməz.

Bununla da, hissi və eksperimental təcrübəyə kəskin təmayül Allahı inkar etmək üçün bir vasitə oldu. Onlar öz müddəalarını belə əsaslandırırdılar: Allah gözlə görünüb hiss olunan varlıq deyilsə, deməli Onun sübut olunması üçün heç bir yol yoxdur.

Amma bu metod, təcrübi yolla müvəffə-qiyyətlər qazanan alimlərin getdiyi yol deyildi; əksinə, o, özünün xüsusi məntiq və fəlsəfi nəzəriyyələri ilə bu üslubu düzgün olmayan şəkildə yozan filosofların əlində bir bəhanə idi.

Bu ifratçı nəzəriyyələr tədricən və bir neçə cəhətdən paradoksla qarşılaşdı:

1-Fəlsəfi cəhətdən

Bu nəzəriyyə mövcud reallığı inkar etmək məcburiyyətində qaldı, yəni real olaraq yaşadığımız həyatı həm ümumi, həm də konkret şəkildə inkar etdi. Çünki, bu nəzəriyyəyə əsasən biz hər hansı bir şeyi dərk etmək üçün hissiyyatımızdan başqa heç nəyə malik deyilik və hissiyyatımız da şeyləri bizə real həqiqətdə olduğu kimi deyil, yalnız zahirdə gördüyümüz kimi tanıtdırır. Buna əsasən, biz hər hansı bir şeyi hiss etdiyimiz zaman yalnız bunu deyə bilərik ki, həmin şey bizim hiss və duyğu aləmimizdədir, onun vücudu isə bizim hissiyyat-dan kənardadır, dərrakəmizdən xaricdə real və müstəqil şəkildə vardır və təsəvvürümüzdən öncə mövcuddur. Deməli, onun isbat olunması üçün heç bir yol yoxdur.

Məsələn, insan ayı səmada gördüyü zaman yalnız buna inana bilər ki, onu həmin anda müşahidə və hiss

səh:72

edir. Amma belə bir sual qarşıya çıxır ki, görəsən doğrudanmı ay səmada mövcuddur? Və ya insan gözünü açıb baxmamışdan əvvəl də mövcud idimi? Həmin nəzəriyyənin tərəfdarları, qarşıya çıxan bu suallara cavab verməkdə aciz qalmışlar. Bu, eynilə çəpgöz adamın məsəlinə oxşayır: O, elə əşyaları görüb dərk edir ki, onların real vücudları yoxdur. Həmin şəxs o əşyaların varlığını isbat edə bilərmi?

Bununla da, hiss və təcrübəyə təmayül nəzəriyyəsi axırda özünü hissiyyat dairəsində məhdudlaşdırdı, onu idrak və mərifət üçün bir vasitə götürmək əvəzinə, hissi ən son hədd və mərtəbə kimi qəbul etdi. Nəticədə əşyaların varlığı, bizim idrak və anlayışı-mızdan xaricdə müstəqil şəkildə varlığı qəbul olunmadan, hisslə idrak olunmaqla şərt-ləndirildi.

2-Məntiqi cəhətdən

Məntiqi baxımdan isə hissi və eksperi-mental nəzəriyyə tam yeni bir cərəyan yaratdı. Bu nəzəriyyənin əsas şüarı budur:

Məfhumu təcrübə və eksperiment yolu ilə isbat olunmayan cümlə mənasız kəlamdır. Bu cümlənin rolu, pərakəndə vəziyyətdə heç bir hədəf və məqsəd olmadan bir-birinin yanına düzülən hərflərin rolu kimidir. Amma məzmunun doğru və ya yalan olmasının isbat edilməsi mümkün olan cümlənin mənası vardır. Əgər insan belə cümlənin məzmununu reallıqla uyğun olmasını təsdiq etsə, deməli, düzgün və doğru bir cümlədir, əks halda isə yalan cümlə sayılır.

Məsələn: Qışda yağış yağır cümləsi həm məna, həm də məzmun baxımından doğru cümlədir. Lakin yayda yağış yağır cümləsi mənalı olmasına baxmayaraq, məzmununa görə yalan cümlə sayılır.

səh:73

Amma əgər Qədr gecəsində asimandan hiss olunmayan, gözlə görünməyən bir şey nazil olur deyilsə, doğru və ya yalan olmasını nəzərə almasaq da belə, mənasız bir cümlədir. Çünki, eksperiment və hiss vasitəsi ilə onun məzmununun isbat olunması, doğru və ya yalan olmasını bəyan etmək qeyri-mümkündür. Deyz(1) Qədr gecəsində nazil olmuşdur, cümləsi mənasız olduğu kimi, bundan əvvəlki cümlənin də mənası yoxdur. Eləcə də, deyz vardır cümləsinin mənası olmadığı üçün, Allah vardır cümləsi də mənasız sayılır, çünki, Allahın varlığı hiss və eksperiment yolu ilə dərk olunmur.

Bu kimi məntiq də, onda olan ümumilik səbəbi ilə paradoksla (tənaqüzlə) qarşılaşdı. Çünki, bu qaydanın özünü də birbaşa hiss yolu ilə isbat etmək olmur və bəyan etdiyi məfhumun hökmünə görə mənası olmayan bir sözdür. Çünki, bu məntiqin bəyan etdiyi hər cümlənin məfhumu hiss və təcrübə yolu ilə sübuta yetməzsə, o, mənasızdır kəlamı ümumi bir qanunu bəyan edir. Digər tərəfdən, hiss özü də cüzi və məhdud bir çərçivədə olan vəziyyət və halətlərə şamil olduğundan, heç bir külli və ümumi hökm hiss çərçivəsində həsr olunmamalıdır.

Beləliklə, bu məntiqi hərəkat da axırda öz-özlüyündə paradoksal nəticə ilə qarşılaşır (və öz mahiyyətini itirmiş sayılır). Bu həm də, alimlərin varlıqları izah etmək istədikləri bütün ümumi qanunlarla da ziddiyyət təşkil edir. Çünki, hansı

səh:74


1- [24] Adi danışıqlarda bir söz gətirəndə onun yanında mənasız olan başqa bir söz də işlədilir: məsələn, şey-mey, kitab-mitab; mey. Ərəb dilində isə buna misal gətiriləndə, Zeyd kəlməsinin tərsi olan deyz kəlməsi deyilir.

növdən olmasından asılı olmayaraq, ümumilik məsələsi birbaşa hiss olunmur, yalnız məhdud və müəyyən varlıqların əlamət və əsərlərindən ümumi bir nəticə kimi alınır.(1)

Xoşbəxtlikdən, elm özünün kəsilməz təkamülü yolunda bu qəbildən olan fikir cərəyanlarından və təmayüllərdən təsirlən-məmiş və kainatın sirlərini kəşf etməkdə özünün həmişəki metodunu davam etdirmişdir. Elm öz işini həmişə eksperimental təcrübədən başlayır, lakin özünü məntiqi və fəlsəfi cərəyanların yaratdığı bu məhdud və şərti keçidlərdə saxlamır. O, təbii hadisələri izah etməkdə əqlin fəaliyyətindən bəhrələnir, onları ümumi bir qanun çərçivəsində qərar verərək, varlıqların arasında olan qarşılıqlı asılılıq və əlaqələri kəşf edir.

Qeyd etdiyimiz ifratçı məntiq və fəlsəfə cərəyanlarının hətta maddi fəlsəfə sahələrin-dəki nüfuzu belə, zəifləməyə başlamışdır. Yeni maddi fəlsəfə məktəblərinin özləri də (əsas etibarı ilə dialektik materialistlər) bu qəbildən olan təmayülləri rədd edirlər. Beləliklə də çağdaş maddi fəlsəfə hiss və təcrübənin hüdudlarını (hər bir alim öz təhqiqatını bundan başlayır) aşmaqda özünə haqq qazandırır, hətta (alimlərin təhqiqatının sona yetdiyi) ikinci mərhələni də keçməyi məqbul sayır ki, ayrı-ayrı elmlərdən əldə etdiyi nailiyyətləri bir-biri ilə müqayisə edib onun üçün ümumi elmi bir yozum bəyan etsin və bu nailiyyət və nəticələrin arasındakı bağlı-lığın ən çox ağla sığanlarını məlum etsin.

səh:75


1- [25] Bu barədə əlavə məlumat almaq üçün Üsəsül-məntiqiyyə kitabının 489-cu səhifəsinə baxa bilərsiniz.

Gördüyümüz kimi, maddi təfəkkürün müasir təmsilçiləri olan sofistik maddəçilər (yəni dialektik materialistlər) zamanın keçməsi ilə kainatı dialektik əsasda ümumi və külli şəkildə izah etdikləri vaxt o ifrat nəzəriy-yələr baxımından qeybə əsaslanan fəlsəfəyə meyl etmişlər.

Belə olanda hər iki fəlsəfə - həm maddi (materializm), həm də ilahi (teizm) fəlsəfə birlikdə radikal (ifratçı) materialist cərəyanlarının insanı bir növ hasara salmaq istədiyi hiss və təcrübə sərhədlərini keçməkdə yekdil fikrə gəldilər. Bu zaman mərifət iki mərhələyə malik oldu: Birincisi - hissi və təcrübi nailiyyətləri toplamaq, ikincisi isə onları əqli nəzəriyyələr əsasında izah etmək. İlahiyyat ilə materializm arasında olan ixtilaf yalnız ikinci mərhələdəki müxtəlif elmi nailiyyətlərdən çıxarılan əqli nəticə-lərin necə izah olunmasındadır. Materializm bu məsələləri Yaradanı inkar etməklə izah edir, ilahiyyat məktəbi isə bu elmi nailiyyətlərin izahını yalnız o vaxt məqbul və qanətbəxş sayır ki, hikmətli Yaradanın vücuduna etiraf etmiş olsun.

Gələcək bəhslərimizdə hikmət sahibi olan Yaradanı sübut etmək üçün iki metoddan istifadə edəcəyik. Bu metodun hər ikisində də hiss və təcrübədən əldə olunan məlumatların əqli cəhətdən tənzim olunması yolu ilə kainat üçün müəyyən bir Yaradan olmasını sübut edəcəyik.

Birincini - elmi, yaxud eksperimental müşahidə metodu, ikincini isə fəlsəfi dəlil metodu adlandırırıq. Elmi dəlilləri bəyan etməyə başlamazdan əvvəl onun barəsində öz nəzərimizi təqdim etmək istəyirəm:

Elmi dəlil, təcrübə və hissə əsaslanan hər növ dəlilə deyilir və o, təcrübəyə əsaslanır, eksperimental

səh:76

müşahidələrə və ehtimal nəzə-riyyəsinə tabedir.(1) Beləliklə, bizim Allahı sübut etməkdə istifadə edəcəyimiz metod ehti-mallara əsaslanan istiqra metodudur. Buna görə də biz elmi dəlilləri istiqrai (eksperimental) dəlil adlandırır və onları şərh edirik.

səh:77


1- [26] Dəlilin bəyan edilməsi yolu, dəlilin özündən tamamilə fərqlənir. Misal üçün: Bəzən siz günəşin aydan böyük olmasını sübut etmək istəyir və alimlərin sözlərinə istinad edərək alimlər belə deyirlər - deyirsiniz. Burada siz alimlərin sözünü həqiqəti isbat etmək üçün dəlil kimi qəbul edirsiniz. Bəzən isə yuxunuza istinad edərək filankəs tezliklə öləcəkdir deyirsiniz. Əvvəlki misala uyğun olaraq burada da siz yuxunuzu, həqiqəti isbat etmək üçün dəlil hesab edirsiniz. Bəzən isə siz yer kürəsini iki mənfi və müsbət qütbə malik olan böyük bir maqnit sahəsi hesab edir və dəlil olaraq deyirsiniz ki, hər vaxt kompası üfiqi şəkildə yerə qoysaq, əqrəbinin bir tərəfi şimal, digər tərəfi isə cənub istiqamətində olur. Bu misalda isə həqiqəti isbat etmək üçün təcrübəni dəlil gətirirsiniz. Şübhəsiz, hər bir istidlalın doğruluğu həmin üslubun düzlüyü ilə qırılmaz şəkildə bağlıdır.

ELMİ DƏLİLLƏRLƏ ALLAhIN SÜBUT EDİLMƏSİ

Yuxarıda qeyd olunanlardan məlum oldu ki, Ulu Yaradanı sübut etmək üçün lazım olan elmi dəlil ehtimala əsaslanan istiqra (eksperimental müşahidə) metodundan bəhrələnir. Biz elmi dəlili şərh etməzdən qabaq bu metodu açıqlamağı lazım bilirik. Sonra onun barəsində mülahizələrimizi bəyan edərək, onun dəyərini qiymətləndirəcəyik və bu metodun səlahiyyət dairəsini, eləcə də həqiqətlərin kəşf edilməsində, varlıqların tanınmasında ona hansı dərəcədə etimad edib əsaslanmağın mümkünlüyünü bəyan edəcəyik.

Ehtimal əsasında olan istiqra (elmi müşahidə) metodunun çox mürəkkəb və son dərəcə dəqiq olan iradı vardır. Onun barəsində hərtərəfli şəkildə mülahizə yürüdülüb tənqid edilməsi, ehtimal

səh:78

nəzəriyyəsi və məntiqi istiqranın tam şəkildə təhlil edilməsini tələb edir.(1)

Düşünülməsi həddindən artıq çətin olan bu təhlili irəli çəkmədən təkcə aşağıdakı məsələləri izah etməyə başlayırıq:

1. Dəlil gətirməkdə hansı metoddan istifadə edəcəyimizi təyin etmək və onun mərəhələlərini sadə və müxtəsər şəkildə izah etmək;

2. Bu metodun elmi dəyəri barədə mülahizələri qeyd etmək və onun hansı dərəcədə etibarlı olmasını müəyyənləşdirmək. Biz bunu məntiqi təhlil və ya riyazi məntiq əsasında deyil (çünki, bu yol bizi çox mürəkkəb və dəqiq məsələləri irəli çəkməyə məcbur edər), məhz bütün sağlam düşüncəli insanlar tərəfindən məqbul sayılan mötədil bir metod ilə bəyan edəcəyik və sonra göstərəcəyik ki, Allahın sübut edilməsində istifadə olunan bu metod, eynilə gündəlik həyatda və elmi tədqiqatlarda işlənən və son dərəcə mötəbər bir metoddur.

Sonradan qeyd olunacaq mətləblərdən aydın olacaq ki, Allahı sübut etmək üçün istifadə edilən metod, adətən gündəlik həyatda və elmi həqiqətlərin araşdırılmasında işlədilən metod kimidir. Belə ki, bu həqiqətlərin düzlüyünə yəqin şəkildə inandığımız kimi, bütün həqiqətlərin əsası olan Allahın varlığını da həmin şəkildə qəbul edirik.

Misal üçün, siz bir məktub alırsınız. Onu oxuyub qurtarandan sonra dərhal qardaşınızdan olması barədə yəqinə çatırsınız. Və yaxud dəfələrlə xəstələri yaxşı müalicə edən bir həkimi görəndə, ona inanır və onun

səh:79


1- [27] Bu məsələni Üsəsül-məntiqiyyə kitabının 133-410-cu səhifələrində qeyd etmişik.

mahir həkim olduğunu dərk edirsiniz. Və ya insan bir neçə dəfə xəstələnib hər dəfədə də penisilindən istifadə edəndə və ayrı-ayrı səbəblərə görə orqanizmində mənfi təsirlər gördükdə, belə bir qəti nəticəyə gəlir ki, bədənində penisilinə qarşı həssasiyyət (allergiya) vardır.

Siz bu kimi misalların hamısında müşahidə və ehtimallara əsaslanan istiqra metodundan istifadə etmisiniz.

Təbiətşünas bir alim Günəş sistemində apardığı elmi tədqiqat və axtarışlarında müəyyən oxşar xüsusiyyətləri görəndə, bu nəzəriyyəni irəli sürür ki, planetlərin hamısı əvvəlcə Günəşin bir hissəsi olmuş və sonradan ondan ayrılmışlar. Yaxud, bu alim Günəş sistemində olan Neptun planetinin varlığını ehtimal verəndə, gözlə görünmədiyi halda, sair planetlərin hərəkət trayektoriyalarına diqqət yetirməklə onu kəşf etdi.

Atomları böyüdərək müşahidə edən cihaz - mikroskop ixtira olunmamışdan qabaq, müəyyən hadisələrə diqqət yetirməklə elektronun da varlığı məlum olmuşdu. Alimlər yuxarıda qeyd olunan bütün bu elmi tədqiqatlarda, həqiqətdə ehtimal əsasında olan istiqra metodundan itifadə etmişlər.

Gələcəkdə görəcəyimiz kimi, bu metodun özü elə Böyük Yaradanın isbat olunmasında istifadə olunan metoddur. Biz həmin dəlili bəyan edərkən bu məsələni də aydın şəkildə görəcəyik.

1. İSTİQRA METODU VƏ ONUN MƏRHƏLƏLƏRİ

Ehtimal əsasında olan istiqarai (eksperimental) dəlil metodunu, aydın və sadəliyə riayət etmək şərti ilə beş mərhələyə bölmək olar:

səh:80

Birinci mərhələ: Bu mərhələdə biz hiss və təcrübə yolu ilə müxtəlif varlıqları görürük.

İkinci mərhələ: Əvvəlki mərhələdəki məlumatlarımızı bir yerə toplayıb mülahizə etdikdən sonra bu mərhələdə onları təhlil və izah etməyə başlayırıq. Məqsəd budur ki, bu mərhələdə elə güclü bir fərziyyə irəli sürək ki, onun vasitəsilə həmin varlıqları izah edib məqbul dərəcədə bəyan edə bilək. Dəyərli fərziyyə dedikdə məqsəd budur ki, əgər fərziyyəmiz düz olsa, bütün varlıqlara şamil olsun və onların vücudunun həqiqəti ilə müvafiq olsun.

Üçüncü mərhələ: Bu mərhələdə nəzərə almalıyıq ki, əgər bu fərziyyə düzgün və reallıqla uyğun olmasa, onda həmin varlıqların hamısının yaranması ehtimalı çox zəifdir. Belə ki, o fərziyyənin düzgün olmadığı halda, bu varlıqların hamısının vücuda gəlməsi ehtimalının, onların hamısının və ya heç olmazsa birinin olmamasının ehtimalına nisbəti çox az - 0,01, bəlkə də 0,001-dən də az olacaqdır.

Dördüncü mərhələ: Bu mərhələdə belə nəticə alırıq ki, əvvəldəki fərziyyə düzdür. Onun doğruluğuna olan dəlilimiz birinci mərhələdə varlığını hiss və duyğu üzvləri vasitəsi ilə, real şəkildə dərk etdiyimiz ünsürlərin varlığıdır.

Beşinci: İkinci mərhələdə irəli çəkilən fərziyyəni isbat edən bu hadisələrin dərəcəsi, onların mövcud olması ehtimalı ilə düz mütənasib, yoxluqları ehtimalı ilə tərs mütənasib olacaq.(1)

səh:81


1- [28] Burada da, fərziyyənin çərçivəsində ünsürlərin yoxluğu ehtimalı dedikdə məqsəd, onların hamısının, yaxud ən aşağısı birinin olmaması nəzərdə tutulur.

Yəni fərziyyənin düzgün olmamasına aparıb çıxaran bu ehtimal nə qədər zəif olsa, o hadisələrin isbat olunması ehtimalının sübuta yetmə dərəcəsi də bir o qədər çox olacaqdır. Hətta bir çox adi və normal hallarda fərziyyənin doğruluğunun sübuta yetmə dərəcəsi tam yəqin səviyyəsinə çatır.(1)

Həqiqətdə bu ehtimalların dəyərini qiymətləndirmək və onları mülahizə etmək üçün ehtimal nəzəriyyəsinə əsaslanan dəqiq miqyas və meyarlar vardır. Amma bəzən adi hallarda belə, insan özünün fitri əqlinə uyğun olaraq o miqyas və meyarları həqiqətə çox yaxın olan bir şəkildə işlədir. Buna görə də məntiqi riyaziyyatda mövcud olan çox mürəkkəb və çətin şərhi bir kənara qoyub ehtimalın dəyərini ölçmək üçün fitri metodla kifayətlənəcəyik.(2)

Qeyd olunanlar adətən ehtimallara əsaslanan hər bir istiqrai metodun mərhələləri idi. Biz adi həyatımızda və yaxud elmi tədqiqat və araşdırmalarda, eləcə də Allahı isbat edərkən həmin mərhələlərdən eyni səviyyədən bəhrələnəcəyik.

səh:82


1- [29] İstiqrai dəlilin ikinci mərhələsinə əsasən; Üsəsül-məntiqiyyə kitabının 355-410-cu səhifələrinə baxa bilərsiniz.
2- [30] Əlavə məlumat almaq üçün Üsəsül-məntiqiyyə kitabının 146-247-ci səhifələrinə baxa bilərsiniz.

2-BU METODUN DƏYƏRİNİN QİYMƏTLƏNDİRİLMƏSİ

Biz bu metodun dəyərini misalda tətbiq etməklə qiymətləndirəcək və bəhsə gündəlik həyati misallar gətirməklə başlayacağıq.

Əvvəldə qeyd etdiyimiz kimi, siz bir məktubu oxuyub onun hansısa bir şəxsin sadəcə yazışma məqsədi ilə yazdığını deyil, öz qardaşınızdan olduğunu bilirsiniz. Bu iş də (yəqin şəkildə bilmək) ehtimal əsasında olan istiqra dəlilinə görə baş verir. Bu nəticə (burada məktubun qardaşınızdan olması) sizin üçün nə qədər açıq-aşkar olsa da, həqiqətdə qeyd olunan istiqra metoduna əsaslanan bir qəziyyənin nəticəsində əldə etmisiniz.

Siz ilk mərhələdə bir neçə məsələ ilə qarşılaşırsınız. O cümlədən: məktubda qardaşınızın adı ilə eyni olan bir ad yazılmışdır, məktubun yazılma üslubu, yazılan hərflərin hamısı tamamilə qardaşınızın xətti kimidir. Məktubun kəlmələri tamamilə qardaşınızın əlyazmasındakı kəlmələr kimidir və hər birinin necə yazılması açıq-aşkar şəkildə müşahidə olunur. Bəyan səpgisi, cümlələrin bir-birinə bağlılığı və ondakı qabarıq və zəif cəhətlər, bütünlüklə qardaşınızın üslubu ilə tam oxşardır. Həmçinin, yazı metodu, inşa və s. cəhətdən olan səhvlərin hamısı qardaşınızın buraxdığı səhvlərlə uyğun gəlir. Məfhum baxımından isə, orada olan məlumatlar adətən sizdən istənilən şeylərdir. Bir sözlə, məktubda olan tələbatlar qardaşınızın tələbatları ilə düz gəlir. Bütün bunlar müşahidə etdiyiniz zahiri əlamətlərdir.

İkinci mərhələdə müəyyən suallar yaranır və öz-özünüzdən soruşursunuz: Doğrudanmı bu məktubu

səh:83

qardaşım göndərmişdir, yoxsa təsadüfən onunla eyni adlı ayrı bir şəxs yazmışdır? Sonra əvvəldəki məsələləri təsdiq edəcək bir ehtimal irəli sürüb deyirsiniz ki, məktub doğrudan da qardaşımdandır. Belə olduqda, təbiidir ki, birinci mərhələdə mülahizə etdiyiniz bu mənanı isbat edə biləcək şahidlər çoxdur.

Üçüncü mərhələdə belə bir sual yaranır: Əgər məktub qardaşınızdan deyil, ayrı şəxsdəndirsə, onda birinci mərhələdə mülahizə etdiyiniz xüsusiyyətlərin hamısının təsadüfən baş verməsi hansı dərəcədə mümkündür?

Bütün bunların mümkün olacağı təqdirdə o məlumat və xüsusiyyətlərin gerçəkləşməsinin də mümkün olması üçün geniş miqyaslı fərziyyələrə ehtiyac duyulur.

Bunun mümkün olması üçün qardaşınızla eyni adda və ona oxşar olan elə bir şəxs fərz edilməlidir ki, həm bütün kəlmələri yazmaqda, həm imlada, həm bəyan etmək qabiliyyətində və həmçinin intellektual səviyyədə onunla eyni olsun. Bir-birinə oxşar olan təsadüfi xüsusiyyətlər nə qədər çox az olsa, ehtimalın düzgün olma dairəsi bir o qədər məhdudlaşır.

İstiqrai məntiq prinsipləri ehtimalı necə qiymətləndirmək yolunu bizə öyrədir, onun necə zəif olmasını, eləcə də bu zəifliklə fərz olunan təsadüfi hadisələrin sayının çoxalması arasındakı asılılığı aydınlaşdırır. Biz bu barədə geniş şərh vermək fikrində deyilik, lazım olan şeyləri bəyan edəcəyik. Çünki, ümumxalq kütlələri bu cür dərin məsələləri başa düşüb qavraya bilməzlər.

Xoşbəxtlikdən, ehtimalların zəifliyinin dərk olunmasının bu barədə uzun-uzadı təfsilatı dərk etməklə heç bir asılılığı yoxdur. Necə ki, insanın uca yerdən yıxılması ilə onun cazibə qüvvəsi və onunla

səh:84

əlaqədar olan sair qanunları dərk edib-etməməsi arasında heç bir asılılıq yoxdur: o, bəzən hətta müvazinət halından çıxmağını belə dərk etməyə bilər.

Eləcə də, bir şəxsin, qeyd olunan bütün xüsusiyyətlərdə qardaşınızla eyni olması doğrudan da zəif ehtimaldır. Digər bir misal: Bank işçiləri, bankda üzv olanların hamısının əmanət qoyduğu pulları eyni zamanda götürməsi ehtimalının zəif olmasını bilirlər və bunu dərk etmək üçün məntiqi istiqranın məfhumunu başa düşmələrinə heç bir ehtiyac duyulmur. Halbuki, bu ehtimal bir-iki nəfər barəsində belə deyildir.

Dördüncü mərhələdə belə deyirsiniz: Əgər məktub qardaşımdan olmasa, onda bu hadisələrin təsadüf üzündən bir yerə toplanması ehtimalı çox zəifdir. Beləliklə də mövcud məlumat və şahidlər məktubun qardaşınızdan olması ehtimalına üstünlük verir.

Beşinci mərhələdə isə, dördüncü mərhələdə üstünlük verdiyiniz ehtimal (yəni məktubun qardaşınızdan olması) ilə üçüncü mərhələdəki zəif ehtimalın (yəni bütün bu şahid və məlumatlar ola-ola, məktubun qardaşınızdan deyil, başqasından olmasının) qeyri-mümkün olması ehtimalını müqayisə edib onların arasındakı uyğunluğu ölçürsünüz. Nəticə bu olur ki, ehtimalın üstünlük təşkil edən tərəfi ilə zəif olan tərəfi bir-biri ilə tərs mütənasibdir. Yəni bu ehtimal nə qədər zəif olsa, qeyd olunan üstünlük dərəcəsi daha çox qənaətbəxş və dəyərli olacaq. Bu məsələni inkar edə biləcək bir şahid olmazsa, bu beş mərhələdən sonra məktubun qardaşınızdan olmasına şəksiz inanacaqsınız. Bu, hər bir insan üçün gündəlik həyatda yetərli bir sübut yoludur.

səh:85

ELMİ DƏLİLLƏRİN BİR NÜMUNƏSİ

Burada bu metod üçün alimlərin elmi nəzəriyyə səviyyəsində işlətdikləri dəlillərdən bir neçəsini qeyd edirik. O da ulduz və planetlərin yaranması və onların mənşəyi barəsində olan nəzəriyyədir. Orada deyilir:

Planetlər Günəşdən ayrılmışlar. Onlar milyonlarla il öncə qızmar şəkildə olan Günəşdən parçalanıb ayrılmışlar.

Bütün alimlər bu nəzəriyyə barəsində yekdil fikirdədirlər. Onların Günəşdən nə üçün parçalanıb ayrılmasına gəldikdə isə, bu barədə müxtəlif nəzərlər mövcuddur.

Bu nəzəriyyənin əsli (kökü) barəsində gətirilən və hamının qəbul etdiyi dəlillər aşağıdakı mərhələlərlə sübuta yetir:

Birinci mərhələ: Bu mərhələdə alimlər bir neçə hadisəni nəzərə alıb hiss və təcrübə yolu ilə aşağıdakı məlumatları əldə etmişlər:

1. Yerin Günəş ətrafında fırlanması, Günəşin öz oxu ətrafında fırlanması ilə tam uyuğundur və hər biri qərbdən şərqə doğru hərəkət edir.

2. Həm Yerin, həm də Günəşin öz oxu ətrafında fırlanması qərbdən şərqə doğrudur.

3. Yer kürəsi öz oxu ətrafında, ekvator xəttinə paralel olan orbit üzrə Günəşin ətrafına fırlanır. Günəş dəyirman daşının fırlandığı oxa, Yer isə həmin oxun ətrafında fırlanan daşın üzərindəki bir nöqtəyə bənzəyir.

4. Yeri təşkil edən maddələr, təqribən Günəşin də tərkibində mövcuddur.

5. Kəmiyyət baxımından da həm Günəşi, həm də Yeri təşkil edən maddələr arasında müəyyən

səh:86

uyğunluq və tənasüb mövcuddur. Məsələn, hər ikisinin əksər hissəsini hidrogen təşkil edir.

6. Yerin, öz oxu və Günəş ətrafına fırlanma sürəti ilə Günəşin öz oxu ətrafına fırlanma sürəti tam uyğundur.

7. Elmi təhqiqatlara əsasən, Yerin yaşı ilə Günəşin yaşı arasında da uyğunluq mövcudur.

8. Yerin daxili qızmar ərintilərdən təşkil olunmuşdur. Bu da onu göstərir ki, Yer yarandığı ilk vaxtlarda tamamilə qızmar ərinti halında olmuşdur.

Yuxarıda qeyd olunanlar alimlərin ilk mərhələdə hiss və təcrübə yolu ilə əldə etdikləri məlumatlardır.

İkinci mərhələ

Alimlər arasında bir fərziyyə var ki, onun köməyi ilə ilk mərhələdə müşahidə olunan bütün varlıqları izah etmək olar. Yəni əgər bu fərziyyə həqiqətdə də sübuta yetirilib düzgün olsa, onda bütün hadisələri izah edə bilər. O fərziyyə aşağıdakı kimidir:

Yer yaradılışın əvvəllərində Günəşin bir hissəsi olmuş və müəyyən səbəblərə görə ondan ayrılmışdır.

Bu fərziyyənin vasitəsi ilə əvvəlki məsələləri bu cür izah etmək olar:

Birinci məsələdə deyilir ki, Yerin Günəş ətrafında fırlanması ilə öz oxu ətrafında fırlanması arasında uyğunluq vardır: onların hər ikisi qərbdən şərqə doğru hərəkət edir. Bu fərziyyəni düzgün hesab etsək, onda bu iki göy cisminin hərəkətində olan uyğunluğun səbəbi aydınlaşır. Çünki, fırlanmaqda olan hər hansı cismin müəyyən bir hissəsi ondan ayrılsa və həmin hissə, ip və ya başqa şey vasitəsilə ayrıldığı cisimdən asılı vəziyyətdə saxlansa, hərəkətin davam etmə qanununa əsasən, özünün ilkin istiqamətdəki hərəkətini davam etdirəcəkdir.

səh:87

İkinci məsələdə deyilir ki, Yerin öz oxu ətrafında fırlanma hərəkəti ilə Günəşin öz oxu ətrafında fırlanma hərəkəti eyni istiqamətdədir: Hər ikisi qərbdən şərqə doğru fırlanır. Bu hadisəni də qeyd olunan fərziyyə izah edir. Çünki, bir cismin qərbdən şərqə fırlanmasını nəzərə alsaq, ondan ayrılan hissə də, hərəkətin davam etmə qanununa əsasən əvvəlki istiqamətdəki hərəkətini qoruyub saxlayacaqdır.

Üçüncü hadisədə də məsələ eynilə belədir.

Dördüncü və beşinci məsələ, yəni Yerin və Günəşin tərkibini təşkil edən maddələrin təqribən eyni olması və onların arasındakı nisbətə gəldikdə isə, yuxarıdakı fərziyyəyə əsasən Yerin Günəşin bir hissəsi olduğunu qəbul etsək, bu iki məsələnin səbəbi də tamamilə aşkar olacaqdır. Təbiidir ki, bu halda ayrılan hissəni (Yeri) təşkil edən maddələr ilkin göy cisminin (Günəşin) tərkibi ilə eyni olacaqdır.

Altıncı məsələ, yəni Yerin Günəş ətrafında və öz oxu ətrafında fırlanma sürəti ilə Günəşin öz oxu ətrafında fırlanma sürəti arasındakı uyğunluğa gəldikdə isə, burada da Yerin Günəşdən ayrılması fərziyyəsinə əsasən, Yerin bu hərəkətlərinin mənşəyi Günəşin hərəkətidir. Və bu fərziyyə hərəkətlər arasındakı uyğunluğu və onların səbəbini izah edir.

Yeddinci məsələ, yəni Yerin yaşı ilə Günəşin yaşının bir-birinə uyğun olması da həmin fərziyyəyə əsasən aydın olur.

Səkkizinci məsələ, yəni Yerin yarandığı ilk vaxtlarda qızmar ərinti şəklində olması da həmin əsasladır.

Üçüncü mərhələ

Üçüncü mərhələdə bu məsələ irəli sürülür ki, əgər Yerin Günəşdən ayrılması fərziyyəsi düzgün

səh:88

olmazsa, onda Günəş sistemində mövcud olan bu qədər planetin təsadüf üzündən bir yerə toplaşıb müəyyən bir orbit üzrə hərəkət edə bilməsi ehtimaldan çox-çox uzaqdır. Çünki, bu zaman təsadüfi hadisələr nəticəsində yaranan və aralarında heç bir uyğunluq və rabitə mövcud olmayan bir məcmuə təsəvvür olunacaq. Yuxarıdakı fərziyyənin düzgün olmadığını qəbul etdikdə, həmin planetlərin təsadüfi olaraq bir yerə yığışması ehtimalı da veriləcəkdir. Bu ehtimala əsasən, həmin planetlərin bir yerə yığışmasını əsaslandırıb izah edə biləcək çoxlu ehtimallar tələb olunur.

Məsələn, Yerin Günəş ətrafında fırlanma istiqaməti ilə Günəşin öz oxu ətrafında fırlanmasının eyni istiqamətdə və eyni cəhətdə olub qərbdən şərqə doğru hərəkət etməsini izah etmək üçün Yerin istər Günəşdən ayrı şəkildə yarandığını, istərsə də Günəşdən uzaqda olan başqa bir göy cismində olub, müəyyən zaman keçdikdən sonra ondan ayrılaraq bizim Günəş sisteminə yaxınlaşdığını qəbul etsək belə, hökmən fərz etməliyik ki, Yer kürəsi təsadüf nəticəsində seyr edərək Günəşin ətrafındakı hazırkı orbitinə çatmış və onun qərb tərəfində olan bir nöqtədə yerləşmiş və elə buradan da qərbdən şərqə doğru (yəni Günəşin öz oxu ətrafındakı hərəkəti ilə uyğun olan) hərəkətə başlamışdır. Həmçinin bunu da fərz etməliyik ki, Yer, Günəşin cazibə sahəsinə çatdıqda onun şərqində yerləşən bir nöqtədə dayanıb öz-özünə, şərqdən qərbə doğru hərəkətə başlamışdır.

Yerlə Günəşin hər birinin öz oxu ətrafında fırlanmasının eyni cəhətli, həm də qərbdən şərqə doğru olmasına gəldikdə isə, misal üçün, belə fərz etməliyik ki, Yerin ayrıldığı başqa bir günəş də qərbdən şərqə doğru hərəkət edirmiş. Yerin Günəş

səh:89

ətrafında, ekvator xəttinə paralel orbit üzrə hərəkət etməsində də belə fərz etməliyik ki, Yerin ayrıldığı başqa bir günəş bizim Günəşin ekvator xəttinə perpendikulyar olan bir nöqtədə yerləşirmiş.

Yeri və Günəşi təşkil edən maddələrin uyğunluğu və bu maddələrin arasındakı nisbətə gəldikdə isə, belə fərz etməliyik ki, Yeri təşkil edən maddələr onun ayrıldığı başqa Günəşdə də olmuş və həmin günəşdə də Yerdəki maddələr nisbəti mövcud olmuşdur.

Yerin Günəş ətrafında və öz oxu ətrafında fırlanması ilə Günəşin öz oxu ətrafındakı hərəkətinin eyni olduğuna gəldikdə isə, misal üçün, belə təsəvvür etməliyik ki, Yerin ayrıldığı başqa günəş elə bölünmüşdür ki, Yer kürəsi ondan ayrıldıqdan sonra Günəş sistemindəki Günəşin hərəkətinə mütənasib bir sürət almışdır.

Günəşlə Yerin yaşının eyni olması və Yerin yarandığı ilk vaxtlarda qızmar halda olmasına gəldikdə isə, fərz etməliyik ki, Yer elə bir günəşdən ayrılmışdır ki, onun yaşı bizim Günəşin yaşı ilə eyni olmuşdur. Bundan əlavə, Yer həmin Günəşdən elə ayrılmışdır ki, hal-hazırda mövcud olan hərarətə gəlib çatmışdır.

Gördüyümüz kimi, Yerin Günəşdən ayrılması fərziyyəsinin düzgün olmadığını qəbul etdikdə bütün bu hadisələrin baş verməsi çoxlu təsadüfi hadisələrin fərz olunmasını tələb edir. Halbuki, yuxarıda qeyd olunan fərziyyə bütün planetlərin yaranması və onların arasında olan qarşılıqlı asılılığın izah edilməsi üçün tamamilə kifayətdir.

Dördüncü mərhələ

Bu mərhələdə deyirik ki, Yerin günəş sistemindəki Günəşdən ayrılmadığını fərz etdikdə, bütün bu cisimlərin Yerdə yaranması ehtimalı son

səh:90

dərəcə zəif olur. Buna əsasən Yerin hökmən Günəşdən ayrılması nəzəriyyəsini qəbul etməliyik.

Beşinci mərhələ

Bu mərhələdə isə (dördüncü mərhələdə isbat olunduğu kimi) Yerin Günəşdən ayrılması fərziyyəsinin güclü bir ehtimal olması ilə, (üçüncü mərhələdə isbat olunduğu kimi) həmin varlıqların təsadüf nəticəsində (Yerdə) yaranması ehtimalının zəifliyi arasında rabitə bərqərar edir və belə bir nəticə alırıq ki, üçüncü mərhələdə qeyd olunan ehtimalın zəifliyi nə qədər çoxalsa, dördüncü mərhələdəki ehtimalın güclü olması da bir o qədər artar.

Beləliklə, Yerin Günəşdən ayrılması nəzəriyyəsi sübuta yetir. Alimlər də həmin fərziyyəni bu yolla qəbul edirlər.

ALLAHIN İSBAT OLUNMASINDA BU METODDAN NECƏ İSTİFADƏ EDİRİK?

Ehtimal əsasında olan istiqrai (eksperimental) dəlillər ümumi şəkildə məlum olduqdan, onun istifadə olunma yerlərindən bir neçə nümunə təqdim etdikdən və onu qiymətləndirdikdən sonra, Allahın isbat olunması üçün də həmin metoddan istifadə edəcəyik. Burada da gətirilən dəlil beş mərhələdə bəyan olunur:

Birinci mərhələ: Biz yaradılış aləmində baş verən hadisələrin, çoxlu heyrətləndirci varlıqların arasında, eləcə də bir canlı varlıq kimi insanın ehtiyacları ilə onun həyat imkanları arasında elə dəqiq bir mütənasiblik görürük ki, bu şeylərdən hər birinin azacıq dəyişdirilməsi insan həyatının yer üzündən birdəfəlik silinməsinə, yaxud heç olmazsa, iflic vəziyyətə düşməsinə səbəb olar.

səh:91

Burada numunə üçün, bəzi mətləbləri bəyan edirik:

Yer Günəşdən istilik (enerqi) alır. Həyatın davam etdirilməsi, canlı varlıqların ehtiyaclarının təmin olunması üçün bu enerqi tamamilə kafi və dəqiq bir hesab-kitab üzündəndir. Hal-hazırda elmdə sübut olunmuşdur ki, Yerin Günəşdən olan məsafəsi, Yerdəki yaşayış üçün münasib olan hərarətlə tam uyğundur. Bu məsafə iki dəfə artsaydı, həyat üçün lazım olan istilik yaranmazdı. Əgər bu məsafə iki dəfə azalsaydı, istilik iki qat artar və nəticədə yaşamaq mümkün olmazdı.

Yer kürəsinin üst qatının - yer qabığının su və quru hissələrinin əksəriyyətində oksigen vardır. Bu qaz onların hamısının tərkibində oksidləşmiş halda mövcuddur. Yerdəki suların 80%-ni oksigen təşkil edir. Oksigenin başqa maddələrlə birləşib oksidləşməsinə qabil olmasına baxmayaraq, havada da azad şəkildə mövcuddur. Havada qaz şəklində olan oksigen bütün canlıların həyatının davam etməsi üçün zəruridir. Çünki hansı növ olmasından asılı olmayaraq bütün canlılar həyatlarını davam etdirmək üçün oksigenə möhtacdır. Əgər oksigenin hamısı başqa maddələrlə birləşib oksidləşsəydi, oksigen qurtarar və həyatın davam etməsi mümkün olmazdı. Elmdə sübut olunmuşdur ki, atmosferdə mövcud olan oksigenin miqdarı insan həyatı üçün lazım olan şəraitlə tam müvafiqdir. Yəni atmosferin 21 %-ni oksigen təşkil edir. Əgər oksigenin faizi bundan artıq olsaydı, yeri əhatə edən atmosfer qatında daim yanğınlar baş verərdi. Əgər həmin miqdardan az olsaydı, yaşamaq qeyri-mümkün, yaxud olduqca çətin olar, lazım olanda hər hansı bir şeyi yandırmaq mümkün olmazdı.

səh:92

Təbiətdə müəyyən hadisələr tarix boyu milyonlarla dəfə təkrar olunur, nəticədə oksigenin miqdarı sabit qalır. Bütün canlılar, xüsusilə insan tənəffüs zamanı oksigeni alıb oksidləşmiş karbon qazını buraxırlar. Oksigen qanla qarışaraq bədənin bütün hüceyrələrinə və toxumalarına çatır, orada gedən maddələr mübadiləsi zamanı baş verən kimyəvi reaksiyalara təsir qoyur. Bu reaksiyalar nəticəsində karbon-oksid əmələ gəlir, bu da ağ ciyərin vasitəsi ilə xaricə ötürülür. Beləliklə, insan və sair canlılar həmişə oksidləşmiş karbon istehsal edərək havaya buraxırlar. Bu da bitkilərin həyatına təminat verən qazdır.

Bitkilər də öz növbəsində karbon-oksidini udaraq onu parçalayıb oksigen şəklində havaya buraxır, yenidən havada oksigenin miqdarı bərpa olunur və canlılar üçün nəfəs almağa imkan yaranır. Heyvanlarla bitkilər arasında baş verən qaz mübadiləsi oksigenin miqdarının sabit vəziyyətdə qalmasına səbəb olur. Əgər bu proseslər olmasaydı, oksigenin miqdarı azalar, insan və heyvanların yaşaması qeyri-mümkün olardı. Qazlar mübadiləsi təbiətdə baş verən minlərlə reaksiyanın nəticəsidir ki, bunların hamısı həyat ilə tamamilə münasib olan vasitələri yaradırlar.

Xüsusi çəkisi nisbətən ağır olan və donuşluq vəziyyətinə çatan azot qazı oksigenlə qarışıb yüngülləşir və havada istifadə olunacaq tərzdə paylanır. Elmi tədqiqatlar göstərir ki, atmosferdə azad qaz şəklində olan azotla oksigenin miqdarı bir-biri ilə tam mütənasibdir. Yəni oksigenin miqdarı o qədərdir ki, azotu yüngülləşdirərək istifadə olunmağa qabil edir. Əgər oksigen artıb, azot isə azalsaydı həyat üçün lazım olan şərait hasil olmazdı.

səh:93

Yer kürəsini əhatə edən atmosfer qatı müəyyən keyfiyyət və kəmiyyətə malikdir, ondan heç bir zərrə artıb və ya azalmır. Bu miqdar da insanın yer üzərində həyat sürməsi üçün lazım olan şərtlərlə tam mütənasibdir. Əgər havanın miqdarı artsaydı və ya azalsaydı həyat qeyri-mümkün, yaxud olduqca çətin olardı. Çünki onun artması atmosfer təzyiqinin çoxalmasına səbəb olar və insan bu təzyiqə dözə bilməzdi. Azaldıqda isə kosmik daşlar, meteoritlər çox asan şəkildə atmosfer qatına daxil olar, təbiəti və canlıları məhv edib yandırardı.

Yer qabığı karbon oksidi və oksigen qazlarını məhdud səviyyədə özünə cəzb edib hopdurur. Amma bu qazların hamısını udmur. Əgər yer qabığının qalınlığı hazırkı halda olduğundan artıq olsaydı, heç bir qaz qalmaz, hamısı yerə sorulardı, bitkilər, heyvanlar və insanlar məhv olub aradan gedərdi.

Ayla Yerin arasındakı məsafə insanın yer üzərində yaşaması ilə tam münasibdir. Əgər Ay bir qədər Yerə yaxınlaşsaydı, yerdəki qabarmalar və çəkilmələr şiddətlənər, iki qat artar və bu cazibələr nəticəsində dağlar yerindən qopa bilərdi.

Canlılarda müxtəlif qərizələr (instinkt-lər) mövcuddur. Qərizə hiss olunmayan, gözlə görünməyən bir məfhum olsa da, (əlbəttə, birbaşa müşahidə və hiss olunmur), amma qərizəvi (instinktik) rəftar adlanan şeylər çox da gizli və görünməz deyil, o, kəlam elmində tamamilə sübuta yetən və müşahidə olunandır. İnsanın, öz həyatında və eləcə də elmi təhqiqatlarda sübuta yetirdiyi minlərlə qərizəvi rəftarlar həmişə insan həyatı ilə tamamilə mütənasib olmuşdur. Bu rəftarların müəyyən hallarda olduqca mürəkkəb və dəqiq olması mümkündür, amma onları təhlil edib araşdırdıqda,

səh:94

hər birinin yerinə yetirdiyi funksiyanın insan həyatı ilə tam mütənasib və uyğun olduğunu görərik.

İnsan orqanizmi milyonlarla təbii hadisə və prosesi göstərir ki, onların hər birinin funksiyası, forması, başqaları ilə olan rabitələri və insan həyatında ifa etdiyi rollar tamamilə bir-birinə mütənasibdir. Misal üçün, insanın görmə üzvünü və əşyaların daha artıq hiss olunması üçün lazım olan şəraitləri nəzərə alaq. Göz bəbəyi əşyaların təsvirini öz arxasındakı şəbəkənin üzərinə ötürür. Şəbəkənin özü doqquz qatdan ibarətdir. Sonuncu təbəqə milyonlarla sinir hüceyrələrinə malikdir. Onların hamısı bir-birinin ardınca və tam nəzmlə yerləşmişdir. Onların öz aralarındakı əlaqələri, eləcə də göz bəbəyinin məcmusu ilə olan əlaqələri son dərəcə dəqiqdir, hamısı insanın görmə üzvü ilə tam uyğundur.

Əlbəttə, bu məsələdə xüsusi bir halı istisna etmək lazımdır. O da bundan ibarətdir ki, göz bəbəyində hər hansı şeyin şəkli tərsinə düşür. Bu da müvəqqətidir. Çünki görmə əməliyyatının bu mərhələ ilə heç bir rabitəsi yoxdur və biz əşyaları tərsinə görmürük. Tərsinə olan bu təsvirlər sinirlərin vasitəsi ilə tənzim olunaraq beyinə ötürülür və orada özünün təbii vəziyyətini alır. Məhz burada görmə əməliyyatı tamamlanır.

Gördüyümüz kimi, görmə üzvü insan həyatının asanlaşması və mümkün olaması üçün tam münasib şəkildə tənzim olunmuşdur.

Hətta təbiətdə mövcud olan gözəlliklər, ətir və işıqlıq da bəzi yerlərdə təbii hadisələr kimi, həyatın asan və mümkün olmasında mühüm rol ifa edir. Bəzi güllərdə tozlanma müəyyən həşəratların vasitəsi ilə yerinə yetirilir. Həmin güllərdə rəngin açıq və ətrin

səh:95

ürəyə yatan olmasının özünəməxsus gözəlliyi və cazibədarlığı müşahidə olur ki, bu da həşəratların gülə cəzb edilib tozlanma işinin yerinə yetirilməsini asanlaşdırır. Halbuki, tozlanma işi külək vasitəsi ilə yerinə yetirilən güllərin belə bir imtiyazı yoxdur.

Ümumiyyətlə, cütləşmə hadisəsində fizioloqi tərkib baxımından erkəklə dişi arasında tam uyğunluq mövcuddur (istər insanlarda, istərsə də heyvanlarda və bitkilərdə). Belə ki, bu uyğunluq nəslin artırılmasına və həyatın davam etdirilməsinə təminat verir. Bu da təbiətdə həyatın asan və mümkün edilməsi ilə tam mütənasib olduğunu bəyan edir.

Əgər Allahın nemətlərini saymaq istəsəniz, heç vaxt sayıb qurtara bilməzsiniz. Allah çox bağışlayan və mehribandır.(1)

Qeyd olunanlar birinci mərhələ ilə əlaqədar idi.

İkinci mərhələdə deyirik ki, təbiət varlıqları ilə həyat imkanlarına zəmanət verib onu asanlaşdıran vəzifələr arasında (onların sayı-hesabı yoxdur) uyğunluq və tənasüb aşağıdakı vahid bir fərziyyə ilə izah və şərh edilə bilər: varlıq aləminin hikmətli bir yaradanı olduğunu qəbul etməliyik. O, xüsusi bir hədəflə, həyatın tələbatlarını təmin etmiş və təbiətdə olan fenomenlərin öz vəzifələrini davam etdirməsi üçün lazımi şəraiti yaratmışdır. Bu fərziyyə təbiətdəki varlıqlar arasında olan qanunauyğunluqları və bağlılıqları izah edə bilər.

Üçüncü mərhələdə özümüzdən soruşuruq: Əgər doğrudan da Yaradanın varlığı fərziyyəsi düzgün olmasa, onda təbiət varlıqları arasında mövcud olan bu qədər mütənasiblik və uyğunluqlar, həyatın

səh:96


1- [31] Nəhl surəsi, 18-ci ayə

asanlaşdırılması və s.-nin özü-özünə, heç bir hədəf olmadan yaranması ehtimalı nə dərəcədə düzgün ola bilər? Aydındır ki, belə bir böyük və əzəmətli məcmuənin təsadüf üzündən yaranması çox zəif ehtimaldır.

Əvvəldə qeyd olunan misalda məktubun qardaşınızdan olmaması doğrudan da zəif ehtimaldır. Çünki misal üçün, min dənə xüsusiyyətdə oxşarlığı fərz etsək, ehtimal nəzəriyyəsi baxmından bu, son dərəcə zəif olacaqdır. Belə olan halda yaşadığımız Yer kürəsi, onda mövcud olan canlı və cansızların hədəfsiz və şüursuz maddə tərəfindən yarandığını və onların hikmətli və hədəfli Yaradanın xəlq etdiklərinə milyonlarla sifətdə oxşar olmasını necə ehtimal vermək olar?

Dördüncü mərhələdə isə inkarolunmaz şəkildə qəbul edirik ki, üçüncü mərhələdə irəli sürülən fərziyyə düzgündür. Yəni, bu kainatı hikmət sahibi olan bir Allah yaratmışdır.

Beşinci mərhələ: Bu üstün nəzəriyyə ilə üçüncü mərhələdə bəyan olunan zəif ehtimal arasında bir rabitə bərqərar etdikdə görürük ki, hökmən qəbul etməyə məcbur olduğumuz təsadüfi hadisələrin sayı nə qədər çoxalsa, üçüncü mərhələdə irəli sürülən ehtimallar da bir o qədər zəif olacaqdırTəbiidir ki, bu ehtimalın zəiflik dərəcəsi elə bir həddədir ki, hər bir elmi qanunda istinad olunan üçüncü mərhələnin ehtimallarından da çox olur. Çünki, burada və bu fərziyyənin üçüncü mərhələsində təsadüfi hesab olunan işlərin sayı, o qəbildən olan hallardan qat-qat

səh:97

çoxdur və təbiidir ki, belə bir ehtimal aradan getməli olur.(1)

səh:98


1- [32]Burada iki mühüm sual yaranır ki, onları da izah etməyə məcburuq: 1-Bəzi hallarda mülahizə olunur ki, istiqrai (eksperimental) üsullara əsasən hikmət sahibi olan Allahı qəbul etmək əvəzinə, ehtimal üzrə başqa bir nəzir (oxşar) qəbul edərək deyilə bilər ki: Hər bir varlığın, həyat məsələsini asanlaşdırmaqda ifa etdiyi vəzifə və rolun bir-birinə mütənasib olması, maddədə olan kor-koranə zərurətin nəticəsidir. Yəni maddə, özünün zati fəaliyyətləri və daxili ziddiyyətlərinin tələbi ilə onun üçün qarşıya gələn hadisələrin yaranmasına səbəb olmuşdur. İstiqrai dəlilin məqsədi, Yaradanın, həmin oxşar üçün verilən ehtimala üstünlük verilməsidir. Çünki, bu nəzəriyyə yalnız bir fərziyyəni hikmət sahibi olan Allahın fərz edilməsini tələb edir. Halbuki, başqasında araşdırılan şeylərin hər birinin sayı qədər maddədə kor-koranə zərurətlər təsəvvür olunmalıdır. Buna görə də Allahın varlığı fərziyyəsi üçün oxşar bir ehtimal verilməsi çoxlu hadisələr üçün verilən bir ehtimaldır. Bu ehtimal olduqca zəif və yoxluq həddindədir. Bütün bunlarla belə, yuxarıdakı ehtimal da (hikmətli Allahın fərz olunması çoxlu hadisələri tələb etmədiyi üçün) qəbul edilə bilər. Çünki, bütün varlıqları onunla izah edə biləcəyimiz hikmətli Allah barəsində də fərz etməliyik ki, O (Allah) bütün varlıqların sayı qədər elm və qüdrətə malikdir. Beləliklə, Allahın malik olacağı elm və qüdrətlərin sayı, maddədə kor-koranə surətdə fərz olunmalı olan zərurətlərin sayı qədər olmalıdır. Belə olduqda isə Allahın varlığı fərziyyəsinin sair fərziyyələrdən nə kimi üstünlüyü olacaq?Cavabda deyirik: Bu üstünlük və imtiyaz buradan irəli gəlir ki, həmin zərurətlərin bir-biri ilə heç bir bağlılığı və asılılığı yoxdur. Yəni, onların hər biri, digərinin olub-olmamasının zərurəti ilə müqayisədə tam təsirsiz hesab olunur. Bu da ehtimal nəzəriyyəsində müstəqil hadisələr və müstəqil ehtimallar adlandırılır. Hikmətli Yaradanın varlığının fərz olunmasının tələbi ilə, sözü gedən varlıqlar üçün elm və qüdrətlər nəzərdə tutulmasına gəldikdə isə, qeyd etməliyik ki, onlar bir-birindən tam ayrı, müstəqil deyillər. Çünki, bir varlığın yaranması üçün lazım olan elm və qüdrət elə digər varlıqların yaranması üçün də lazımdır. Bu fərzə əsasən, bu elm və qüdrətlərdən hər biri başqa fərzə nisbətən, nəinki təsirsiz deyil, üstəlik onu əhatə edir və ya ən azı çox geniş miqyasda gücləndirir. Ehtimal nəzəriyyəsində deyilir ki, bu elm və qüdrət-lərin məcmusu müəyyən şərtlər əsasındadır və ehtimalların hər biri başqa fərzə nəzər yetirdikdə çox güclü, əksər hallarda isə yəqin həddində olur. Əgər bu elm və qüdrətlər məcmuəsinin ehtimalını, o zərurətlərin ehtimalı ilə müqayisə edib qiymətləndirmək istəsək ehtimal nəzəriyyəsindəki vurma qanununa tabe olmalıyıq və başqa üzvün ehtimal olunan dəyərinə vursaq, onun hasilini almalıyıq. Amma gördüyümüz kimi, onların vurulmasından alınan hasil, bu ehtimalın zəifliyini göstərir. Vurulanların sayı azaldıqca, həmin zəiflik də azalır. Şərtli və müstəqil ehtimalların vurulma qaydası riyazi terminlərlə belə isbat olunmuşdur: Şərtli ehtimalda hər üzvün ehtimalının dəyərini, birinci üzvün varlığını fərz etməklə, başqa üzvün ehtimal olunan dəyərinə vururuq. Bu iş, çox hallarda tam yəqin, yaxud yəqin həddində olan bir nəticə verir. Heç vaxt külli, yaxud qismən zəif olan ehtimal vermir. Amma müstəqil ehtimallarda məcmuənin hər bir üzvü, başqası ilə müqayisədə tam təsirsiz sayılır. Orada ehtimalların bir-birinə vurulması dəyərlərin külli olmasına, yaxud əksər hallarda aradan getməsinə səbəb olur. Buradan da iki fərziyyədən hansı birinə üstünlük verilməsinin səbəbi aydınlaşır. Şərtli və müstəqil ehtimalların bir-birinə vurulması qaydası barədə əlavə məlumat almaq üçün Üsəsül-məntiqiyyə kitabının 153-154-cü səhifələrinə baxa bilərsiniz. İkinci məsələ: Bu irad əvvəlki mövzu ilə əlaqədar ehtimalların eksperiment yolu ilə sübut olunan qiymətləndirilməsindən hasil olur. Onun izahında deməliyik ki, Allahın isbat olunmasında istifadə edilən eksperiment üsulunu, həmin üsulun insanın öz qardaşından gələn məktub ilə müqayisə etdikdə deyirlər: İnsanın bu məktubun öz qardaşından olmasını çox asanlıqla qəbul edir. Səbəbi də həmin ehtimalın tə-siridir. Yəni, o, məktubu açıb oxumazdan əvvəl, misal üçün, 50 % ehtimal verir ki, məktubu qardaşı yaz-g gmışdır. O, ekperimental müşahidələrin beşlik təşkil edən mərhələlərinə əsasən, inanır ki, məktub onun öz qardaşındandır. Halbuki, əvvəlcədən, qardaşından məktub alacağını ehtimal verməydi və misal üçün, çox güclü ehtimal üzrə qardaşının vəfat etməsi fikrinə üstünlük versəydi, onda bu kimi şahidləri tapmayınca məktubun qardaşından olmasını tez və asanlıqla qəbul edə bilməzdi. Görəsən, Allahın isbat edilməsi üçün də həmin əvvəlki ehtimalın təsiri varmı? Cavabda deməliyik ki, həqiqət bundan ibarətdir ki, hikmətli Allah ilə əlaqədar olan məsələ, ehtimali bir məsələ deyil, bu məsələ fitrət və vicdanın hökmü ilə sübuta yetir. Amma eyni zamanda, onun ehtimal olduğunu fərz edir və istiqrai (eksperimental müşahidə) yol ilə isbat edirik. Bu məqsədlə əvvəlki ehtimalda hər bir varlığı müstəqilmüqayisədə tam təsirsiz sayılır. Orada ehtimalların bir-birinə vurulması dəyərlərin külli olmasına, yaxud əksər hallarda aradan getməsinə səbəb olur. Buradan da iki fərziyyədən hansı birinə üstünlük verilməsinin səbəbi aydınlaşır. Şərtli və müstəqil ehtimalların bir-birinə vurulması qaydası barədə əlavə məlumat almaq üçün Üsəsül-məntiqiyyə kitabının 153-154-cü səhifələrinə baxa bilərsiniz. İkinci məsələ: Bu irad əvvəlki mövzu ilə əlaqədar ehtimalların eksperiment yolu ilə sübut olunan qiymətləndirilməsindən hasil olur. Onun izahında deməliyik ki, Allahın isbat olunmasında istifadə edilən eksperiment üsulunu, həmin üsulun insanın öz qardaşından gələn məktub ilə müqayisə etdikdə deyirlər: İnsanın bu məktubun öz qardaşından olmasını çox asanlıqla qəbul edir. Səbəbi də həmin ehtimalın tə-siridir. Yəni, o, məktubu açıb oxumazdan əvvəl, misal üçün, 50 % ehtimal verir ki, məktubu qardaşı yaz-g gmışdır. O, ekperimental müşahidələrin beşlik təşkil edən mərhələlərinə əsasən, inanır ki, məktub onun öz qardaşındandır. Halbuki, əvvəlcədən, qardaşından məktub alacağını ehtimal verməydi və misal üçün, çox güclü ehtimal üzrə qardaşının vəfat etməsi fikrinə üstünlük versəydi, onda bu kimi şahidləri tapmayınca məktubun qardaşından olmasını tez və asanlıqla qəbul edə bilməzdi. Görəsən, Allahın isbat edilməsi üçün də həmin əvvəlki ehtimalın təsiri varmı? Cavabda deməliyik ki, həqiqət bundan ibarətdir ki, hikmətli Allah ilə əlaqədar olan məsələ, ehtimali bir məsələ deyil, bu məsələ fitrət və vicdanın hökmü ilə sübuta yetir. Amma eyni zamanda, onun ehtimal olduğunu fərz edir və istiqrai (eksperimental müşahidə) yol ilə isbat edirik. Bu məqsədlə əvvəlki ehtimalda hər bir varlığı müstəqil şəkildə nəzərdə tuturuq. Onların hər birinin izah edilməsində iki fərz mümkündür: Biri hikmət sahibi olan Allah, digəri isə maddədəki kor-koranə zərurət. Bu iki fərziyyə ilə qarşılaşarkən müəyyən dəlillərə görə, hər hansı birinə üstünlük verə bilmərik. Onların hər biri düzgün olduğu halda bərabər səviyyədə ehtimal verir və hər birinin 50 % düz olduğunu qəbul edirik. Amma hikmətli Allahın qəbul edilməsinə üstünlük verildikdə, ehtimallar bir-biri ilə əlaqəli olub şərtlənir, amma maddədə kor-koranə zərurətlər fəziyyəsini təsdiqləyən ehtimallar bir-birindən tam ayrı olub heç nə ilə şərtlənmir. İkinci fərziyyədə ehtimalların vurulmasından alınan nəticə zəifləyir, birinci fərziyyənin ehtimalında isə, yəni hikmət sahibi olan Allahın varlığını qəbul etdikdə – güclü surətdə təsdiq olunur. Mən elmi araşdırmalarımdan aldığım nəticəyə əsasən, deməliyəm ki, qərb dünyasında Allahın varlığının elmi və eksperiment yolu ilə isbat olunması məsələsinin qəbul olunmamasının və Rassel kimilərin həmin üslubu inkar etməsinin əsas səbəbi, yuxarıda qeyd olunan iki məsələyə diqqət yetirməmələridir. Allahın isbat olunmasında eksperimental müşahidə yolundan istifadə edilməsi, eləcə də yuxarıdakı iki suala daha ətraflı cavab almaq üçün Üsəsül-məntiqiyyə kitabının 441-451-ci səhifələrinə baxa bilərsiniz.

səh:99

səh:100

Beləliklə belə bir qəti nəticə alırıq: varlıq aləmində mövcud olan bütün nəzm və tədbirin əsər-əlaməti hikmətli Yaradanın varlığını göstərir.

Qurani-kərimdə buyurulur:

Biz öz qüdrət və hikmət nişanələrimizi asimanlarda və bəndələrin özündə tam şəkildə aşkar edəcəyik ki, Allahın haqq olduğu aydın və aşkar

səh:101

olsun. Allahın bütün aləm varlıqlarına şahid olması kifayət qədər dəlil deyildirmi?!(1)

Həqiqətən asimanların və Yerin yaradı-lışında, gecə və gündüzün bir-birini əvəz etməsində, su üzərində insanların xeyrinə üzən gəmilərdə, Allahın göydən yerə su nazil edərək onu ölü vəziyyətdən sonra dirildərək müxtəlif bitki və heyvanları yaradıb vücuda gətirməsində, həmçinin küləklərin hər tərəfdən əsməsində və yerlə göy arasında asılı vəziyyətdə qalan buludlarda əql sahibləri üçün Yaradanın qüdrət və elminə aşkar dəlillər vardır.(2)

Dəfələrlə yaradılışın möhkəm quruluşlu nizamına əql nəzərilə bax. Onda hər hansı süstlük və xələl tapa bilərsənmi? Yenidən bəsirət gözünü aç, zəlil və yorğun halda sənə doğru qayıdar.(3)

səh:102


1- [33] Fussilət surəsi, 53-cü ayə
2- [34] Bəqərə surəsi, 164-cü ayə
3- [35] Mülk surəsi, 3-4-cü ayələr

FƏLSƏFİ DƏLİL

Allahın fəlsəfi dəlil ilə isbat edilməsinə başlamazdan əvvəl fəlsəfi dəlil, onun elmi dəlillə olan fərqi, həmçinin qismlərini bəyan edirik. Ümumiyyətlə, dəlillər üç növdür: riyazi, fəlsəfi və elmi.

Riyazi dəlillər yalnız riyaziyyatda və suri məntiqdə istifadə olunur. Bu dəlillər həmişə tənaqüzün (pradoksun) olmaması prinsipinə əsaslanır. Bu qaydada deyilir: əlif əlifdir, özündən başqası ola bilməz. Bu prinsip və onun təfərrüatına əsaslanan hər bir dəlil riyazi dəlildir və bütün cəhətlərdən etimad olunasıdır.

Elmi dəlil təbii elmlərin təhqiqatında istifadə olunur. Onun bünövrəsini riyazi dəlillərdən əlavə, hiss və elmi müşahidə yolu ilə əldə olunan dəlillər də təşkil edir.

Fəlsəfi dəlil isə xarici (əyani) aləmin həqiqətlərinin isbat olunmasında riyazi dəlillərin müqəddimələrindən əlavə, əqli məlumatlara da

səh:103

əsaslanır. Əqli məlumatlar hiss və təcrübəyə ehtiyacı olmayan məlumatlara deyilir.

Əlbəttə, əqli məlumatların təcrübə və hissdən ehtiyacsız olmasının mənası, o fəlsəfi dəlilin zəruri olaraq hissi və müşahidə olunan məlumatlara arxalanmaması demək deyildir. Məqsəd budur ki, sadəcə olaraq onlarla hüdudlanmır. Bundan əlavə, müstəqil şəkildə, müəyyən şeyləri isbat etmək üçün lazım olan hadisə çərçivəsində başqa əqli məlumatlara istinad edilir.

Buna əsasən, fəlsəfi dəlil özünün maddi bürhanlar və riyazi qanunlar çərçivəsinə sığmayan əqli məlumatlarla olan rabitəsi səbəbi ilə elmi dəlildən fərqlənir.

Fəlsəfi dəlilin məfhumu barəsində qeyd olunanlara diqqət yetirməklə aşağıdakı suallar yaranır:

Əqli məlumatlara, başqa sözlə desək, hiss, təcrübə və elmi müşahidələrə ehtiyac olmadan əldə olunan nəzriyyələrə etimad etmək olarmı?

Bu sualın cavabı müsbətdir. Çünki, məlumatların tam xatircəmliklə etimad olunan bir hissəsi, eləcə də sırf riyazi elmlərin hamısı ona əsaslanır. Bu da tənaqüzün (paradoksun) olmaması prinsipinə əsaslanır. Bu prinsipin özünü əql ilə dərk etmişik və bu, heç də bizim təcrübə və müşahidələrimiz çərçivəsində olmamışdır. Bu məsələnin şahidi odur ki, bizim bu prinsipə etimad etməyimiz heç də müəyyən təcrübə və müşahidələrimizdən təsirlənmir ki, onu təsdiq etsin. Misal üçün, riyaziyyatdan bir nümunə gətiririk. Biz 2+2=4 ifadəsini gördükdə, bu sadə riyazi bərabərliyin doğruluğuna qəlbən inanırıq və konkret şahidləri mülahizə etməklə bizim yəqinimiz artıb və ya azalmır. Ümumiyyətlə, bunun

səh:104

əksinə deyilən hər hansı sözləri eşitmək belə istəmirik. Əgər hansı bir vaxtsa 2+2=5, yaxud 2+2=3 deyilərsə, heç vaxt onu qəbul etmərik. Çünki yuxarıdakı həqiqətə olan etiqadımızın hiss və təcrübə ilə heç bir əlaqəsi yoxdur.

Bu həqiqətin hiss və təcrübə ilə heç bir rabitəsi olmadığına baxmayaraq, onu tam xatircəmliklə qəbul etdiyimiz kimi, bunu da qəbul etməliyik ki, fəlsəfi dəlillərə əsaslanan əqli dəlilləri bəzi hallarda qəbul etmək olar.

Başqa sözlə desək, fəlsəfi dəlilin sadəcə əqli məlumatlara əsaslandığını və əqli məlumatların da təcrübə və müşahidə ilə heç bir əlaqəsi olmadığını əsas tutub qəbul etməmək, bünövrəsi tənaqüzün (pradoksun) olmaması pirinsipi əsasında qurulan riyazi dəlilləri rədd etməyə oxşayır, çünki onlar da hiss, təcrübə və müşahidəyə əsaslanmır.(1)

ALLAHIN VARLIĞININ FƏLSƏFİ YOLLA İSBAT EDİLMƏSİNİN NÜMUNƏLƏRİ

Bu barədə mövcud dəlillər üç hadisə ilə əlaqədardır:

1. Ən sadə və elementar hadisə olan: Hər bir hadisənin müəyyən bir səbəbi vardır ki, onun vücudu həmin səbəbdən qaynaqlanır qəziyyəsini insan öz fitri istedadı ilə dərk edir, elmi müşahidələr də bunu sübuta yetirmişdir.

2. Aşağıdakı hadisə:

səh:105


1- [36] Bu məsələnin isbat olunması ilə əlaqədar əlavə məlumat almaq üçün Üsəsül-məntiqiyyə kitabının 480-500-cü səhifələrinə baxa bilərsiniz

Əgər bir şeyin müxtəlif dərəcə və mərtəbələri olarsa, eləcə də onlardan bəziləri güclü və kamil, bəziləri isə zəif və naqis olarsa, onda kamal baxımından aşağı səviyyədə olan mərtəbə ali mərtəbənin yaranmasına səbəb ola bilməz.

Belə ki, hərarət, mərifət və nurun müxtəlif dərəcə və mərtəbələri vardır, bəziləri daha şiddətli və kamil, bəziləri isə zəifdir. Amma yüksək hərarətli istiliyin aşağı dərəcədə olan hərarətdən yaranması mümkün deyildir. Yaxud insanın ingilis dilini, özündən də aşağı səviyyədə bilən, yaxud ümumiyyətlə bilməyən bir şəxsdən kamil surətdə öyrənməsi, güclü işığın zəif işıqdan yaranması mümkün deyildir. Çünki daha yüksək səviyyədə və dərəcədə olan hər bir mərtəbə göstərir ki, özündən aşağıdakı dərəcəyə keyfiyyət və növ baxımından üstünlüyə malikdir. Bu kimi keyfiyyət və xüsusiyyətlərə malik olmayan bir mərtəbə, həmin keyfiyyətləri başqasına verə bilməz. Sizin özünüz də hər hansı bir layihədə sərmayə qoymaq istəyirsinizsə, malik olduğunuz sərmayədən artıq pul xərcləyə bilməzsiniz.

İkincisi: Maddə özünün təkamülə doğru olan inkişafında müxtəlif şəkillərə və mərhələlərə çatır. Yəni hər növ həyat və hiss duyğularından məhrum olan su damcısı maddənin vücudunun sadəcə olaraq bir şəklini göstərir. Bitki və heyvanların yaranmasında əsas rollardan birini ifa edən və həyata malik olan hüceyrə – protoplazma maddəyə nisbətən daha kamil şəklə malikdir. Mikroskopik və tək hüceyrəli ibtidai varlıq olan amöb də maddə ilə müqayisədə daha kamil formaya malikdir. Nəhayət, canlı varlıqlar aləmində idrak qüvvəsinə malik olan və həssas varlıq sayılan insan canlı aləmin ən ali səviyyəli varlığı hesab olunur.

səh:106

Vücudun bu kimi müxtəlif şəkilləri barəsində aşağıdakı suallar yaranır:

Bunların arasında olan fərqlər yalnız onu təşkil edən ünsürlərin sayında olan kəmiyyət fərqləridirmi və onların arasında olan rabitə tamamilə mexaniki xarakter daşıyırmı, yoxsa onların arasında olan keyfiyyət və növ fərqləri də vardır ki, bu da vücudun müxtəlif mərhələləri və təkamül dərəcələri kimi təbir olunur? Başqa sözlə desək, insanla, onun yarandığı ilkin maddə – torpaq arasındakı fərq keyfiyyət fərqidirmi, yoxsa onların arasındkı fərq vücudun iki ayrı-ayrı təkamül mərhələsi arasındakı fərqdir? Belə ki, o mərhələlərdən biri zəif, digəri isə şiddətli işığa oxşadılır və fərqləri də bu işıqların arasındakı fərq kimidirmi?

İnsan bu sual ilə qarşılaşdığı ilk gündən etibarən öz fitrəti əsasında qəbul etmişdir ki, bu müxtəlif şəkillər vücudun təkamül mərhələləri olan müxtəlif mərhələ və dərəcələrdir. Yəni həyat, maddənin vücudunun ən yüksək dərəcəsi hesab olunur. Bu mərtəbə də sonuncu mərtəbə deyil, onun da müxtəlif dərəcələri vardır. Həyat özünə yeni-yeni mənalar aldıqca, özünə daha yüksək dərəcə kəsb edir. Buna görə də idrak qüvvəsinə və hissiyyata malik olan varlığın həyatı, bitkilərin həyatından müqayisə olunmaz dərəcədə yüksəkdir.

Amma son yüz ildə materializm fəlsəfəsi tərəfdarları, mexanika nəzəriyyəsinin (mütəhərrik maddənin ilkinliyi) dünya barəsində irəli sürdüyü təfsirlərə əsasən, yuxarıda qeyd olunan nəzəriyyə ilə müxalifətə qalxaraq demişlər: Maddi dünya çox kiçik və bir-birinə oxşayan cisimlərdən təşkil olunmuşdur ki, ümumi qanuna əsasən, sadə və bir-birinə oxşar qüvvələr – cazibə və dəfetmə qüvvələri onlara təsir

səh:107

göstərir. Yəni onların gördüyü işlər yalnız bu təsiri yarada bilir ki, onun hər hansı bir hissəsi yerindən hərəkət edərək başqa bir yerə getsin. Cisimlər, onların arasında olan cazibə və dəfetmə qüvvələri nəticəsində bir yerə yığılır, yaxud dağılışırlar. Nəticədə maddə özünə müxtəlif formalar alır. Buna əsasən, yuxarıda qeyd olunan maddi təfəkkür, hərəkət və təkamülü cisimlərin və zərrələrin fəzada bir-birinin yerdəyişməsi ilə xülasələndirir. Onlar maddənin müxtəlif formalarını da belə izah edib deyirlər ki, bu cür növ müxtəlifliyi o zərrələrin bir yerə yığılıb sonra dağılmasının nəticəsidir. Maddənin təkamül yolunda heç bir təzə şey vücuda gəlmir.

Buna əsasən, maddə öz vücudu, eləcə də təkamülü yolunda heç bir inkişaf və tərəqqiyə məruz qalmır, o, sadəcə olaraq müxtəlif yollarla bir yerə yığılıb qalır. Bu da eynilə insanın öz əlində bir qədər xəmir saxlayıb ondan müxtəlif formalar düzəltməsinə oxşayır ki, bütün hallarda xəmirin zatı öz yerində qalır və onda zati və əsasi dəyişiklik əmələ gəlmir.

Bu fərziyyəni, mexanikadakı irəliləyiş və təkamül (mövcud elmi təhqiqatlar çərçivəsindən azad olan təbii elimlərin ilkin şöbəsi) daha da gücləndirdi. Bu elmin mexaniki hərəkət qanunlarında etdiyi kəşflər və adi cisimlərdəki hərəkətləri göy cisimlərinin fəzada hərəkəti əsasında izah edərək əldə etdiyi qanunlar bu məsələni daha da təkmilləşdirdi.

Amma elmin günbəgün inkişaf etməsi, elmi təhqiqatların sair sahələrə də genişlənməsi bu fərziyyənin yanlış olduğunu sübut etdi, digər tərəfdən də onun məkan daxilində baş verən bütün mexaniki hərəkətlərlə izah etməkdə bacarıqsız olduğunu, maddənin müxtəlif şəkillər almasını, cisimlərin, zərrələrin mexaniki hərəkətləri və bir yerdən başqa

səh:108

yerə hərəkət etmələrində yetərli olmadığını göstərdi. Bundan əlavə, elm sübut etdi ki, insan öz fitrəti əsasında dərk edir ki, maddənin müxtəlif şəkilləri sadəcə onun mexaniki və məkan baxımından bir yerdən başqa yerə nəql olunması ilə bitmir, onda həm də müxtəlif təkamül və növ keyfiyyətli dəyişikliklər vardır. Elmi təcrübələrdə sübuta yetmişdir ki, zərrələrin, kiçik cisimlərin keyfiyyət baxmından olan tərkibi, heç vaxt həyatı, həssaslığı, idrak və təfəkkürü yarada bilməz. Bu məsələ də insanı mexaniki (maddi) təsəvvürlərdən başqa idraklara doğru sövq etdi. Çünki insan görürdü ki, maddə həyat, hissiyyat, təfəkkür, həqiqi inkişaf, vücudun mərtəbələri və növdaxili təkamül kefiyyətlərindən bəhrələnir – istər bu məsələ maddi bir şeyin növlə əlaqədar olan təkamülü və ali dərəcədə olsun, istərsə də qeyri-maddi.

Yuxarıda qeyd etdiyimiz üç mərtəbəni təşkil edən müddəalar aşağıdakılardan ibarətdir:

1-Hər bir hadisənin müəyyən bir səbəbi vardır;

2-Zəif və ibtidai bir varlıq, ali səviyyəli və özündən güclü olan başqa varlığı yarada bilməz;

3-Vücudun dərəcələrində olan fərqlər və onun xarici aləmdəki şəkil müxtəlifliyi, keyfiyyət baxmından olan müxtəliflikdir.

Qeyd olunanları nəzərə almaqla, təkamülün növdaxili şəkillərində həqiqi inkişaf, yəni maddənin vücudunun təkamülü və onun növ xarakterli artımını gördükdə, belə bir sual yaranır: Bu artım və inkişaf haradandır? Hər bir hadisənin müəyyən bir səbəbi olduğunu nəzərə aldıqda isə, belə sual yaranır ki, bu yeni artım və inkişaf necə əmələ gəlmişdir?

Bu suala iki yolla cavab verilir:

Birinci: Bu artım və inkişaf maddənin özündən yaranmışdır. Yəni heç bir növ həyat, hissiyyat və idraka malik olmayan maddə, özünün təkamül yolunda bu həyat, hissiyyat və

səh:109

idrakı məhz özü vücuda gətirmiş, nəticədə maddənin ibtidai forması, daha kamil və ali səviyyəli maddə yaranmasına səbəb olmuşdur.

Bu cavab ikinci müddəa, yəni ibtidai varlıq yüksək və ali səviyyəli varlığın yaranmasına səbəb ola bilməz prinsipi ilə təzad təşkil edir. Cansız və hər növ həyat əsərlərindən məhrum olan bir maddənin özünə, yaxud başqa bir maddəyə hiss və təfəkkür bağışlaması eynilə bir şəxsin, özü ingilis dilini bilmədiyi halda, onu başqasına öyrətməsinə, yaxud daha zəif bir işığın Günəş kimi güclü işığa malik olan varlıq yaratmasına, yaxud heç nəyi olmayan fəqir bir insanın böyük bir layihənin inşasına sərmayə qoymasına bənzəyir.

İkinci cavab isə budur: Maddənin təkamül yolunda qazanıb əldə etdiyi artım elə bir mənbədən qaynaqlanır ki, o mənbə bütün bu artımın möhtəvasından – həyat, hiss və idrakdan faydalanır. O da bütün aləmlərin Pərvərdigarı olan Allahdır. Maddənin inkişafı da böyüdüb bəsləməkdən başqa bir şey deyildir. Pərvərdigari-aləm də özünün yetərli hikməti və tədbiri ilə onu maddəyə əta etmişdir.

Məhz bu cavab yuxarıdakı üç prinsiplə düz gəlir və sonsuz dünyada olan vücudların surətinin təkamül, inkişaf və tərəqqisini əqlin qəbul edəcəyi tərzdə izah və təfsir edə bilər.

Qurani kərim sağlam əql fitrətinə xitab edərək, müxtəlif ayətlərdə bu dəlilə işarə edir:

səh:110

Görmədinizmi ki, ilk vaxtda nütfə (seperma) idiniz? Siz onu insan surətinə saldınız, yoxsa Biz onu xəlq etdik?(1)

Yerdə əkdiyiniz toxumu görmədinizmi? Onu torpaqda siz cücərdirsiniz, yoxsa onu cücərdən Bizik?(2)

Yandırdığınız oda baxmırsınızmı?! Onun ağacını siz yaratmısınız, yoxsa Biz xəlq etmişik?!(3)

Allahın qüdrət nişanələrindən biri də budur ki, sizi torpaqdan xəlq etdi, insan olduqdan sonra yer üzündə yayıldınız.(4)

MADDƏÇİLİK TƏFƏKKÜRÜ VƏ YUXARIDAKI SUAL

İndi isə maddəçilərin bu barədə nə dediklərinə nəzər salaq.

Mexanika nəzəriyyəsinin (mütəhərrik maddənin ilkin olması) tərəfdarları burada heç bir çətinliklə qarşılaşmırlar. Çünki, qeyd etdiyimiz kimi, onlar həyat, hissiyyat və idrakı (təfəkkür qüvvəsini) yalnız zərrələrin və maddənin kiçik hissələri arasındakı mexaniki qüvvə vsitəsilə yaranan yığılma və dağılma hərəkətlərindən başqa, yeni bir şeydə bilmirlər.

Lakin bu dəyişikliklər əsnasında maddənin keyfiyyət və kəmiyyət baxımından təkamülə doğru getməsinə etiqad bəsləyən yeni maddəçilik nəzəriyyəsinin ardıcılları yuxarıdakı sualın cavabında

səh:111


1- [37] Vaqiə surəsi, 58-59-cu ayələr
2- [38] Vaqiə surəsi, 63-64-cü ayələr
3- [39] Vaqiə surəsi, 71-72-ci ayələr
4- [40] Rum surəsi, 20-ci ayə

çıxılmaz vəziyyətdə qalırlar. Onlar maddədə keyfiyyət baxımından baş verən dəyişikliyi təfsir və izah etmək üçün elə bir üslub seçirlər ki, həm yuxarıda qeyd olunan ikinci prinsip ilə, digər tərəfdən isə sırf maddəyə kifayətlənmək təmayülləri ilə uyğun gəlsin deyə, belə deyirlər: Maddənin özü bütün yaradılışın mənşəyidir. Keyfiyyət baxımından təkamülə zəminə yaradan da məhz maddədir. Amma onun işi böyük bir layihənin inşasına sərmayə qoyan fəqir kimi deyildir, buna görə də ikinci müddəa ilə zidd deyildir. Əksinə, onun işi yalnız buna əsaslanır ki, ondakı hər növ təkamülün, tərkib və forma cəhətdən bütün dəyişikliklərin zəminəsi ilk əvvəldən maddənin daxilində mövcud olmuşdur. Necə ki, toyuq yumurtanın içində, hidrogen və oksigen qazları suda mövcudur.

Lakin belə bir sual yaranır ki, onun içində olan maddənin eyni zamanda həm toyuq, həm də yumurta, yaxud həm su, həm də qaz olması necə mümkündür?

Yeni maddəçilər (dialektik materialistlər) bu suala cavab verərək deyirlər ki, bu məsələ ümumi bir qanun kimi təbiətə hakim olan (antaqonist) ziddiyyətlər əsasındadır. Yəni hər bir şeyin daxilində onun ziddi də var və öz ziddi ilə daim mübarizədədir. Bu mübarizə nəticəsində onun daxilindəki zidd inkişaf edərək axırda aşkar olur. Beləliklə də maddənin daxilində dəyişiklik yaranır, müəyyən bir zaman keçdikdən sonra yumurta yarılır və içindəki cücə çölə çıxır, bununla da maddə öz təkamül yolunu ötüb keçir. Bu mübarizədə qələbə çalan zidd, maddəni bir qədər irəliyə aparır.

Biz burada bir neçə məsələyə işarə edərək soruşuruq:

səh:112

Yeni maddi təfəkkürdə hər şey öz ziddini öz daxilində bəsləyir dedikdə aşağıdakı mənalardan hansı birini nəzərdə tutursunuz:

1-Yumurta və toyuq hər biri digərinin ziddini (yumurta toyuğu, toyuq da yumurtanı) yaradıb ona həyat xüsusiyyətləri verir? Yəni cansız bir şey canlı bir şeyi istehsal edərək ona həyat bağışlayır?

Əgər məqsədiniz bu olsa, onda bu, eynilə böyük inşaat işlərinin bünövrəsini qoyaraq ona külli miqdarda sərmayə buraxan yoxsul və fəqir bir insana bənzəyir. Bu da əvvəldə qeyd olunan prinsiplərlə tamamilə ziddir.

2-Yaxud məqsədiniz bu ola bilər ki, yumurta toyuğu yaradıb vücuda gətirmir, sadəcə olaraq onun içərisində gizlənən toyuğu aşkar edir. Çünki sizin dediyinizə görə, hər bir şey daxilində öz ziddini böyüdür. Yəni yumurta elə yumurta olması ilə eyni zamanda, həm də toyuqdur. Bu da eynilə iki cəhətdən müxtəlif olub fərqlənən bir şəklə bənzəyir.

Aydındır ki, əgər yumurta, yumurta olmaqla eyni zamanda, həm də toyuq olarsa, onda toyuğa çevrilən zaman heç bir inkişaf və təkamül yolu keçmiş olmur. Çünki hal-hazırda vücuda gələn şey elə əvvəldən onun daxilində varmış. Bu iş də bir şəxsin pulunu bir cibindən çıxarıb başqa cibinə qoymasına oxşayır, belə ki, onun mal-dövlətinə heç bir şey əlavə olunmur. Çünki hal-hazırda əlində saxladığı pul elə əvvəldən onun cibində var idi.

Buna əsasən, inkişaf və təkamülün gerçəkləşməsi və yumurtanın həqiqətən təzə canlı bir varlıq olan toyuğa çevrilməsi üçün hökmən buna inanmalıyıq ki, yumurta əvvəldə toyuq olmamış, əksinə onda yumurtanın yaranması üçün istedad və qabiliyyəti olan bir maddə olmuşdur. Məhz belə olan halda,

səh:113

yumurta daşdan seçilib ayrılır. Çünki, daşın toyuq olmağa qabiliyyəti yoxdur. Lakin yumurtada elə bir xasiyyət vardır ki, xüsusi şəraitlərdə toyuğa çevrilə bilir. Bir işin vücuda gəlməsinin sadəcə mümkünlüyü onun gerçəkləşməsi demək deyildir. Yəni yumurta həqiqətən toyuğa çevrilən zaman, onun təkcə toyuğa çevrilməsi imkanını bu dəyişikliklərin səbəbi hesab etmək olmaz.

Digər tərəfdən, əgər maddədəki forma və şəkil dəyişiklikləri onun daxilində olan ziddiyyətlərin nəticəsi olarsa, bu şəkillərin növbənöv hallara düşməsi də onun daxilindəki zidiyyətlərin növbənöv olması kimi izah olunmalıdır. Yəni yumurtanın özündə xüsusi zidiyyətlər vardır ki, bu da suyun içərisində olan ziddiyyətlərlə tamamilə fərqlənir. Buna görə də yumurtadan toyuq, sudan oksigen qazı əmələ gəlir. Amma maddənin zərrələr səviyyəsində olduğu ilkin mərhələyə, yəni varlıq dünyasını təşkil edən ilkin vahidlərə – atoma gəldikdə isə, o, proton, neytron, elektron, antiproton, antielektron və fotonlardan təşkil olunmuşdur. Yuxarıdakı fərziyyə burada da düzgün ola bilərmi? Görəsən hər bir zərrə özünün daxili ziddiyyətlərinə əsasən, müəyyən xasiyyətə malikdirmi? Proton özünün ilkin maddəsinin daxilində mövcud olmuşdurmu və toyuq-yumurta məsələsində olduğu kimi, onların arasında gedən daimi çarpışma və mübarizənin nəticəsində yaranıbdırmı?

Bu fərziyyəni qəbul etsək, onda həmin zərrələrin özünə almalı olduğu müxtəlif şəkil və formaları necə izah etmək olar? Çünki daxili ziddiyyətlər fərziyyəsinə əsasən, bu zərrələr öz daxilində müxtəlif təzad və ziddiyyətlərə və nəticədə daxili cəhətdən müxtəlif mahiyyətlərə malik olmalıdır. Halbuki,

səh:114

müasir elm isbat etmişdir ki, maddənin ilkin təşkiledicisi kimi bir vahid vardır, onun daxili möhtəvası da vahiddir. Onun özünə aldığı müxtəlif şəkillər vahid möhtəvanın dəyişilməsindən başqa bir şey deyildir. Buna görə də protonun neytrona, yaxud neytronun protona keçməsi mümkündür. Yəni atom və onun hissələrindən əlavə – onların mahiyyətində heç bir dəyişiklik baş vermədən – cisimlərdə də dəyişiklik baş verir. Bu o deməkdir ki, bütün hallarda zahirdə bir-birindən fərqlənməsinə baxmayaraq maddənin tərkibi eynidir.

Burada soruşulur: Necə fərz etmək olar ki, bu şəkillər müxtəlif daxili ziddiyyətlərdən irəli gəlmiş olsun?

Toyuq-yumurta məsələsi mətləbi tamamilə aşkar edir. Bu misalda çoxlu yumurtaların daxili təzadlar nəticəsində özlərinə müxtəlif şəkillər alması üçün hökmən daxili tərkib nəzərindən bir-biri ilə təfavütlü və müxtəlif olmalıdır. Çünki toyuq yumurtası ilə milçək yumurtası (sürfə) bir-biri ilə fərqlənən ayrı-ayrı varlıqların yumurtası olduğuna görə toyuq yumurtasından cücə, milçək yumurtasından isə milçək əmələ gəlir. Lakin əgər yumurtalar eyni bir növdən olarsa, misal üçün, hamısı toyuq yumurtası olarsa onlardan daxili təzadlar nəticəsində müxtəlif canlıların yaranmasını təsəvvür etmək olmaz.

Beləliklə yeni maddəçilərin maddənin müxtəlif şəkilləri barəsindəki nəzəriyyəsi daxili ziddiyyət əsasında olduğundan, maddənin daxili tərkibini təşkil edən vahidlər barəsində olan yeni elmi nəzəriyyələr bir-biri ilə aşkar ziddiyyətlərə malikdir.

3-Yaxud onların məqsədi bu ola bilər ki, yumurta bir-birinə zidd olan iki müstəqil hissədən ibarətdir ki, onların hər birinin özünə məxsus vücudu vardır.

səh:115

Onlardan biri yumurtanın daxilində mayalanma nəticəsində əmələ gələn nütfə, digəri isə yumurtanın daxilində olan sair maddələrdən ibarətdir. Bir-birinə zidd olan bu iki hissənin vəhdəti yumurtanın daxilində mübarizəyə şərait yaradır və bu mübarizənin nəticəsində iki zidd şeydən biri daha barizləşir, nütfə qələbə çalır və yumurta toyuğa çevrilir.

Ziddlər arasında bu cür mübarizə nəzəriyyəsi heç də təzə məsələ deyildir. İnsanların ibtidai təsəvvürlərində olduğundan əlavə, insani-fəlsəfi təsəvvürlərdə də bu məsələ aydındır. Amma nə üçün yumurtanın içində olan nütfə ilə sair maddələr arasındakı, toxumla torpaq və havanın, yaxud rüşeymlə ana bətnində olan qida maddələri arasındakı dəyişiklikləri təzad adlandır-malıyıq? Bəli, ixtilafımız yalnız ad qoymadadır. Əgər onlardan biri digəri ilə birləşərək ikisi bir şəklə düşmüşdür desək, onda bu məsələnin əsl məhiyyətində heç bir təfavüt yaranmaz. Gəlin, onu təzad adlandıraq. Yenə də bu ad qoyma ilə bizim problemimiz həll olunmayacaqdır. Ziddlər arasında bu kimi dəyişikliklərin ali və inkişaf etmiş mərhələyə çatıb, nəhayət yeni bir şeyin yaranmasına səbəb olduğunu və say baxımından əvvəlki iki maddədən daha artıq olduğunu fərz etsək belə, yenə bir sual yaranır: Bəs bu artım haradan yaranmışdır? Deyə bilərikmi ki, o, bir-biri ilə daim mübarizədə olan və həmin artırma malik olmayan iki ziddən əmələ gəlir? Halbuki, ikinci müddəaya nəzər yetirdikdə görürük ki, bir şeyə malik olmayan şey həmin şeyi başqasına verə bilməz.

Təbiətdə elə bir nümunə göstərmək olarmı ki, onda ziddlər arasında olan mübarizələr doğrudan da inkişaf və təkamül ilə nəticələnsin? Ümumiyyətlə,

səh:116

hansı bir şey öz ziddi ilə mübarizədə onun inkişaf və təkamülünə səbəb ola bilər? Halbuki, bu mübarizə bir növ qarşıya-qarşıya duraraq dəf etmədən ibarətdir və bir şey öz müqabilində olan şeyin – öz ziddinin inkişafına lazım olan qüvvəni aradan aparır. Hamımız bilirik ki, bir şəxs çayın axma istiqamətinin əksinə hərəkət edərsə, çay onun üzməkyi sərf etdiyi qüvvəsinin bir hisəsini ondan alır.

Hansı mənaya götürülsə belə, ziddlər arasındakı mübarizə yumurtanı inkişaf etdirib təkamülə çatmasına və nahayətdə toyuğa çevirməsinə səbəb olmasını qəbul etsək də, yenə də sual yaranır ki, ziddlər arasındakı mübarizədən irəli gələn inkişaf – suyun qaza, qazın da suya çevrilməsindəki hansı inki-şafdır?

Təbiətdə elə ziddlər var ki, bir-biri ilə birləşərək təkamülə doğru inkişaf etmək əvəzinə, onların tamamilə məhv olmasına səbəb olur. Məsələn, atomun əsas hissəsini təşkil edən müsbət yüklü protonun mənfi yüklü müxalifi, yəni elektron adlı bir hissəciyi vardır. O, daimi olaraq nüvənin ətrafına fırlanır. Onun elektrik yükü mənfidir və müsbət yüklü protonun ziddidir. Əgər bu iki zidd bir-birinə çatsalar, atom dağılıb aradan gedər və vücud aləmindən birdəfəlik silinər, enerqiyə çevrilərək fəzaya yayılar.

Bir sözlə, maddə xaricdən kömək olmadan həqiqi inkişafa çata, daha yüksək səviyyəli surət qəbul edərək təmərküzləşə bilməz. Buna əsasən, maddənin inkişaf edərək ali səviyyəyə, həyat, hiss və idrak mərhələsinə çatması üçün hökmən ona qüvvə verib tərbiyə edən bir şəxs lazımdır. Həm də onun özü bütün bu xüsusiyyətlərdən bəhrələnmiş olmalıdır ki, onu maddəyə də verə bilsin. Bu inkişaf və təkamül yolunda maddənin ifa etdiyi rol imkan, şərait və

səh:117

qəbul etmə səlahiyyətindən başqa heç bir şey deyildir. Bu, eynilə layiqli bir mürəbbidən yaxşı dərs ala biləcək bacarıqlı və hazırlıqlı tələbəyə bənzəyir. Aləmlərin Pərvər-digarı bütün eyb və nöqsanlardan pakdır!

səh:118

ALLAHIN SİFƏTLƏRİ

Aləmlərin Pərvərdigarı olan Allahın varlıq aləmini hikmət və düzgün tədbir əsasında idarə etdiyini bildikdən sonra, təbiidir ki, Onun, yaradılış aləmindəki sifət və xüsusiyyətlərini də tanımalı və bu xüsusiyyətləri Onun yaratdıqlarına əsasən dərk etməliyik. Çünki, hər bir mühəndisin bacarıq və iş qabiliyyətini onun proqram və layihələrindən, hər hansı bir müəllifin elm və dərrakəsini, onun kitablarındakı elm və mərifətini nəzərdən keçirərək tanımaq olar. Eləcə də yaxşı mürəbbi olan bir şəxsiyyətin xüsusiyyətlərini, onun tərbiyə etdiyi insanlardan dərk etmək olar.

Məhz bu yolla Allahın elm, hikmət, həyat, qüdrət, eləcə də eşitmək, görmək və s. kimi xüsusiyyətlərinin bir qismini tanıya bilərik. Çünki yaradılış aləmində işlədilən incəlik və dəqiqlikləri gördükdə Onun elm və hikməti məlum olur. Onlarda olan qüdrət və qüvvələr Allah-taalanın qüdrət və qüvvəsinə dəlalət edir. Həyatın müxtəlif surət və şəkilləri, eləcə də əqlin müxtəlif mərtəbələrindəki hiss, həyat və idrak nümunələri Yaradanın idrak və həyatından xəbər verir. Varlıq aləminin layihəsindəki vahidlik və onun müxtəlif yönləri arasındakı tam uyğunluq isə işləri tədbirlə quran Allahın yeganəliyinə, bu əzəmətli varlıq dünyasının Onun səbəbi ilə yaranmasına dəlalət edir.

ALLAHIN ƏDALƏTİ

Biz öz fitri əqlimiz ilə bütün işlərin dəyərini dərk edirik. Məhz bu dəyərlərin vasitəsilə ədaləti və haqı xeyir, zülmü isə batil və şər hesab edirik. Eləcə də ədalətli şəxsi ehtiram və mükafata, zülm və təcavüz edən şəxsi isə cəzaya layiq hesab edirik. Bu dəyərlər

səh:119

də müşahidə və fitrətin hökmünə uyğundur. Belə ki, əgər cəhalət və şəxsi mənfəət pərdələri aradan qaldırılsa, insan hər şeyə bəsirət gözü ilə baxsa, onda bütün işlərə lazımınca dəyər verər. Yəni qərəzçilik məqsədləri olmayan hər bir insan misal üçün, öz kəlamında düzlüklə əyrilik, yaxud əmanətlə və xəyanətin hansını seçməkdə ixtiyar sahibi olarsa, şübhəsiz, düzlüyü əyrilikdən, əmanəti xəyanətdən üstün hesab edəcək. Bu şərtlə ki, həmin şəxs bu işə müəyyən qərəzlər və şəxsi məsləhətlər üzündən deyil, yalnız tam insafla yanaşsın.

Buna görə də bir şəxs ehtiyaclı olmazsa, yaxud hiylə işlətməkdə, xəyanət və zülm etməkdə özü üçün müəyyən mənfəət və məsləhət görməzsə, onda doğruluq, əmanətdarlıq və ədalət əsasında rəftar edəcəkdir. Bu məsələ eynilə dünyanın Yaradanı olan hikmətli Allah barəsində də düzdür. Çünki Allah taalanın pak Zatı əql və fitrətimizlə tanıdığımız bütün dəyərlərə əhatəli olduğundan əlavə, əqlin özünü də məhz O yaradaraq insanlara bəxş etmişdir, eyni zamanda özünün sonsuz qüdrəti ilə dünyaya hakim kəsilmişdir, Onun heç bir fayda və ya mənfəətə də ehtiyacı yoxdur. Buna görə də biz Onu, heç vaxt zülm etməyən adil hesab edirik. Çünki, Allah-taalanın ilahi dəsgahında zülmə yer yoxdur.

ƏVƏZ VERİLMƏSİ İLAHİ ƏDALƏTİN TƏLƏBİDİR

Yuxarıda qeyd olunduğu kimi, qəbul etdiyimiz dəyərlər, insanı ədalət, müqavimət, sədaqət, əhdə vəfalı qalmaq və sairəyə çağırıb onların əksi olan sifətlərdən saxlayır. Amma bu kimi işlərin dəyəri yalnız çağırmaq, dəvət etmək və ya qarşısını almaqla bitmir. Əksinə, onların hər biri üçün münasib əvəz də

səh:120

nəzərdə tutulmuşdur. Çünki, hər bir fitri və sağlam əql dərk edir ki, xəyanəti və zülmü özlərinə peşə edənlər cəzalandırılmağa, ədalət və əmanətdarlıq yolunda fədakarlıq edən ədalətli və əmanətdar şəxs isə mükafata layiqdir. Bizim hər birimiz həmin dəyərlər əsasında qəlbən zalımı münhərif və cəzaya layiq, adil və düz əməl sahibini isə təqdirəlayiq hesab edirik. Bu kimi dəyərlərin əməli olaraq həyata keçib gerçəkləşməsinə yalnız münasib mövqe seçib himayə etməkdə bacarıqsızlıq və şəxsi təəssüblər mane ola bilər.

Biz Allahın özünün bütün işlərində ədalətli və düz əməl olduğunu bildikdə, bütün işlərə münasib əvəz – savab və ya cəza verəcəyinə inandıqda və o dəyərlərin həyata keçirilməsi yolunda Onun qarşısında heç bir maneənin olmadığını gördükdə bilməliyik ki, Allah taala yaxşı əməl sahiblərinə münasib mükafat, bəd əməl sahiblərinə isə cəza verməlidir.

Buna görə də təbii olaraq nəticə alırıq ki, Allah-taala yaxşı əməl sahiblərinə mükafat verib, məzlumların haqqını zalımlardan alacaq.

Allahın bu mükafat və ya cəzaları verməyə qadir olduğu halda bir çox hallarda bunların kerçəkləşmədiyini gördükdə əvvəlki elmimizə əsasən inanırıq ki, qarşıda cəza və əvəz veriləcək bir gün vardır. O gündə, böyük hədəflər yolunda canlarından keçərək fədakarlıq edən şəxslər bu dünyada öz mükafatlarını almadığından, həmçinin çoxlu ağır cinayət törətdiklərinə baxmayaraq dünyada öz cəzalarına çatmayan zalımlar məzlumların qanına susadığından hər ikisi ədalət əsasında öz cəza və mükafatını almalıdır. O gün – qiyamət günü bütün əməl və dəyərlərin mütləq şəkildə təcəssüm etdiyi bir

səh:121

gündür. Əgər belə bir gün olmasaydı, bu dəyərlərin heç bir mənası olmazdı.

səh:122

ÜMUMİ NÜBÜVVƏT (PEYĞƏMBƏRLİK)

Bu geniş dünyada mövcud olan hər bir şey qəti ilahi qanuna tabedir. Bu qanun onları inkişafa, təkamülə və malik olduqları istedad və qabiliyyətlərin çiçəklənib özünün son dərəcəsinə çatmağa doğru sövq edir.

Hər bir çərdəyin vücuduna bir qanun hakimdir, xüsusi şəraitlər çərçivəsində onu ağaca çevirir. Nütfəyə də bir qanun hökmranlıq edir və həmin qanun sayəsində o, insana çevrilir. Kainatda mövcud olan bütün varlıqlar: Günəşdən tutmuş protona qədər, Günəşin ətrafına fırlanan planetlərdən tutmuş nüvənin ətrafında fırlanan elektronlara qədər bütün varlıqlar müəyyən bir qanuna tabedirlər və özlərinin xüsusi imkanlarına uyğun olaraq təkamül yolunu ötürlər.

Elmi müşahidələrdə bu nəticəyə çatmışlar ki, dünyaya hakim olan sistemin hərtərəfli tənzimedicisi vardır ki, o, varlıqların və hadisələrin bütün yönlərini əhatə edir.

Bu hadisələrin ən mühümü insanın muxtar (ixtiyar sahibi) olmasıdır, yəni o, müəyyən hədəfi olan bir varlıqdır: belə ki, nəzərdə tutub nail olmaq istədiyi işləri görmək üçün çalışır, fəaliyyət göstərir, su çıxarmaq üçün, yeri qazır, ürəyi istəyən şeyləri yeyə bilməsi üçün xörək bişirir, təbiətdəki qanunları öyrənmək üçün elmi sınaqlar keçirir.

səh:123

Halbuki, sırf təbii varlıqlar sadəcə olaraq əvvəlcədən təyin olunmuş (standart) bir hədəf üçün fəaliyyət göstərirlər. Onlar heç vaxt hədəflərini özləri təyin etmir və ya o hədəfin gerçəkləşməsi istiqamətində çalışmır. İnsanın ciyəri, mədəsi, əsəb sistemi və s. hər biri özünün müəyyən hədəfli fizioloqi vəzifəsini avtomatik olaraq yerinə yetirir. Amma bu hədəflər onların öz təbii və xüsusi fizioloqi fəaliyyətləri nəticəsində yaranmır, əksinə, hədəf, hər şeyi bilən Yaradanın istədiyi hədəfdir.

İnsan hədəfli, məqsədli bir varlıqdır və onun fəaliyyətləri özünün agah olduğu müəyyən hədəflər istiqamətində yerinə yetirilir və həmin hədəflərin tələbinə uyğun olaraq iş görür, buna görə də öz əməllərində istər-istəməz təbiətə hakim olan qəti və qaçılmaz qanunlara tabe olmamalıdır. İnsan ümumdünya cazibə qüvvəsi nəticəsində göydən müəyyən olunmuş hərəkət (trayektoriya) üzrə yerə düşən yağış damcısı deyildir. Əks halda o, belə bir vəziyyətdə hədəfli bir varlıq olub öz daxilindən qaynaqlanan hədəfləri yerinə yetirə bilməzdi. Deməli, insanın hədəfli bir varlıq olması üçün öz işlərində hökmən azad olmalıdır ki, istəklərinə münasib olaraq fəaliyyət göstərə bilsin.

Buna əsasən, insanın işləri, əməlləri və hədəfləri arasında olan rabitə, onun ixtiyarını tənzimləyən bir qanundur. Lakin hədəf də öz növbəsində istənilmədən vücuda gəlmir. Yəni hər bir insan, istək və hədəflərini özünün şəxsi məsləhət və ehtiyacları əsasında ayırd edir. Bu ehtiyaclar da xarici aləmdə və ictimai mühitdə baş verən vəziyyət və şəraitlərə uyğun olaraq təyin olunur. Amma bu xarici şərait və vəziyyətlər birbaşa insanın hərəkəterici qüvvəsi deyil. İnsan küləyin təsirindən əsməyə, hərəkət etməyə məcbur

səh:124

olan ağac yarpağı kimi deyildir, çünki bu halət onun hədəfli bir varlıq olmasına xələl yetirir.

Bu xarici amillər insanı təhrik etməkdə heç bir təsirə malik deyil. Sadəcə onlar insanı, onun məsləhəti ilə əlaqədər olan işləri ayırd etmək üçün fəaliyyət göstərməyə sövq edir. Amma məsləhətlərin hamısı insanı fəaliyyətə vadar etmir, əksinə bu halət, insanın zatən öz məsləhəti hesab etdiyi işlərin nəticəsidir. Məhz buna görə insanın məsləhət və mənafeyi iki qismə bölünür: Birincisi, əksər hallarda insanın şəxsi mənafeyi üçün qısa müddət ərzində müsbət nəticə verənlər, digəri isə uzun müddətdə cəmiyyətin mənafeyini təmin edənlər. Çox hallarda fərdin şəxsi mənafeyi ilə cəmiyyətin ümumi mənafeyi bir-biri ilə təzadlı olur.

Digər tərəfdən də, əksər hallarda dəyərlər insanı təhrikə vadar edən məsləhət deyildir. Əksinə, insanın hərəkəti onun şəxsi mənafeyinə qayıdan mənfəət qədər olur. Bunu da görürük ki, insanı, cəmiyyətin məsləhəti üçün hərəkətə vadar edən xarici amillərin icad edilməsinə zəmanət verilməsi, həyatın asan olması və uzun müddət davam etməsinin zəruri şərtlərindəndir. Buna görə də insan özünü bir-biri ilə zidd olan iki iş arasında görür: 1-Həyat qanunlarının tələb etdiyi ictimai normalar və cəmiyyətin mənafeyi; 2-Fərdi məqsədlərdən irəli gələn xüsusi işlər və şəxsi mənfəətlər. Bu təzadlar mütləq müəyyən yolla həll olunmalı və elə bir şərait yaradılmalıdır ki, hər bir fərdi cəmiyyətin mənafeyinə doğru sövq etsin.

Bəşər həyatını tənzimləyən və ilahi bir vəzifə olan nübüvət, cəmiyyətin, eləcə də insanın həyatındakı zaman çərçivəsindən daha böyük miqyasda olan bütün məsləhətləri əbədi fərdi məsləhətə çevirməklə bu problemi həll etmişdir. Belə

səh:125

ki, onu, ölümdən sonra başqa bir dünyada ilahi ədalət məhkəməsində hazır olacağından, bütün insanların orada bir yerə toplaşaraq öz əməllərinin əvəzini görəcəyindən xəbərdar etmişdir. Elə bir gündə ki:

Hər kəs zərrə qədər yaxşı əməl görmüş olsa, onun əvəzini görəcəkdir; və hər kəs zərrə qədər pis iş görmüş olsa, onun cəzasını görəcəkdir.(1)

Beləliklə də, ictimai məsləhətləri bu əbədi yol boyunda fərdi məsləhətlərə çevirmişdir.

Bu həll yolunun gerçəkləşməsi bir etiqadi məsələ və onun əsasında qururlan tərbiyəvi proqramlarla möhkəmlənib həyata keçirilir. Qiyamət gününə etiqad bəsləmək və həmin etiqad əsasında qurulan tərbiyəvi əməllər də Allah taalanın yol göstərməsi ilə həyata keçirilir.

Amma bu hidayət və yol göstərmə yalnız o zaman müyəssər ola bilər ki, həmin hədəflər ilahi yönə malik olsun. Çünki hələ vaxtı gəlib çatmamış bir gündə olan hesab-kitaba (qeybə) inam, ilahi-asimani vəhy, yəni nübüvvət olmadan həyata keçirilə bilməz.

Buradan da məlum olur ki, nübüvvət və məad məsələsi bu problemin həll olunmasına təminat verən vahid bir prinsip olub, insan həyatında ən ümdə təzadları aradan qaldırır, onun ixtiyarını inkişaf etdirən və onu insanın həqiqi mənafeyinin xidmətinə keçirən əsaslı və lazımi şərti gerçəkləşdirir.

səh:126


1- [41] Zilzal surəsi, 7-8-ci ayələr

İSLAM PEYĞƏMBƏRİNİN (S) NÜBÜVVƏTİ

Hikmətli Yaradanın varlığı həm elmi, həm də istiqrai yolla sübut olunduğu kimi, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm)-in nübüvvəti də elə insanın elmi və adi həyatda müxtəlif həqiqətlərin isbat olunmasında istifadə etdiyi həmin dəlillər əsasında isbat olunmalıdır.

Məsələnin bir qədər aydınlaşması üçün bu barədə bir neçə misal:

İnsan öz qohumlarının birindən, misal üçün, kəndlərin birində ibtidai təhsil alan cavan bir şəxsdən məktub alır və onun çox şirin dil, gözəl söz üslubu və ifadələrlə, misilsiz ustalıqla, yığcam və ürək oxşayan bir tərzdə yazıldığını görür. Belə bir məktubu alanda dərhal və asanlıqla şəkildə inanır ki, ali təhsilli, geniş məlumatlı və yazı yazmaqda mahir olan bir şəxs həmin savadsız şəxsə imla demişdir.

Bu dəlilləri təhlil edərkən aşağıdakı mərhələləri keçməliyk:

1-Məktub, təhsilinin ibtidai dövründə olan cavan bir kəndlidəndir.

2-Məktub da çox şirin və cazibədar söz üslubunda, hünərli səpgidə və ustalıq məharəti ilə yazılaraq mətləbi bir yerə yığdığından, başqa şeylərdən fərqlənir.

3-Onun oxşarının barəsində aparılan eksperimental müşahidələr sübut edir ki, birinci mərhələdə qeyd olunan xüsusiyyətlərdə olan cavan, ikinci mərhələdəki xüsusiyyətlərə malik olan bir məktub yaza bilməz.

4-Qeyd olunanlardan belə bir nəticə alınır ki, həmin məktub başqa bir şəxsin təfəkkürünün, zəkasının məhsuludur və həmin cavan kəndli ondan

səh:127

müəyyən yollarla istifadə edərək bu məktubu yaza bilər.

İndi isə elmi dəllilərdən bir neçə nümunəni – alimlərin elektronu sübut etdikləri bir təcrübəni sizin nəzərinizə çatdırırıq.

Alimlərdən biri, hər iki tərəfi bağlanmış şüşə borunun içərisində yaranan müəyyən şüa barəsində tədqiqat aparırdı. O, həmin şüşə borunu, mənfi və müsbət yükə malik olan maqnit sahəsinə (at nalına oxşar maqnitə) qoymuş və görmüşdür ki, bəzi şüalar müsbət qütbə meyl edərək mənfi qütbdən aralanır. Bu təcrübənin müxtəlif şəraitlərdə sınaqdan keçirilməsi sübut etdi ki, müsbət qütb həmin şüaları özünə cəzb edir. Həmin alim sair adi şüalar barəsində də tədqiqat apararaq onların maqnit qütbləri tərəfindən cəzb olunmadığını görmüşdü. Digər tərəfdən, maqnit şüaları deyil, yalnız cisimləri özünə tərəf cəzb edir.

Bu müşahidələrdən belə qənaətə gəldi ki, üzərində tədqiqat apardığı maqnitin müsbət qütbünə yaxınlaşan şüalar, əvvəlki məlumatlara əsasən heç cür izah edilə bilməz. Buradan da yeni bir həqiqi amili kəşf edərək demişdir: Bu şüalar kiçik zərrələrdən təşkil olunmuşdur, özü də mənfi yükə malikdir. Həmin zərrə bütün cisimlərdə vardır və bütün maddələrdən hasil olur. Sonra həmin zərrələri elektron adlandırdı.

Yuxarıda qeyd olunan iki misaldakı (məktub və elektron) dəlillərin xülasəsi bundan ibarətdir ki, hər zaman hiss olunan şərait və amillər nəticəsində müəyyən bir varlıq vücuda gəlsə və təbii müşahidələr bu amilin və hiss olunan şəraitlərin onun oxşarını vücuda gətirmədiyini müşahidə yolu ilə sübuta yetirsə, belə nəticə almaq lazımdır ki, həmin hadisənin izah edilməsi üçün başqa bir naməlum amil vardır.

səh:128

Başqa sözlə desək, müəyyən bir şəraitdə hasil olan nəticə daha qəribə olub hiss olunan amil və nəticələrin fövqündə dayansa, elmi müşahidələr də ona oxşar şəraitlərdə bunu təsdiq eləsə, onda bu nəticə, hiss olunan amil və şəraitlərin arxasında qərarlaşan gözəgörünməz bir amilin varlığından xəbər verir. Bununla da İslam Peyğəmbərinin Allah tərəfindən bəşəriyyətin hidayyəti üçün gətirdiyi risalət isbat olunur.

Bu dəlildə aşağıdakı mərhələləri keçmə-liyik:

1-İslam Peyğəmbəri, öz risalətini ilahi vəzifə olaraq dünyaya təqdim edən bir şəxs kimi, Ərəbistan yarımadasına mənsub edilir. Bu yarımada o dövrün mədəni, ideoloqi, ictimai, siyasi və iqtisadi baxımdan dünyanın ən geridə qalmış bir məntəqəsi sayılırdı. O yarımadanın nahiyələrindən biri olan Hicaza, onun sair məntəqələrində olan yerli mədəniyyət belə gəlib çatmamışdı.

Şəraitin münasib olmasına baxmayaraq, orada dövrün mədəniyyətindən azacıq belə, əsər-əlamət yox idi. Ədəbiyyat və şer sahəsində də, o dövrün təfəkkürünə uyğun və məddəni səviyyədə deyildi. Etiqad baxımından isə şirkə və bütpərəstliyə çulğalaşmışdılar. O dövrün pərakəndə vəziyyətdə olan cəmiyyətinə qəbilə təəssübləri hökmranlıq edirdi. Hər hansı bir qəbiləyə bağlılıq və qəbiləvi rabitələr əksər hallarda onların arasında müxtəlif keşmə-keşlərin və daxili müharibələrin yaranmasına səbəb olurdu. İslam Peyğəmbərinin böyüyüb boya-başa çatdığı bir ölkədə heç bir hökumət quruluşu yox idi, yalnız qəbilə tipli idarəçilik hakim idi.

Onların iqtisadi vəziyyəti və istehsal məhsulları dünyanın həmin dövrdəki geridə qalmış məntəqələrindən də dala qalırdı.

səh:129

Hətta mədəniyyətin ən ilkin və zəruri şərtlərindən biri olan yazıb-oxumaq belə, o dövrdə çox nadir hallarda tapılırdı. Ərəbistan cəmiyyəti ümumiyyətlə savadsızlıqda yaşayırdı:

O, həmin Allahdır ki, ümmi (anadan gəlmə yazıb-oxumağı bilməyən) ərəblər arasında, elə onların özündən olan bir peyğəmbər seçdi ki, onlara Allahın ayələrini (vəhyi) tilavət etsin, onları (cəhalətdən və çirkin, rəzil əxlaqlardan) paklayıb (ruhlarını) saflaşdırsın və səmavi kitab şəriətini, ilahi hikməti onlara öyrətsin. Halbuki, bundan əvvəl cəhalət və azğınlıq bataqlığında üzürdülər.(1)

Peyğəmbəri Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) də həmin insanların arasından seçilib çıxmışdı, besətdən əvvəl yazıb-oxumağı bacarmırdı, heç bir yerdə elmi təlim görməmişdi:

Və sən bundan əvvəl nə yazmağı, nə də oxumağı bilmirdin (əks halda,) batil yolda olanlar sənin nübüvətində şəkk-şübhə edərdilər.(2)

Quranın aşkar buyurduğu bu dəlillər, hətta Quranın səmavi kitab olduğuna etiqad bəsləməyən şəxslər üçün də Peyğəmbəri Əkrəmin besətdən əvvəl tam savadsız olduğuna tutarlı və qətiyyətli bir dəlildir. Çünki sübuta yetmişdi ki, Peyğəmbəri Əkrəm Quranı öz qövmü üçün qiraət etmişdi. O həzrətin həyatı ilə yaxından tanış olanlar belə, ondan bunları eşitmişdir, hər hansı etirazçı və ya inkar edən şəxs onun iddiasına etiraz nəzəri ilə baxmamışdı. Bundan əlavə, Peyğəmbəri Əkrəm besətdən əvvəlki dövrlərdə ərəblərin arasında geniş rəvac tapan şey –

səh:130


1- [42] Cümə surəsi, 2-ci ayə
2- [43] Ənkəbut surəsi, 48-ci ayə

xitabə və söz ustalığı kimi mədəni fəaliyyətlərdə də hər hansı şəkildə olursa olsun, iştirak etməmişdir. Onun barəsində gözəl əxlaq və fəzilətli səciyyələr, əmanətdarlıq, paklıq, düzdanışanlıq, nəcabətlilik və s. kimi əxlaqi xüsusiyyətlərdən başqa bir şey nəql olunmamışdır.

O həzrət besətdən qabaq 40 il ərzində öz qövmünün arasında yaşamışdır və onun ətrafında olanlar ondan, yuxarıda qeyd olunan gözəl rəftarlardan və sadəlikdən başqa bir şey görməmişdilər. Eləcə də onun 40 illik həyatında sonradan baş verəcək böyük və əzəmətli dəyişikliklə əlaqədar olaraq bir şey görünməmişdi. Amma həmin dəyişiklik 40 ildən sonra, gözlənilmədən vücuda gəldi və onu dünya ilə akah etdi.

Ey Peyğəmbər! De: Əgər Allah istəməsəydi, heç vaxt bu Quranı sizə tilavət edərək sizi onun hökm və həqiqətlərindən agah edə bilməzdim. Halbuki, mən sizin aranızda bir ömür yaşamışam. Əql və fikrinizi işə salmırsınızmı?(1)

Peyğəmbər Məkkədə doğulmuş və besətdən əvvəl uzun illər öz qövmünün içərisində yaşamışdı. O, yalnız iki dəfə, özü də qısa müddətli olaraq Ərəbistan yarımadasından kənara səfər etmişdi. Birinci dəfə öz əmisi Əbu Taliblə həyatının ikinci on illiyinin əvvəllərində, digəri isə Xədicənin sərmayəsi ilə ömrünün üçüncü on illiyinin ortalarında səfər etmişdi. Bu səfərlərin hər ikisində yazıb-oxumağı bilmədiyi üçün yəhudilərin və məsihilərin dini kitablarından istifadə edə bilməzdi. Cəmiyyətə hakim olan mühitin səbəbi ilə o mənbələrlə heç bir tanışlığı

səh:131


1- [44] Yunis surəsi, 16-cı ayə

yox idi. Çünki o dövrün Məkkə şəhərinə bütpərəstlik adət-ənənələri və yanlış təfəkkür hökmranlıq edirdi. Məsihilərin və yəhudilərin dini təfəkkürü də oraya nüfuz edə bilməmişdi. Ümumiyyətlə, din hər hansı şəkil və formada olursa olsun, Məkkə həyatına daxil ola bilməmişdi. Hətta bütpərəstliyi tərk edən Məkkə hənifləri(1) də məsihi və yəhudilərin dini təfəkküründən təsirlənməmişdilər. Biz Qeys ibni Saninin(2) və sair şairlərin yazdığı şerlərdə belə, yəhudilərin və məsihilərin dünyagörüşlərinin əks olunmasını görmürük.

Əgər Peyğəmbəri Əkrəm yəhudi və məsihilərin tarixi mənbələrindən agahlıq tapmaq üçün azacıq belə səy etsəydi, heç vaxt camaatın nəzərlərindən gizli qalmazdı. Çünki belə bir tarixi mənbələrlə ümumiyyətlə rabitəsi olmayan Məkkənin məhdud mühitində, yadların fikir və ideologiyasının nüfuz etmə yollarını üzünə bağlayan bir mühitdə hər hansı bir mədəni fəaliyyətin baş verib amma nəzərlərdən gizli qalması və camaatı özünə cəlb etməməsi hətta səsiz şəkildə də olsa belə mümkün deyildir. Əks

səh:132


1- [45] Hənif (cəm forması: hünəfa) batil dindən haqqa, islama doğru meyl edənlərə deyilir. Burada məqsəd, islamdan əvvəl Məkkədə bütpərəstlikdən üz döndərib yeganə Allaha inanan şəxslərdir. (M)
2- [46] Cahiliyyət dövrünün məşhur söz ustalarından, xətiblərindən biridir. O, gözəl danışıqda, fəsahət-bəlağətdə və moizələrdə ərəblər arasında dillər əzbəri idi. O, Nəcran məsihilərindən idi və Ukaz bazarında camaata nəsihət edərdi. (M)

halda, belə bir hərəkət hökmən müəyyən yerlərdə iz salmalı idi.

2-Peyğəmbəri Əkrəmin dünyaya agahlıq tapdığı risalət, onun bəşəriyyətə təqdim etdiyi Qurani-kərim və islam şəriəti özünün bir çox xüsusiyyətləri ilə seçilir. O cümlədən:

1-İslam dini özünün bəyan etdiyi misilsiz və yeganə asimani təlimləri ilə: Allahın varlığı, Onun sifətləri, elm və qüdrəti, həmçinin insanın Allah ilə olan rabitəsi, peyğəmbərlərin insanları hidayət edib yol göstərmək üçün ifa etdikləri rol, onların risalətindəki vəhdət və xalqlara gətirdiyi dəyərlər və məramlar, Allahın peyğəmbərlər barəsindəki sabit və pozulmaz qanunları, eləcə də haqq ilə batilin, ədalətlə zülmün arasında kəsilməz və barışmaz mübarizə, ilahi peyğəmbərlərin məzlum və məhrum təbəqə ilə ardıcıl və möhkəm rabitələri, onların qanunsuz imtiyaza malik olanlarla daim təzadda olmaları və s. kimi işlər barəsində söhbət açır. Belə ki, bu ilahi təlimlər bütpərəstlik cəmiyyətlərinin hakim olduğu o dövrün ideoloqi və təfəkkür səviyyəsindən çox-çox yüksəkdə olub o günə qədər bəşərə məlum olan dini təlimlərin hamısının fövqündə dayanırdı. Aparılan hər növ araşdırmalar aşkar şəkildə göstərir ki, islam dini keçmiş səmavi dinlərdə yaranmış təhriflərin və xətaların islah olunması üçün gəlmişdi. Bu dinin əsas məqsədi bu idi ki, həmin dinləri sağlam əql və fitrət yoluna gətirsin.

Bütün bu işlər elə bir insanın vasitəsi ilə bəyan olunurdu ki, onun özü, geridə qalmış və bütpərəst bir cəmiyyətdə yaşayırdı və onun öz əsrinin dini kitablarından, mədəniyyətindən nəzərə çarpacaq dərəcədə tanışlığı yox idi. Ona görə də onları dəyişdirib islah etmək fikrinə düşə bilməzdi.

səh:133

2- İslam dini insanın həyatı, əməli və ictimai rabitələri üçün elə dəyər və məfhumlar gətirmiş, öz əhkam və qanunlarında elə yolları bəyan etmişdir ki, hətta islam dininin səmavi bir din olmasına inanmayanların nəzərində belə, bu din bəşər tarixində mövcud olan ictimai qanun və mədəniyyətlərin ən dəyərlisi və ən təəccüblüsüdür.

Bəli, qəbilə həyat tərzi keçirən bir cəmiyyətdə gözlənilmədən bir nəfər seçilərək tarix səhnəsində və yer üzündə zahir olur ki, bəşəriyyəti ümumi bir fəryad olan vəhdətə doğru çağırır.

O, elə bir cəmiyyətdən çıxmışdı ki, həmin cəmiyyətin bünövrəsi irqçilik və qəbilə təəssübləri əsasında qurulmuşdu. O Peyğəmbər bu kimi əsasız şeyləri ləğv edərək elan edir:

Həmçinin buyurur:

(Ey insanlar) həqiqətən Allah yanında ən sevimli və kəramətliniz – ən çox təqvalı olanınızdır.(1)

O həzrət bu ayəni əməli olaraq həyata keçirməklə camaatı cahiliyyət təəssüblərindən azad etmək, diri-diri torpağa basdırılan qadını, özünün ləyaqətli məqamına – əri üçün layiqli həyat yoldaşı olmaq məqamına, bir sözlə, insanı, insaniyyətin kəramətli dərəcəsinə çatdırmaq istəyirdi.

O həzrət elə bir səhrada dünyaya gəlmişdi ki, oranın əhalisi yersiz istəklərdən, yeyib-yatmaq və puç, yersiz qəbilə təəssübləri ilə iftixar etməkdən başqa bir şey barəsində fikirləşmirdilər. Peyğəmbər

səh:134


1- [48] Hucurat surəsi, 13-cü ayə

məhz belə bir cəmiyyət arasından seçildi ki, onları böyük və ali hədəflərə doğru hidayət etsin, insanları azadlığa çıxarsın, onları zülm boyunduruq-larından xilas etsin, yer üzünün hər yerində olan məzlumları Kəsra və Qeysər(1) kimi padşahların zülmlərindən azad etsin, bu yolda mübarizə aparıb məzlumlar arasında vəhdət yaratsın.

Peyğəmbər siyasi, iqtisadi və sair kimi məfhumların heç bir həqiqi mənası olmayan, eləcə də sələmçilik, möhtəkirlik və istismarın hakim olduğu bir cəmiyyətin arasından gözlənilmədən seçildi ki, bu kimi çatışma-mazlıqları aradan qaldırsın, fəqir və yoxsul cəmiyyətləri maddi-mənəvi cəhətdən zəngin-ləşdirsin, islam qanunlarını və hökmlərini onların ictimai-iqtisadi rabitələrində bərqərar etsin, sələmçiliyin, möhtəkirliyin və istismarın kökünü kəsib ictimai sərvətin bölüşdürülməsini elə bir əsasda qoysun ki, yalnız sərvətlilərin əlində dövr etməsin. Bununla yanaşı, ictimai vəfadarlıq və məsuliyyət prinsiplərini dünya xalqlarına elan etdi. Belə ki, ondan sonra bəşərin ictimai ticarət qaydaları hətta yüz illər sonra belə, həmin nəticəyə çata bilməmişdir.

Bütün bu dəyişikliklər, ictimai dəyişik-liklərlə müqayisədə doğrudan da qısa müddət ərzində baş vermişdi.

3-Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) Qurani-kərimin müxtəlif ayələrində keçmiş peyğəmbərlər və onların ümmətləri barəsində söz açmışdır. Halbuki, Peyğəmbərin ətraflı şəkildə bəyan

səh:135


1- [49] Ərəb dilində sasanilərin padşahına Kəsra (=Xosrov), Roma imperatorlarına isə Qeysər deyirdilər. (M)

etdiyi bu hadisələr barəsində savadsız və bütpərəst ərəb cəmiyyətində heç bir məlumat yox idi. Yəhudi və məsihi alimləri bir neçə dəfə o həzrətlə elmi mübahisəyə qalxaraq, ondan istəmişdilər ki, özlərinin din və mədəniyyət tarixləri barəsində onlara məlumat versin. Peyğəmbər də tam mətinliklə onlara cavab verir, Quran ayələri vasitəsi ilə onların istəklərini yerinə yetirirdi. Ümumiyyətlə o həzrətin ixtiyarında Qurandan başqa bu qədər elmi məlumatları izah edə biləcək heç bir əlavə vasitə yox idi. Qurani-kərim bu barədə buyurur:

Ey Peyğəmbər! Sən, Musaya nübüvvət məqamı və ilahi fərmanlar əta etdiyimiz zaman qərb tərəfdə(1) deyildin. Lakin Biz müxtəlif ümmət və qəbilələr yaratdıq, onlar uzun ömür sürdülər. Sən Mədyən(2) əhlinin arasında deyildin ki, Bizim ayələrimizi onlara tilavət edəsən. Lakin biz peyğəmbərləri risalət üçün göndərdik. Və Biz nida etdiyimiz zaman sən Tur dağının yanında deyildin, lakin Bizim vəhyimiz - Musa və sair peyğəmbərlərin qissələri barəsindəki vəhyimiz - Allahın mərhəmətinin tələbinə görə sənə gəldi. Bu, ona görə idi ki, səndən əvvəl ilahi əzabdan

səh:136


1- [50] Qərbə mənsub olan Qərbi kəlməsi, (şərqinin müqabilindədir) Uzaq Məğribin əyalətlərindən biridir ki, Fars və Mərakeş əyalətlərinə də şamildir.
2- [51] Mədyən – Şüeyb peyğəmbərin və onun qəbiləsinin yaşadığı şəhərin adıdır. Bu şəhər Əqəbənin şərqində yerləşirdi. Əhalisi isə həzrəti İsmailin övladlarından olan ərəblər idi. (M)

qorxudan peyğəmbərlərin gəlmədiyi qövmü Allahdan qorxudasan, bəlkə özlərinə gələlər.(1)

Hər bir mühəqqiqi heyrətləndirən məsələ budur ki, Quranın bəyan etdiyi tarixi hadisələr heç vaxt – hətta bu mətləblərin Ərəbistan yarımadasında Peyğəmbərin zahir olduğu dövrdə rəvac tapdığını fərz etsək də belə – Əhdeyn (Tovrat və İncil) kitablarının mətləblərinin üzündən köçürülə bilməzdi. Çünki o kitabların üzünün köçrülməsi yalnız onun dastanlarındakı mənfi yönlərə malik olan almaq, istəmək, əta etmək və s. kimi şeyləri göstərirdi. Halbuki, Qurani-kərim keçmiş ümmətlərin sərgüzəştlərini bəyan edərkən əksər hallarda müsbət yönləri bəyan edir. Yəni onların mətləblərini islah edib normal hala salmaqdan əlavə, peyğəmbərlərin şərhi-halını bəyan edərkən insanın əqli, tovhid fitrəti və sağlam dini dünyagörüşü ilə uyğun olmayan məsələləri ayırıb təmizləyirdi.

4-Qurani-kərimin bəyan üslubu insanı son dərəcə heyrətə gətirən gözəllikdə, söz üslubu və məharətin yeni səpgisində elə yüksək bir həddə idi ki, hətta onun vəhy olmasına etiqad bəsləməyənlərin nəzərində belə, Quran, Ərəbistan tarixinin iki mərhələsini bir-birindən ayırırdı və bu söz üslubu böyük bir mədəni-inqilabi dəyişikliyin bünövrəsini qoymuşdu.

Quran ayələrini Peyğəmbərdən eşidən ərəblər hiss edirdilər ki, onun dili ümumiyyətlə onların ünsiyyətdə olduqları gözəl bəyan tərzi və həmişə ünsiyyətdə olduqları təbirlərlə yanaşı olaraq kamalın son həddinə çatmışdır və onların bəyanlarına əsla

səh:137


1- [52] Qəsəs surəsi, 44-46-cı ayələr

oxşamır. Hətta onların söz ustalarından biri(1) Quran ayələrini eşidərkən dedi: Allaha and olsun! Mən elə kəlam eşitmişəm ki, nə cinlərin, nə də insanların kəlam növündən deyildir. Onda çox şirinlik və söz gözəlliyi vardır, əvvəli də, axırı da çox dolğun mənalıdır. Onun özü ən böyük bir sərmayədir, heç nə ondan üstün ola bilməz. Şübhəsiz, o, öz ardınca çoxlu müsbət nəticələr gətirəcəkdir.

Onlar heç vaxt özlərinə icazə vermirdilər ki, Quranı öyrənsinlər. Çünki onun öz batinlərində və hissiyyatlarında buraxacağı qəribə və nüfuzlu təsirindən qorxur və Quranın onların əqidə üsullarını dəyişəcəyindən çəkinirdilər. Bunların hamısı Quranın üslubunun onların arasında olan üsullardan möcüzəli dərəcədə üstün olmasını göstərir və sübut edir ki, Quran dili, onların arasında mövcud olan və tədriclə inkişaf etmiş olan söz üslubundan tamamilə fərqlənir.

Ərəblər Quranın vaxtaşırı mübarizə tələb etmək üslubu (buna təhəddi deyilir) qarşısında həmişə aciz qalır və təslim olurdlar. Peyğəmbəri Əkrəm onları əvvəlcə Quranın oxşarı olan bir kitab gətirməkdə aciz olduqlarını bəyan etdi. İkinci dəfə hətta on dənə surə belə gətirməkdə aciz olduqlarını təkidlə bəyan etdi. Üçüncü dəfə isə onları, Qurani-kərimin bir surəsinə oxşar olan surə gətirmək üçün mübarizəyə tələb etdi.

Peyğəmbər bu kəlamları elə bir cəmiyyətdə təkrar edirdi ki, heç bir hünər və peşəni nitq söyləmək qədər yaxşı tanımırdılar və nitq söyləmək müsabiqəsindən başqa bir şeylə məharət tapmamışdılar. Onlar yeni risalət nurunu söndürmək və onunla mübarizə aparmaq üçün həddindən artıq hərisliklə çalışırdılar.

səh:138


1- [53] Vəlid ibni Müğeyrə

Lakin onlar, Quranın mədəniyyət və ədəb üsulunun onların öz hünər və söz üslublarından üstün olmasına qəlbən iman gətirib inandıqlarına görə, Quranın təkrar təhəddilərinə (mübariz tələb etmək) baxmayaraq onunla mübarizəyə qalxa bilmədilər.

Qəribə burasındadır ki, insan həyatının bütün yönlərini əhatə edən və eləcə də misilsiz ədəbi xəzinə olan bu Quranı onlara elə bir şəxs gətirmişdi ki, özü 40 il ərzində onların arasında yaşamış, hətta bir dəfə də olsun belə, onların şer və ədəbiyyat müsabiqələrində, söz üslubunu bəyan edən çıxışlarında iştirak etməmişdi.

Qeyd olunanlar İslam Peyğəmbərinin bütün bəşəriyyətə və insaniyyətə təqdim etdiyi risalətin xüsusiyyətlərinin bir qismi idi.

Burada üçüncü mərhələyə çatırıq. Yəni biz bəşər cəmiyyətlərində aparılan elmi müşahidələr əsasında sübut etməliyik ki, bu risalət və ilahi vəzifə, ikinci mərhələdə araşdırdığımız xüsusiyyətlərlə belə, son dərəcə təəccüblü və birinci mərhələdə qeyd olunan amil və şəraitlərin səthindən çox-çox yüksəkdədir. Cəmiyyət tarixində çoxlu insanlar olmuşdur ki, ictimaiyyət səhnəsində parlayaraq onu müəyyən mərhələyə qədər irəli apara bilmişlər. Lakin burada, (Peyğəmbərin isbat olunmasında) mövcud olan müxtəlif təfavütlərə görə onun oxşarı ilə qarşılaşmırıq. Çünki:

Bir tərəfdən burada irəliyə doğru bir addım atmaq və tədriclə getmək əvəzinə, insan həyatının bütün sahələrini əhatə edən, onu inqilabi şəkildə, bütün dəyərlərdə və insan həyatının bütün sahələri ilə əlaqədar olan məfhumlarda kamala çatdıran sıçrayışlı bir təkamül görür və dərk edirik ki, qəbilə üsul-idarəsinin hakim olduğu bir cəmiyyət Peyğəmbəri

səh:139

Əkrəmin əli ilə, qısa müddət ərzində iman üfüqlərinə pərvaz etdirilir, bütün dünya cəmiyyətləri yeganə bir etiqada malik olur, bütpərəst cəmiyyəti kökündən dəyişərək əsl tovhid üfüqlərinə çatır, bütün tovhid dinlərini islah edir, onlara qarışmış xurafatları və əyintiləri təmizləyir və nəhayət elə bir cəmiyyət onun risaləti sayəsində tamamilə mənəviyyatla dolu olan yeni bir cəmiyyətə çevrilərək mənəvi cəhətdən inkişafa doğru gedir. Bu da bütün dünyanı öz nüfuzu və şüası altına alan bir mədəniyyətdən söz açır.

Digər tərəfdən də bilirik ki, cəmiyyətin hər bir sahəsini əhatə edən dəyişikliklər hiss olunan amillərin nəticəsi olarsa, onda heç bir müqəddiməsi və müqəddimati mərhələlərlə rabitəsi olmadan, o cəmiyyətdə baş verən siyasi cərəyanlardan ayrı halda vücuda gəlib tədrici olaraq inkişaf edə bilməz və mənəvi-ideoloqi baxımdan genişlənə bilməz. Yalnız o cəmiyyətin daxilində bu müqəddimati işlər baş verdikdən sonra layiqli bir rəhbər yaranıb rəhbərlik məsuliyyətini öhdəsinə alar və məhz bu zaman cəmiyyətin tələbinə uyğun olaraq onlara rəhbərlik edə bilər.

İctimai dəyişik və islahatlarda aparılan tətbiqi mütaliələr də göstərir ki, baş verən hər bir dəyişiklik ilk əvvəldə fikri dəyişiklikdən, özü də cəmiyyət fəzasında pərakəndə vəziyyətdə olan qığılcımlardan başlanır və tədrici olaraq fikri-ideoloqi bir cərəyan şəklini alır. Get-gedə onun əlamət və nişanələri formalaşır və öz daxilində rəhbərlik təşkilatını yaradır. Hətta bəzən cəmiyyətin rəsmi şəkildə qəbul etdiyi cəhətin müqabilində həmin cəmiyyətin cüzi göstəricisi kimi başqa bir cəhət də səhnədə zahir olur, bu iki cərəyanın ziddiyyəti nəticəsində ilkin cərəyan

səh:140

qüvvətlənib genişlənir, nəhayət cəmiyyətdəki vəziyyətə hakim olur.

Amma bütün bunların əksinə olaraq, İslam tarixində gördüyümüz kimi, Həzrəti Məhəmməd (səlləllahu əleyhi və alihi və səlləm) tarixi cərəyanlardan heç birinin nümayəndəsi deyildi, onun təqdim etdiyi təfəkkür, dəyər və ideoloqi anlayışların mənşəyi ondan əvvəl elə onun böyüyüb boya-başa çatdığı bir cəmiyyətdə mövcud olmamışdı. Hətta həzrəti Peyğəmbər və müsəlmanlardan bir qrup seçmə şəxslərin vasitəsi ilə yaradılan cərəyanlar da risalətin gedişatında öz-özünə yaranan bir məsələ deyildi ki, onun əsasında cəmiyyəti idarə etsin, əksinə onu təkcə Peyğəmbərin özü və onun risaləti yaratmışdı.

Buradan məlum olur ki, Peyğəmbərlə müsəlmanların gətirdiyi şeylərin hər biri arasında olan fərq, bir amil ilə digər amillər arasındakı cərəyan kimi nəzərə çarpan fərqlər deyildi; əksinə, buradakı fərq çox köklü və əndazədən artıq bir fərqdir. Bu özü göstərir ki, Peyğəmbəri Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) bu cərəyanın bir hissəsi deyildi, əksinə, yeni cərəyan onun varlığının bir hissəsi idi.

Digər bir nəzərdən baxdıqda isə, tarix sübut edir ki, yeni bir cərəyanın ideoloqi, əqidəvi və ictimai rəhbərliyi, müəyyən ictimai-ideoloqi dəyişikliklər əsnasında vahid bir əsasda təmərküzləşsə, o əsas və mehvər həmin məsuliyyətlərə mütənasib olaraq elm və qüdrətdən bəhrələnməlidir. Bu xüsusiyyətlər də labüd olaraq onda olan məlum metod və üslublara uyğun olaraq gerçəkləşməlidir. Şübhəsiz, ardıcıl və vaxtaşırı məşqlər onu formalaşdırıb həmin cərəyanın rəhbərlik məqamına çatdırır.

səh:141

Amma bütün bu deyilənlərin əksinə olaraq, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) müsəlmanlara ideoloqi, fikri və ictimai rəhbərliyi təkbaşına öhdəsinə aldı, halbuki, mədəni-maarif cəhətindən onu zaman formalaşdırmamışdı, eləcə də bu rəhbərlik məqamı üçün azacıq belə təcrübəyə malik deyildi. Həmçinin, (həmin vaxta qədər) yazıb-oxumağı bacarmırdı, öz əsrinin mədəniyyətindən və keçmiş dinlərdən də bir şey bilmirdi.

Qeyd olunanlara diqqət yetirməklə dördüncü mərhələdə bu vəziyyəti ağlasığan və məqbul tərzdə izah edə biləcək yeganə təfsirə çatırıq: O da hiss olunan amil və şəraitlərin fövqündə dayanan əlavə bir amilin fərz olunmasıdır. Bu əlavə amil vəhy və nübüvvətdən ibarətdir və insanın düz yola hidayət olunmasında ilahi mərhəmətin göstəricisi sayılır:

Və beləliklə, Biz öz ruhumuzu, öz fərmanımız ilə vəhy üçün sənə göndərdik. Sənə vəhy gəlməzdən qabaq, kitabın nə olduğunu, iman və şəriətin hansı olduğunu bilmirdin. Lakin Biz o kitabı və şəriəti bir nur qərar verdik. Bəndələrimizdən hər birini istəsək, o nurun vasitəsi ilə hidayət edərik. İndi sən insanları düz yola hidayət edəcəksən.(1)

DİGƏR AMİLLƏRİN TƏSİRİ

Qeyd etmək lazımdır ki, risalətin təbii və hiss olunan amillərlə deyil, vəhy və qeybi yardımların vasitəsilə izah edilməsi həmin təbii amil və səbəbləri mütləq şəkildə inkar etmək mənasına deyildir. Çünki, təbii amil və şəraitlər varlıq dünyasının sabit ictimai qanunlarına əsasən təsirli sayılır. Lakin onların təsiri

səh:142


1- [54] Şura surəsi, 52-ci ayə

yalnız hadisələrin cərəyan etmə axarlarının enişli-yoxuşlu yollarındadır. Ola bilsin ki, həmin amillər risalət işinin inkişaf və müvəffəqiyyətinə də səbəb olsun, yaxud onun genişlənməsinə mane olsun. Risalət möhtəva baxımından ilahi bir həqiqət olub maddi amillərin, səbəb və şəraitlərin fövqündə dayanır. Amma əməli olaraq öz ardıcıl hərəkətinə başlayıb dəyişiklik axarlarında qərarlaşanda mümkündür ki, ətraf mühitə hakim olan amil və şəraitlərin təsiri altına düşsün.

Buna əsasən, bəziləri belə deyə bilər: Ərəb cəmiyyətinin pərakəndəlik və zavala uğramaq qarşısında keçirdiyi həqarət hisləri, eləcə də onların öz allahlarına, onların da ən məşhuru olan iki bütə qəzəbləndikləri zaman sınmasını, ac olduqları zaman isə onu yemələrini(1) görmələri çox acınacaqlı bir hiss idi, bu da onları yeni risalətə doğru yönəltmişdi. Yaxud ərəb cəmiyyətindəki səfalətdə yaşayanların və məhrum təbəqənin sələmçilər və istismarçıların zülmündən cana doymuşdular, digər tərəfdən isə Peyğəmbər, ədalət bayrağı qaldıraraq sələmçiliyin kökünü kəsməsi onları, bu yeni hərəkata arxa durmalarına təşviq etmişdi.

Yaxud qəbilə və tayfa səviyyəsində olan təəssüblər islam risalətinin irəliləyişində özünə məxsus rol ifa etmişdir. (Yəni məntəqə səviyyəsində olan təəssüblərə Qüreyş qəbilələri arasında mövcud olan rəqabət və təzadları misal göstərmək olar. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) də Qüreyş qəbiləsinə mənsub olduğu üçün bu qəbilənin

səh:143


1- [55] Zahirən bəzi qəbilələrin xurmadan düzəltdikləri bütlərə işarədir.

malik olduğu qüdrət və əzəmət onu düşmənləri müqabilində himayə edirdi. Qövm səviyyəsində olan təəssüblərə gəldikdə isə, Ərəbistan yarımadasının cənub nahiyələrində yaşayan ərəblər şimalda yaşayan ərəblərə qarşı təəssüb hissi keçirirdilər.)

Yaxud da deyilə bilər ki, o dövrün böyük dövlətləri olan İran və Roma imperiyasına hakim kəsilən mürəkkəb və böhranlı siyasi şərait Ərəbistan yarımadasında baş verən hadisələr qarşısında dərhal qərara gəlmələrinə mane olduğundan, Ərəbistandakı yeni hərəkatı boğa bilməmişdilər. Əgər bu kimi iradlar tutulsa, onları düzgün mətləb, bəzən də qəbul olunası bir söz saymaq olar. Amma bizim sözümüzün canı budur ki, bu kimi amillər, baş verən zahiri cərəyan və hadisələrə müvəqqəti olaraq qaneedici cavab ola bilər, lakin risalətin özünü izah etməkdə doğrudan da aciz qalırlar

səh:144

RİSALƏT

İslam dini - Həzrəti Məhəmməd (səlləllahu əleyhi və alihi və səlləm)-ə nazil olan ilahi bir dindir. O həzrət bütün aləmlərə bir rəhmət olaraq həmin dini təbliğ etməyə göndərilmişdir.

İslamın hədəf və məqsədi hər şeydən əvvəl, insanla Allah və məad arasında rabitə yaratmaqdır. Buna əsasən, bu din bir cəhətdən insanla haqq və yeganə olan Allah arasında rabitə bərqərar edir (fitrət insanı Allaha doğru yönəldir və Onun vahid və yeganə olduğunu sübut edir), saxta tanrıları aradan qaldırmaq üçün həmin prinsipə israr edir. Məhz buna görə də özünün əsl şüarını la ilahə illəllah (yəni Allahdan başqa ibadətə, sitayişə layiq qüdrət sahibi yoxdur) qərar vermişdir.

Nübüvvət insan ilə onun Xaliqi arasında yeganə və birbaşa rabitə vasitəsi olduğundan, Allahın yeganəliyinə və şəxsin Onun yeganə Zatı ilə rabitəsinə şəhadət verməyi tovhidin isbatı üçün əsas şərt hesab etmişdir.

Digər cəhətdən isə bu din insanı məadla tanış edir ki, bu yeganə mümkün yol ilə həyatındakı çətinlikləri və təzadları həll etsin və ilahi ədaləti bərqərar etsin. (Bunun şərhi əvvəldə qeyd olundu.)

İslam dini özünəməxsus xüsusiyyətlərə malikdir və bu xüsusiyyətlərin vasitəsilə sair asimani dinlərdən

səh:145

seçilir. Burada həmin xüsusiyyətlərdən bir neçəsini qeyd edirik:

1. İslam dini heç bir təhrifə məruz qalmayan Qurana istinad edir. Halbuki, keçmiş səmavi kitablar bu baxımdan çoxlu ziyanlara düçar olub təhrif edilmiş və özünün əsl məzmun və möhtəvası ondan çıxarılmışdır. Quran özünün təhrif olunmayacağı barədə buyurur:

Əlbəttə, Biz Quranı nazil etdik və şübhəsiz, onu qoruyub saxlayacağıq.

Dinin şəriət və əqidə ilə əlaqədar olan məsələlərinin qorunub saxlanması tərbiyəvi yönün davam etməsinə təminat verən və onu mümkün edən bir məsələdir. Çünki hər bir din təhrif olunsa və onun əsil möhtəvası ondan çıxarılsa, özünün insanlarla Allah arasında əlaqə vasitəsi olmaq kimi mühüm səlahiyyətini əldən verəcəkdir. Çünki, bu rabitə yalnız din adı ilə bərqərar olur. Həm də bu bağlılıq dinin möhtəvasına əməl etməyin və onu elmi və ideoloqi baxımdan həyata keçirib gerçəkləş-dirməyin nəticəsidir. Buna görə də islamın təhriflərdən amanda qalması (bu da Quranın təhrif olunmaması ilə şərtlənir) onun öz hədəflərinin davam etdirilməsində zəruri bir şərt hesab olunur.

Quranın həm kəlmə, həm də məna baxımından təhrif olunmaması göstərir ki, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm)-in nübüvvəti özünün isbat olnmasının ən mühüm vasitəsini qoruyub saxlamışdır. Çünki Quran və ümumiyyətlə şəriətin və risalətin əsas prinsipləri adlanan hər bir şey qeyd olunduğu kimi, Həzrəti Məhəmməd (səlləllahu əleyhi və alihi və səlləm)-in nübüvvətinin və risalətinin isbatı üçün istiqrai bir dəlildir və bu dəlil, Quranın qalması ilə həmişə öz qüvvəsində

səh:146

qalacaqdır. Amma əvvəlki peyğəmbərlərin işi belə deyildir. Onların peyğəmbərliklərinin isbat olunması konkret zaman və məkan daxilində baş verən müəyyən hadisələrlə məhdudlanırdı. Misal üçün, anadangəlmə kora şəfa verib, xora xəstəliyini sağaltmaqla sona yetirdi (bunlar həzrəti İsanın möcüzələri idi-müt). Bu hadisələri yalnız o peyğəmbərlərlə müasir olan şəxslər müşahidə edib görürdü, lakin zamanın və əsrlərin ötüb keçməsi ilə onların ilkin şahidləri aradan gedirdi. Hal-hazırda insan onların qəti şəkildə isbat olunmasında aciz qalır.

Hər hansı bir nübüvvətin dəlillə isbat olunması və yaxud onun isbat olunma yollarının axtarılması bəndələr üçün mümkün olmasa, Allah taalanın ona etiqad bəsləməyi bir kəsə vacib etməsi qeyri-mümkündür. Çünki:

Allah taala bir kəsi, yalnız ona əta etdiyi şey qədərində vəzifəli edər (və ondan artıq şeyləri yerinə yetirməyə vəzifəli etməz).

Bizim keçmiş peyğəmbərlərə və onların möcüzələrinə olan etiqadımız Qurani kərimdə bəyan olunan qeybi xəbərlərə əsaslanır.

2. Bildiyimiz kimi, zamanın keçməsi islam dininin əsaslarının dəlillərinə heç bir irad və nöqsan gətirə bilməmişdir. Bizim sözümüz təkcə bu deyildir, çünki, bəşərin elm və mərifətinin tərəqqiyə yüksəlib inkişaf etməsi və dünya barəsində müxtəlif elmi və təcrübi yollarla mərifət kəsb olunması ilə eyni zamanda, bu dinin yeni-yeni yönlərə malik olan dəyərləri kəşf olunur. Bu da işin sona çatması demək deyildir. Çünki Qurani kərim bu cəhətdən (dünya sirlərini bəyan etmək baxımından) həmişə elmdən irəlidə olmuşdur. Bu müqəddəs kitab varlıq aləminin Yaradanının dəlillərini elə varlıq aləminin

səh:147

özündə axtarış aparıb onun ayrı-ayrı varlıqlarında dərindən düşünməklə əldə etməyi tövsiyə edir. O, eləcə də insanı bu axtarışların fayda və sirlərindən agah etmişdir. Hətta bu günkü müasir insan dərk edir ki, ərəb cahiliyyət dövrünün cəmiyyətinə mənsub olan və anadan gəlmə yazıb-oxumağı bacarmayan bir şəxsin gətirdiyi bu kitabda elə dərin elmi məsələlərə toxunulmuşdur ki, yüz illər keçdikdən sonra, yalnız müasir elm həmin məsələləri kəşf edə bilmişdir. Belə ki, ingilis şərqşünası və Oksford universitetinin ərəb dili müəllimi Egniri, bitkilərin tozlanma prosesində küləyin təsirini kəşf edəndə, alimlərə belə demişdi:

Biz avropalılar neçə əsrdən sonra bildiyimiz şeyləri - bitkilərdə, xüsusilə meyvə ağaclarında tozlanma işinin əksər hallarda küləyin vasitəsilə yerinə yetirilməsini dəvə sahibləri (yəni qədim Ərəbistan əhalisi) bilirdilər.(1)

3. İslam dini insan həyatının bütün sahələrini əhatə edir. Buna görə də bütün bu yönlər arasında mötədillik, normal hal və müvazinət bərqərar edib onun əsasında vəhdət yarada bilər. Eləcə də məscidlə cəmiyyət, istehsal mərkəzləri ilə əkin sahələri arasında qırılmaz rabitə bərqərar edə bilər. Çünki, insan elə yaradılmışdır ki, öz maddi və mənəvi

səh:148


1- [56]Və Biz, təbiətin bətnində mayalanma (tozlanma) işini yerinə yetirən küləkləri göndərdik. (Hicr surəsi, 22-ci ayə)

həyatını təklikdə, cəmiyyətdən ayrı şəkildə idarə edə bilməz.

4. İslam yeganə səmavi bir dindir ki, onu, Allah tərəfindən gətirən Peyğəmbər, öz əli ilə cəmiyyətdə tətbiq etmiş, bu sahədə nəzərə çarpacaq müvəffəqiyyətlər əldə etmiş və insanların gündəlik həyatında öz şüarlarını əməli olaraq gerçəkləşdirmişdir.

5. İslam dini, cəmiyyətdə tətbiq edilməklə tarix səhnəsinə qədəm qoymuş və onu qəbul edərək öz yolları üçün bir çıraq kimi götürən ümməti (cəmiyyəti) qurmaqda şərik olmuşdur. O, ilahi bir din olduğu üçün, eləcə də asimandan yer əhli üçün təbii amillərdən daha təsirli və onların fövqündə dayanan bir töhfə gətirdiyindən, müsəlmanların tarixi heç vaxt maddi-tarixi mühasibələr miqyasına sığa bilməyən qeybi və mənəvi amillər ilə rabitədə oldu. Buna görə də bizim, öz tariximizi maddi və məhdud səbəblərdə məhdudlaşdırmağımız və yaxud onu maddi amillərin məhsulu və ya istehsal vasitələrinin nəticəsi hesab etməyimiz çox yanlış bir fikirdir. Çünki, bu cür yozum və təfsirlər, bütün varlığı səmavi risalət əsasında qurulan bir ümmətin tarixinə tətbiq olunmğa qabil deyildir.

6. İslam dini zaman boyu islam ümmətində məhdudlaşmadı, əksinə, dünyanın hər bir yerinə irəliləyib bütün dünyada və tarixdə qurucu və təsirli rol oynayan bir qüdrət kimi tanındı. Avropanın insaflı təhqiqatçılarının həmişə etiraf etdikləri kimi, məhz islamın yetərli və dolğun mədəniyyəti avropa xalqlarını ağır qəflət yuxusundan oyadaraq onları tərəqqiyə doğru sövq etmişdir.

7. Bu dini gətirən İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) özünün sələfləri olan bütün

səh:149

peyğəmbərlərin sonuncusu olmaq kimi xüsusiyyətlə onlardan seçilir. Bu məsələni (peyğəmbərlərin sonuncusu olmağı) o həzrətin özü elan etmişdir. Bu məsələ iki şeyə - mənfi və müsbət mənaya dəlalət edir:

1- Mənfi: yəni o, özündən sonra başqa bir peyğəmbərin gəlişini inkar edir.

2- Müsbət: yəni o həzrətin peyğəmbərliyini və onun bütün dövrlərdə davam etməsini isbat edir.

Birinci mənaya diqqət yetirəndə məlum olur ki, o, islamın zühur etməsindən keçən 14 əsrlik bir müddət ərzində real həqiqətlə tam müvafiqdir və bundan sonra da bütün zamanlarda belə olacaqdır. Lakin bu məsələni də qeyd etməliyik ki, tarix səhnəsində hər hansı bir peyğəmbərin görünməməsi, insani mədəniyyətin əsas bir dayağı olan nübüvvətin öz vəzifəsini əldən verməsi demək deyildir. Çünki, bu nübüvvət, tarix boyu bütün peyğəmbərlərin risalətinin hamısını irs aparmışdır. Bundan əlavə, o, öz mərtəbəsində malik olduğu dəyərlərdən başqa, keçmiş peyğəmbərlərin əbədi dəyərlərinə də malikdir. Buna görə də islam dini zamanla birlikdə davam edərək bütün təkamül və yenilik amilləri ilə bir yerdə olmağa qabil olan nəzarətçi (mühəymin) bir dindir.

Biz kitabı (Quranı) haqq olaraq sənə nazil etdik, o, özündən əvvəldə olan bütün (səmavi) kitabların düzgün olduğunu təsdiq edir və onların haqq olmasına şəhadət verir.(1)

8. Allah taalanın hikməti həzrəti Məhəmməd (səlləllahu əleyhi və alihi və səlləm)-in vasitəsi ilə nübüvvəti sona yetirdiyi zaman tələb edirdi ki, öz

səh:150


1- [57] Maidə surəsi, 48-ci ayə

yerində canişinlər qoysun və onlar nübüvvət dövrü sona yetdikdən sonra ağır ilahi vəzifə sayılan imamət və xilafəti öhdələrinə alsınlar. Bu böyük və alicənab şəxsiyyətlər on iki nəfərdən ibarətdir. Səhih hədislərə əsasən, Rəsuli Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) şəxsən onların sayını və adlarını açıq-aşkar şəkildə bəyan etmişdir. Bu hədis barəsində bütün müsəlmanlar yekdil fikir birliyindədirlər. O şəxsiyyətlərin müqəddəs adları aşağıdakı kimidir:

1-Əmirəl-möminin Əliyyibni Əbitalib (əleyhissalam), ondan sonra:

2-Həsən (əleyhissalam),

3-Hüseyn (əleyhissalam), daha sonrakı doqquz nəfər isə İmam Hüseyn (əleyhissalam)-ın nəslindəndir:

4-Əliyyibni Hüseyn (əleyhissalam), ləqəbi Səccad,

5-Məhəmməd ibni Əli (əleyhissalam), ləqəbi Baqir,

6-Cəfər ibni Məhəmməd (əleyhissalam), ləqəbi Sadiq,

7-Musa ibni Cəfər (əleyhissalam), ləqəbi Kazim,

8-Əliyyibni Musa (əleyhissalam), ləqəbi Riza,

9-Məhəmməd ibni Əli (əleyhissalam), ləqəbi Təqiyy,

10-Əliyyibni Məhəmməd (əleyhissalam), ləqəbi Nəqiyy,

11-Həsən ibni Əli (əleyhissalam), ləqəbi Əskəri,

12-Məhəmməd ibni Həsən (əleyhissalam), ləqəbi Məhdi.

9. On ikinci imam qeybdə olan zaman, islam öz ardıcıllarını fəqihlərə müraciət etməyi vacib etmişdir. Beləliklə də ictihad qapısını (yəni şəriət hökmlərinin Qurandan və Peyğəmbər sünnəsindən son dərəcə

səh:151

dəqiqliklə səy göstərərək əldə edilməsi) açıq qoymuşdur.

Əl-fətavəl-vazihə kitabı da elə peyğəm-bərlərin sonuncusu Həzrəti Məhəmmədin (Allahın salam və salavatı ona və onun pak Əhli-beytindən olan düz yol göstərənlərə olsun!) Alllah tərəfindən gətirdiyi şəriətdəki ictihadın bəyan olunmasından ibarətdir.

Mən üsuli-din barəsində olan bu müxtəsər risaləni 1396-cı hicri ilinin (25 il öncə) Zil-həccə ayının 27-də yazmağa başladım və 1397-ci ilin Məhərrəm ayının 10-da (13 gün ərzində) axşam çağı yazıb sona çatdırdım.

Bu kitabın son sətirlərini elə bir halda yazırdım ki, ürək ağrısı mənə əzab verir və çox incidirdi. Çünki mən, islamın həmişə-yaşar qəhrəmanı İmam Hüseyn (əleyhissalam)-ın şəhid olmasının ildönümü olan Aşura günündə özümü hələ də sağ görürdüm. O həzrət belə bir gündə öz əziz canını islam yolunda fəda etmişdi ki, Allahın, Onun Rəsulunun risaləti davamlı qalsın. Onun özü və bütün əzizləri tarixdə misilsiz bir şücaətlə şəhadəti qəbul etdilər ki, islamı himayə etsinlər, məzlumları müdafiə etmək və zülm altında inləyənlərə təskinlik vermək üçün islamın meyarlarını bərqərar etsinlər. O həzrət öz əziz övladları ilə birlikdə tağut-çuların, şeytanpərəstlərin əli ilə öz qanlarına qəltan olmağı qəbul etdilər ki, bütün zaman və məkanlarda islamı və müsəlman-ları, başqa sözlə, tüğyançılar tərəfindən iradələri əllərindən alınaraq, vicdan inqilabının şölələrini söndürmək, onları özlərindən qafil saxlamaq istədikləri bir ümməti müdafiə etsinlər. Bəli, şəhidlərin ağası öz qanı və vicdanı, sabit və möhkəm iradəsi ilə, o ağır faciələrə sinə gərib islam ümmətini qəflət yuxusundan ayıldaraq hərəkətə gətirdi.

səh:152

Ey mənim sərvərim və mövlam, ey Əba Əbdillah! Bu kitabın savabını sənə hədiyyə edirəm. Çünki islamın yüksək təfəkkür və ideologiyası məhz sənin pak qanınla toxunulmaz qalmışdır. Bu din, sənin inqilabi və insanqurucu fəryadın ilə, həmçinin tarix boyunda sənin və sənin pak övladlarının qızıl qanı ilə boyanaraq bizim əlimizə çatmışdır.(1)

Nəcəf şəhəri, Məhəmməd Baqir Sədr

səh:153


1- [58] Nəhayət, Şəhid Sədrin pak qanı dinin sağlam qalması yolunda axıdılan yeni bir qan idi, ki, islamın ətirli bədəninə bir daha ətir səpdi.

Haqqında mərkəzi

Allahın adı ilə
Rəhman və Rəhimli olan Allahın adı ilə.Və bütün həmdlər aləmlərin rəbbi olan Allaha məxsusdur.
Varlıq aləminin Kövsəri olan Həzrəti Fatiməyi Zəhraya (a) təqdim olunur.
Bilən kimsələrlə (alimlər) bilməyənlər (cahillər) eynidirlərmi? (Zümər sürəsi, ayə 9)
Artıq bir neçə ildir ki, ghaemiyeh Kompüter Araşdırmaları Mərkəzi mobil proqram təminatı, rəqəmsal kitabxanalar istehsal edir və onları pulsuz təklif edir. Bu mərkəz tamamilə məşhurdur və hədiyyələr, nəzirlər, vəqflər və İmamın (ə) mübarək payının ayrılması ilə dəstəklənir. Daha çox xidmət üçün siz də harada olursunuzsa olun mərkəzin xeyriyyəçilərinə qoşula bilərsiniz.
Bilirsinizmi ki, hər bir pul Əhli-beyt (ə) yolunda xərclənməyə layiq deyil?
Və hər insan bu uğura sahib olmayacaq?
Sizi təbrik edirəm.
kartı nömrəsi :
6104-3388-0008-7732
Bank Mellat hesab nömrəsi:
9586839652
Sheba hesab nömrəsi:
IR390120020000009586839652
Adı: (Ghaemieh Kompüter Tədqiqat İnstitutu)
Hədiyyə məbləğlərini depozitə qoyun.
Mərkəzin ünvanı:
İsfahan-Əbdurrəzzaq küçəsi-Hacı Muhəmməd Cəfər adına bazar-Şəhid Muhəmməd Həsən Təvəkküli küçəsi-blok129/34-birinci mərtəbə
veb sayt:www.ghbook.ir
mail:Info@ghbook.ir
mərkəzin ofis telefonu: 00983134490125
Tehran ofisi: 00982188318722
Biznes və alqı satqı: 00989132000109
Mərkəzdə çalışan insanlarla əlaqə yaratmaq üçün nəzərdə tutulan nömrə: 00989132000109